z

Metropoliten kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Metropoliten kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12 DEKABR / 2023 / 18:14

Həyatını Vətəninin rifahına həsr etmiş əvəzolunmaz şəxsiyyət, müasir mustəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatından 20 il ötür. 12 Dekabr - xalqımızın tarixində müstəsna ximətləri olan dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anım günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin kollektivi və rəhbərliyinin nümayəndələri Fəxri Xiyabana gedərək onun məzarını ziyarət edib, metropoliten qarşısında əvəzsiz xidmətləri olan dahi liderin xatirəsini ehtiramla anıb. 
Burada həmçinin Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli alim-akademik, oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər.
Heydər Əliyevin adı Bakı metropoliteninin inkişaf yolu və tarixi ilə sıx bağlıdır, bu sahə həmişə onun nəzarətində, diqqət mərkəzində olub. Hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə metro tikintisində baş verən bütün prosesləri yaxından izləyir, Bakıda metro tikintisinin əhəmiyyətini yaxşı başa düşür və buna xüsusi yanaşırdı. Ulu Öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi kimi işə başladığı ilk günlərdən, sonradan Moskvada SSRİ-nin yüksək dövlət vəzifəsində olduğu dövrlərdə Bakı metrosunun tikintisi və inkişafı istiqamətində əlindən gələni əsirgəmirdi.
Ümummilli Liderin ölkəmizin çiçəklənməsi ilə bağlı ideyalarını böyük uğurlarla həyata keçirən cənab Prezident İlham Əliyev metronun inkişafında, onun müasirləşməsində müstəsna qərarlar verib və daim dəstəyini əsirgəməyib. Bu gün də Ulu Öndərin irsi Bakı metropolitenində yaşadılır və inkişaf etdirilir.