z
09 DEKABR / 2022 / 22:27
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Kino-Foto Sənədləri Arxivi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə oktyabrın 27-də “Gənclik” stansiyasının keçidlərində Bakı metropoliteninin 55 illik yubiley tarixinə həsr olunmuş sərgi fəaliyyətə başlayıb.
Metropolitenin zəngin inkişaf tarixini əks etdirən 117 fotoşəkil və hər onilliyə dair məlumatlar 92 stenddə təqdim olunub.
Sərginin “Keşmişdən çatmış miras” adlandırılmış birinci guşəsində 5 stend yer alır. Ümummilli Lider Heydər Əliyevin “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır” kəlamının işığında təqdim edilən stendlərdə Bakıda metro nəqliyyatının 55 il öncə fəaliyyətə başlaması və onun ən böyük himayədarı olan Ümummilli Lider Heydər Əliyevi Bakı metropoliteninə bağlayan telləri ən nəcib şəkildə əks etdirən fotolar yer alıb. Məlumdur ki, 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev ili” elan edilb. Guşədə Heydər Əliyevin bir rəhbər kimi tarixi nitq söylədiyi Bakı metrosunun 35 illik yubileyi və həmçinin sərnişin kimi Bakı metropolitenindən istifadə etməsini əks etdirən unikal fotolar nümayiş olunur.
Bu xüsusda sərginin təşkilatçıları Ulu öndərin Bakı metrosunun tarixindəki roluna xüsusi yer ayırıblar. “Xalqın milli sərvəti” adlandırılmış daha bir guşədə 7 stend nümayiş olunur. Ulu öndər Heydər Əliyevin “Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir” kəlamının işığında Bakı metropoliteni stansiyalarının açılışlarında onun iştirakını əks etdirən nadir fotolar yer alır.
Bu stendlərlə üzbəüz sahədəki 21 stenddən ibarət “Tikdim ki, izim qala” adlandırılmış və 1950-1960-cı illərdəki metro inşaatını əks etdirən unikal arxiv fotoları yerləşdirilib. 1950-ci ildə layihəçilərin Bakıda fəaliyyətə başlamasından tutmuş tikintinin müxtəlif mərhələlərini əks etdirən fotolar metro həvəskarlarını biganə qoymayacaq. Burada hələ metro fəaliyyətə başlamazdan əvvəl ilk maşinistlərin hazırlığı, Bakıda ilk qatarların təmiri sahəsinin yaradılmasını, ilk sınaq qatarının xəttə çıxmasını əks etdirən nadir fotolar da yer alıb. Metropolitenin rəmzi olaraq “Xəyal” adlandırılmış ilk yaradıcı kollektivinin fotosu da o dövrün ab-havasının unikal göstəricisidir.
1970-2000-ci illəri özündə əks etdirən “Yer altında şəhər” guşəsində metro tikintisi tarixinin ən əhəmiyyətli dövrünün fotoşəkilləri yer alır. Bu dövr məhz Ulu öndər Heydər Əliyevin xüsusi qayğı və diqqəti sayəsində paytaxtın şimal və cənub istiqamətdən - o vaxt üçün ucqar hesab edilən əraziləri şəhər mərkəzinə - yaxınlaşdıran layihələrin həyata keçirildiyi dövr kimi tarixə düşüb.
Üzbəüz yerləşən “Paralel şəhərdə” adlandırılmış guşə isə həmin dövrdə Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətini əks etdirir. Bu stendlərdə metropolitendəki çoxşaxəli mürəkkəb sahələrin vəhdətini, həmçinin metropolitençilərin sosial-ictimai həyatını əks etdirən unikal fotolar nümayiş olunur. Burada 1980-ci illərdə metropoliten işçilərinin özfəaliyyət dərnəyinin üzvlərinin dövlət televiziyasında çıxışı, 1990-cı ilin müdhiş yanvar gecəsində metropolitençi şəhidlərin dəfn mərasimi, eləcə də 1990-cı illərdə metropolitençilərin erməni vəhşiliynə qarşı çıxışları və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına verdiyi dəstəyi ifadə edən fotolar bu çoxminlik kollektivin xalqın mübariz bir zümrəsi kimi fəallığının göstəricisidir.
Ənənələrə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövrü metropoliten tarixinə innovativ yeniliklərin bərqərar olması mərhələsi kimi düşüb. Bu tarixi həqiqətləri ümumilikdə 9 stendi əhatə edən “Ən rahat nəqliyyat vasitəsi” adlandırılmış iki guşə əyani nümayiş etdirir. Cənab Prezidentin “Metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların rahatlığı üçündür” deyimi ilə başlayan sərgi guşələri metropolitenin dövlətin sosial siyasətinin tərkib hissəsi olduğunu bir daha göstərir.
“Ən yeni tarix” adlandırılmış guşədə Bakı metropoliteninin ən müasir dövrdə texnoloji yüksəlişi, inşaat və istismar sektorları ilə tanış ola bilərsiz. Qeyd olunmalıdır ki, xüsusən “Bakı Metropoliteni” QSC təsis edildikdən sonra Bakı metropolitenində dünya miqyaslı innovativ layihələr tətbiq edilir. Bu xüsusda hərəkətin təşkilində, idarəetmədə yüksək texnologiyaların tətbiqi, dəmir-beton blokların istehsalı, yeni mexanikləşdirilmiş xüsusi texniki vasitələr, kadr hazırlığının peşəkar miqyasını müəyyən edən təlim-tədris mərkəzi, ilk dəfə vaqonların və mühərriklərin əsaslı təmiri və modernləşdirilməsinə başlanılması, dizel generatorlarının quraşdırılması, əlil arabası ilə daşımaların həyata keçirilməsi kimi mühüm sosial əhəmiyyətli layihə və s. xüsusi yer tutur.
Paralel şəhərdə. 1970-2000-ci illər:
Keçmişdən çatmış miras:
Linkə keçid:
Linkə keçid:
Linkə keçid:
Xalqın milli sərvəti: