z
16 OKTYABR / 2020 / 09:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 19 oktyabr saat 00:00-dan dayandırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli 359 №-li Qərarı ilə xüsusi karantin rejiminin müddəti 2020-ci il noyabr ayının 2-si saat 06:00-dək uzadılıb.
Onu da xatırladaq ki, həmin qərara əsasən, Bakı metropoliteni həftə sonları sərnişindaşıma xidməti göstərmirdi. Beləliklə, metropolitenində sərnişindaşıma fəaliyyəti bu gecədən - 17 oktyabr saat 00:00-dan etibarən dayandırılır.
Metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması barədə qərara istinad: “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqındaXüsusi karantin rejiminin müddətinin uzadılması qərarına istinad: Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə