z

Xüsusi karantin rejiminin müddəti uzadılıb

Xüsusi karantin rejiminin müddəti uzadılıb

19 MART / 2021 / 09:10

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2021-ci il tarixli 72 №-li “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Qərarına əsasən, koronavirus (“COVID-19”) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Respublika ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il iyun ayının 1-i saat 06:00-dək uzadılıb.
Qərarın tam mətninə istinad: “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə”