z
30 AVQUST / 2021 / 09:14
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması barədə qərar verib. Baş nazir Əli Əsədovun 2021-ci il avqustun 28-də imzaladığı 248 №-li “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Qərara uyğun olaraq, xüsusi karantin rejiminin müddəti 2021-ci il noyabr ayının 1-i saat 06:00-dək uzadılıb.
Qərarın 2.2. yarımbəndinə görə, aşağıda qeyd edilən tarixlər müddətində ictimai nəqliyyatda, o cümlədən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq:
- 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək;
- 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək;
- 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək;
- 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək;
- 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək.
- 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək
-16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək.
-23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00-dək.
-30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək.
Qərara istinad:Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə