z

Noyabrın 2-dək metropoliten həftə sonları sərnişindaşıma fəaliyyəti göstərməyəcək

Noyabrın 2-dək metropoliten həftə sonları sərnişindaşıma fəaliyyəti göstərməyəcək

28 SENTYABR / 2020 / 09:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejim müddətinin uzadılması barədə” 28 sentyabr 2020-ci il tarixli 359 №-li Qərarı ilə ölkə ərazisində koronavirus (“COVID-19”) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.
Qərarın 2.2 bəndinə əsasən, ictimai nəqliyyatda, o cümlədən Bakı metropolitenində aşağıda qeyd edilən tarixlərdə sərnişindaşıma fəaliyyəti həyata keçirilməyəcək:
- 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək;
- 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək;
- 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;
- 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;
- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək.
Qərara istinad: Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə