z

Metropoliten komandası mükafatlandırılıb

Metropoliten komandası mükafatlandırılıb

06 DEKABR / 2023 / 16:11

“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkil etdiyi Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəssisə və təşkilatlar arasında Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Ənənəvi yarışda uğurlu nəticələrlə yadda qalan Bakı metropoliteninin komandası ümumi hesabda ikinci yeri tutub. 1-ci yerə Milli Aviasiya Akademiyasının komandası layiq görülüb. Müdafiə Sənayesi Nazirliyinin kollektivi isə spartakiadanı üçüncü pillədə başa vurub.
“Zenit” idman cəmiyyətinin rəhbəri Fazil Hadıbəyov kubok və Fəxri diplomu “Bakı Metropoliteni” QSC-nin Metropoliten İşçilərinin Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanova təqdim edib.
Mükafatlandırılmadan sonra keçirilən qısa mərasimdə Fazil Hadıbəyov Bakı metropolitenində işçilərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkilində görülən işləri təqdirəlayiq hesab edib, kollektivin müxtəlif idman müsabiqələrində daim fəal iştirakını yüksək qiymətləndirib və uğurlar arzulayıb.