z

“Sənaye təhlükəsizliyi zirvəsi”ndə aktual məsələlər müzakirə edilib

“Sənaye təhlükəsizliyi zirvəsi”ndə aktual məsələlər müzakirə edilib

05 DEKABR / 2023 / 14:11

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (ASTA) və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye təhlükəsizliyi zirvəsi” keçirilib.
Tədbirdə “Bakı Metropoliteni” QSC-nin Mühafizə və yanğın təhlükəsizliyi xidmətinin rəisi İnam Əzimov və SƏTƏMM şöbəsinin rəisi Nəriman Montaşev iştirak ediblər. Tədbir iştirakçıları fikirlərini bölüşərək bildiriblər ki, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası yeni yaradılıb. Bu təşkilat Azərbaycanda sənaye təhlükəsizliyi, əməyin mühafizəsi, ətraf mühitin qorunması sahəsində daha mütəşəkkil fəaliyyətin təmin edilməsində xüsusi rol oyanaya bilər. Artıq təşkilatın ətrafında kifayət qədər böyük qurumlar və mütəxəssis heyəti birləşib.
3 fərqli panel üzrə təşkil edilən tədbirdə maraqlı və aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə ətraf mühitin mühafizəsi, kadr potensialı, karbon emissiyaların azaldılması, enerji keçidində beynəlxalq təcrübələr və yerli tətbiq imkanları kimi aktual məsələlərə xüsusi toxunulub.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında metropoliten mütəxəssiləri ilə fikir mübadiləsi aparılıb və gələcəkdə diqqətdə saxlanılmasının əhəmiyyəti vurğulanıb.