z

Xalqa həsr olunmuş ömür (1923-1970)

Xalqa həsr olunmuş ömür (1923-1970)

02 FEVRAL / 2023 / 15:40

  • 1923- cü il, 10 may - Naxçıvan şəhərində anadan olub.  
  • 1938-1939-cu illər - Naxçıvan Pedaqoji Məktəbində təhsil almışdır. 1939-1941-ci illər Azərbaycan Sənaye İnstitutunun (indiki Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 
  • 1941-1943-cü illər - Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri işləyib.
  •  1943-1944-cü illər - Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri işləyib.   
  • 1944-1949-cu illər - Naxçıvanda dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə - əməliyyat müvəkkili baş əməliyyat müvəkkili, şöbə müdiri vəzifələrində çalışıb.  
  • 1945-ci il - Kommunist Partiyası sıralarına daxil olub.
  •  1945-ci il, 9 may “1941-1945-ci illər - Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunub.  
  • 1945-ci il, 6 iyun “1941-1945-ci illər -  Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı ilə təltif olunub.  
  • 1947-ci il - Naxçıvan MSSR dövlət təhlükəsizliyi orqanında şöbə rəisi təyin edilib. 
  • 1948-ci il, 22 fevral - “Sovet Ordusunun və Donanmasının 30 illiyi” yubiley medalı ilə təltif olunub. 
  • 1949-cu il, 27 may -“Əmək rəşadətinə görə” medalı ilə təltif olunub. 
  • 1949-1950-ci illər - SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (Sankt-Peterburq) rəhbər kadrların hazırlığı məktəbində təhsil alıb. 
  • 1950-ci il, 25 avqust -  Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci şöbəsində 6-cı bölmənin rəisi təyin edilib. 
  • 1951-1957-ci illər- Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 
  • 1953-cü il -  Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi təyin edilib.  
  • 1954-cü il- Zərifə xanım Əliyeva ilə ailə həyatı qurub. 
  • 1954-cü il, 5 noyabr - “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub. 
  • 1957-ci il, 18 dekabr - “SSRİ Silahlı Qüvvələrinin 40 illiyi” yubiley medalı ilə təltif olunub.
  • 1958-ci il -  Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi təyin edilib. 
  • 1959-cu il, 2 dekabr - II dərəcə “Nümunəvi xidmətə görə” medalı ilə təltif olunub. 
  • 1960-cı il, 15 aprel - “Dövlət təhlükəsizliyi orqanının fəxri əməkdaşı” nişanı ilə təltif olunub. 
  • 1962-ci il, 26 may - SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə ”Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 
  • 1964-cü il, 9 yanvar -  Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. 
  • 1964-cü il, 2 mart - Azərbaycan SSR Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin mavini təyin edilib.  
  • 1964-cü il, 4 dekabr - I dərəcə “Nümunəvi xidmətə görə” medalı ilə təltif olunub. 
  • 1965-1967-ci illər - Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. 1965-ci il 31 mart - Polkovnik rütbəsi verilib. 
  • 1965-ci il, 7 may - “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı ilə təltif olunub. 
  • 1966-cı il, fevral-may - SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Moskvadakı F. Dzerjinski adına Ali Məktəbində rəhbər kardların təkmilləşdirilməsi kursunun müdavimi olub.  
  • 1967-ci il, 22 iyun–1969-cu il 14 iyul - Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib. 
  • 1967-ci il, 19 mart - Culfa rayonundan 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
  • 1967-ci il, 30 oktyabr - General-mayor rütbəsi verilib. 
  • 1967-ci il, 20 noyabr - “Sovet milisinin 50 illiyi” yubiley medalı ilə təltif olunub. 
  • 1967-ci il, 15 dekabr - “ÜFK-DTK-nın 50 illiyi” nişanı ilə təltif olunub. 
  • 1967-ci il, 26 dekabr - “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı ilə təltif olunub. 
  • 1968-ci il, 28 may - “SSRİ Sərhəd Qoşunlarının 50 illiyi” yubiley nişanı ilə təltif olunub.  
  • 1969-cu il, 14 iyul - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilib. 1969-cu il 6 avqust- Azərbaycan SSR Ali Sovetin yeddinci çağırış beşinci sessiyasında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilib. 
  • 1970-ci il, yanvar - “Ekonomiçeskaya qazeta”-nın 2-ci nömrəsində V. İ. Leninin anadan olmasının 100 illiyi ilə bağlı məqaləsi dərc olunub. 
  • 1970-ci il, 17 aprel - Bakı metropoliteninin “Ulduz” stansiyasının açılış mərasimində iştirak edib.
  • 1970-ci il, 14 iyun - Bakı şəhəri Leninneft seçki dairəsindən 8-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilib. 
  • 1970-ci il, 24 iyul - Xəzər donanmasının 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib. 
  • 1970-ci il, 16 avqust -  “Literaturnaya qazeta”nın baş redaktoruna müsahibə verib. 
  • 1970-ci il, 18 avqust - Kür su kəmərinin tikintisi ilə tanış olub. 
  • 1970-ci il, 27 sentyabr - Kür sahilində Talış kəndində xalq tikintisinin iştirakçılarını salamlayıb, Kür su kəmərinin nasos cihazını ilk dəfə işə saləb. 
  • 1970-ci il, 30 sentyabr - Azərbaycan SSR-in və Azərbaycan KP-nin 50 illiyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Bakıya gəlmiş Sov. İKP MK-nın Baş katibi L. İ. Brejnevi qarşılayıb. 
  • 1970-ci il, 1 oktyabr - Azərbaycan SSR-in və Azərbaycan KP-nin 50 illiyinə dair Latviya KP MK-nın “Sovetskaya Latviya” qəzetində məqaləsi dərc olunub. 
  • 1970-ci il, 2 oktyabr - Sov. İKP MK-nın Baş katibi L. İ. Brejnevin Azərbaycana səfəri ilə əlaqədar Bakıda keçirilən təntənəli iclasda nitq söyləyib.  Sov. İKP MK-nın Baş katibi L. İ. Brejnev Azərbaycanı “Oktyabr İnqilabı ordeni” ilə təltif edib.
  • 1970-ci il,  4 oktyabr - Sov. İKP MK-nın Baş katibi L. İ. Brejnevin Bakıdan Moskvaya yolasalma mərasimində iştirak etmişdir. 
  • 1970-ci il, 10 oktyabr - “Oqonyok” jurnalının 41-ci nömrəsində Azərbaycan SSR-in və Azərbaycan KP-nin 50 illiyinə həsr olunmuş məqaləsi dərc olunub. 
  • 1970-ci il, 27 oktyabr - İrana səfərə gedən SSRİ Ali Sovetinin sədri N. Podqornı ilə Astarada görüşüb. 
  • 1970-ci il, 28-29 oktyabr - İran səfərindən qayıdan SSRİ Ali Sovetinin sədri N. Podqornını Astara və Lənkəranda müşayiət edib.