z

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir

12 DEKABR / 2022 / 11:18

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Ulu öndərin Bakı metropoliteni və onun zəhmətkeş kollektivinə münasibəti xüsusi idi. Təsadüfi deyil ki, Bakının yeraltı polad magistralını xalqın milli sərvəti və Azərbaycan tarixində nadir hadisə adlandırırdı. 
“Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir” deyən Ulu öndər Bakı metropoliteninin inkişafı naminə misilsiz xidmətlər göstərib. 
Dekabrın 12-də "Bakı Metropoliteni" QSC kollektivinin nümayəndələri gün ərzində Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər.