z
03 IYUL / 2020 / 08:57
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarına dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 2.2 bəndinə uyğun olaraq, Bakı metropolitenində 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılır.
Qərara istinad: "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə"