z
29 OKTYABR / 2020 / 09:06
Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 №-li Qərarının 1.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, xüsusi karantin rejiminin müddəti 2020-ci il dekabrın 2-dək uzadılıb.
Onu da xatırladaq ki, xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin 395 №-li Qərarına edilmiş müvafiq dəyişikliyə uyğun olaraq, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti noyabrın 2-dək uzadılmışdı.
Qərarların tam mətnlərinə istinadlar:
1. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
3. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə"