z

Xalqa həsr olunmuş ömür (1971-1980)

Xalqa həsr olunmuş ömür (1971-1980)

16 FEVRAL / 2023 / 14:34

1971-ci il, 19 yanvar-Gəncə şəhərində çini qablar zavodunun açılışında iştirak edib. 
1971-ci il, 5 fevral-Bakı şəhər Partiya Komitəsinin konfransında nitq söyləyib. 1971-ci il 10 mart-Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında məruzə edib. 
1971-ci il, 11 mart-Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında yekun nitqi söyləyib. 
1971-ci il, 12 mart-Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayının bağlanış mərasimində nitq söyləyib. 
1971-ci il,19 mart-M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Teleqraf agentliyinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib.
1971-ci il, 1 aprel-Sov. İKP-nin XХIV qurultayında nitq söyləyib. Sov. İKP MK-nın üzvü seçilib.
1971-ci il, 13 iyun - Bakı şəhəri Leninneft seçki dairəsindən 8-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
1971-ci il, 14-19 iyun- Sov. İKP MK-nın Baş katibi L. İ. Brejnevin Almaniyaya səfəri zamanı sovet nümayəndə heyətinin tərkibində olub. 
1971-ci il, 20 iyun- Bakıda C. Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat məktəbinin açılış mərasimində iştirak edib.
1971-ci il, 26 iyun- Dövlət nümayəndə heyəti ilə Neft Daşlarını ziyarət edib.  
1971-ci il, 27 iyun- Dövlət nümayəndə heyəti ilə Sumqayıt şəhərində olub. 
1971-ci il, 5 iyul-M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib. 
1971-ci il, 7 iyul- ADR-nın bir qrup rəhbər əməkdaşlarını qəbul edib. 
1971-ci il, 14 iyul-Monqolustan Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin üzvü, general-polkovnik S. Rovdanın başçılıq etdiyi Sülh və Dostluq Monqol Təşkilatlarının Federasiyasının və Monqol-Sovet Dostluğu Cəmiyyətinin nümayəndə heyətini qəbul edib. 
1971-ci il, 16 iyul-Azərbaycan KP MK-nın plenumunda məruzə etmişdir.
1971-ci il, 27 iyul-“Ağstafaçay” su anbarının açılışına həsr olunmuş mitinqdə iştirak edib.
1971-ci il, 25 avqust - Lenin ordeni ilə təltif olunub.
1971-ci il 5 sentyabr - Kür su kəmərinin tikintisinin bitməsi və tam işə düşməsi ilə əlaqədar ümumxalq tikintinin bütün iştirakçılarını təbrik edib.  
1972-ci il, 20 yanvar - “Pravda” qəzetində ideoloji işin təşkili ilə bağlı məqaləsi dərc olunub.
1972-ci il, 6 iyun - Nəriman Nərimanovun heykəlinin açılışı münasibətilə Bakı zəhmətkeşləri nümayəndələrinin mitinqində nitq söyləyib.
1972-ci il, 28 avqust- Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali təhsil ocaqlarına qəbul olmuş azərbaycanlı gənclər qrupunu qəbul edib.
1972-ci il, 27 sentyabr- SSRİ Elmlər Akademiyasının prezidenti M. V. Keldışın başçılığı ilə Bakıya gəlmiş alimlər qrupu ilə görüşüb.  
1972-ci il, 3 oktyabr-Azərbaycanda RSFSR ədəbiyyat və incəsənət günlərinin təntənəli açılışında nitq söyləyib.
1972-ci il, 6 noyabr-  Bakı metropolitenin üç stansiyasının - “Əzizbəyov” (hazırda “Koroğlu”), “Avrora” (hazırda “Qara Qarayev) və “Neftçilər” stansiyalarının açılış mərasimində iştirak edib.
1972-ci il, 25 noyabr-Bakıda Xalqlar dostluğu parkının təməl qoyuluşuna həsr olunmuş mitinqdə nitq söyləyib.
1972-ci il, 11 dekabr -V. İ. Lenin adına sarayın (hazırda Heydər Əliyev Sarayı) açılış mərasimində iştirak edib.
1972-ci il, 21 dekabr - Sov. İKP MK-nın, SSRİ Ali Sovetinin və RSFSR Ali Sovetinin SSRİ-nin yaranmasının 50 illiyinə həsr olunmuş birgə təntənəli yığıncağında çıxış edib. 
1972-ci il, 22 dekabr - Moskvada Kremlin Qurultaylar Sarayında SSRİ-nin yaranmasının 50 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli yığıncaqda nitq söyləyib.  
1973-cü il, 8 may- Anadan olmasının 50 illik yubileyi ilə əlaqədar SSRİ Ali Sovetinin fərmanı ilə Lenin ordeni ilə təltif edilib.
1973-cü il, 9 may-Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılışı mərasimində nitq söyləyib.
1973-cü il, 29 may -Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin (Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının) keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibəti ilə keçirilən yığıncaqda nitq söyləyib.
1973-cü il, 18 iyul - Kremldə SSRİ Ali Sovetinin sədri N. V. Podqornı tərəfindən Lenin ordeni təqdim olunub.
1973-cü il, 13 sentyabr - İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə keçirilən yubiley mərasimində nitq söyləyib.
1973-cü il, 2 oktyabr - Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-nin və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim etməsi münasibəti ilə keçirilən yığıncaqda nitq söyləyib.
1973-cü il, 27 oktyabr -Xankəndində DQMV-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibətilə ilə keçirilən yığıncaqda nitq söyləyib.
1973-cü il,13 dekabr-Moskvanın ali məktəblərində təhsil alan tələbələrlə görüşüb. 
1974-1979-cu illər - SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini olub.
1974-cü il, 18 yanvar - Respublikaya Xalqlar dostluğu ordeninin təqdim edilməsi münasibəti ilə Azərbaycan KP MK-nın və Azərbaycan SSR Ali Sovetinin təntənəli yığıncağında nitq söyləyib.
1974-cü il, 27 fevral- Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibəti ilə keçirilən yığıncaqda nitq söyləyib.
1975-ci il, 25 aprel- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı ilə təltif olunub.
1975-ci il, 25 dekabr- Bakı məişət kondisionerləri zavodunun açılışı münasibətilə keçirilən mitinqdə nitq söyləyib.
1976-cı il, 5 mart - Sovet İttifaqı Kommunist Partiyas Mərkəzi Komitəsinin Siyasi bürosunun üzvliyinə namizəd seçilib.
1976-cı il, 28 mart - Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibəti ilə keçirilən yığıncağında nitq söyləyib.
1976-cı il,13 aprel - Bakının Lenin rayonuna Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibəti ilə keçirilən yığıncaqda çıxış edib.
1976-cı il, 27 dekabr- Lenin ordeni ilə təltif olunub.
1976-cı il, 28 dekabr -Yuxarı Xanbulançay su anbarının tikintisinin başa çatdırılması ilə bağlı Lənkəran zəhmətkeşlərinin mitinqində nitq söyləyib. 
1976-cı il, 29 dekabr- Tərtərçay enerji su təsərrüfat kompleksinin Sərsəng su anbarının açılması münasibəti ilə mitinqdə nitq söyləyib. 
1976-cı il, 31 dekabr - Bakı metropolitenin “Nizami” stansiyasının açılış mərasimində iştirak edib.
1977-ci il, 16 mart- Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibəti ilə keçirilən yığıncaqda nitq söyləyib.
1977-ci il, 17 iyun - Kremldə Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Sədri L. İ. Brejnev tərəfindən Lenin ordeni təqdim edilib.  
1978-ci il,  17 mart-Azərbaycan SSR-ə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibəti ilə keçirilən yığıncaqda nitq söyləyib.
1979-cu il, 22 fevral -Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi münasibətilə keçirilən təntənəli iclasda nitq söyləyib.
1979-cu il, 24 avqust-SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni və “Oraq və Çəkic” qızıl medalı ilə təltif edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1979-cu il, 25 avqust-Polşa Xalq Respublikası Nazirlər Şurası sədrinin müavini, Polşa Xalq Respublikası Nazirlər Şurası yanında planlaşdırma komissiyasının sədri Tadeuş Vjaşiki qəbul edib. 
1979-cu il, 29 avqust-Birinci kurs tələbələrinin respublikanın partiya və sovet fəalları ilə görüşündə nitq söyləyib. 
1979-cu il, 6 sentyabr-Kremldə Sov. İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin Sədri L. İ. Brejnev tərəfindən Lenin ordeni və Sosialist Əməyi qəhrəmanının “Oraq və Çəkic” qızıl medalı təqdim edilib.
1979-cu il, 13 sentyabr- Suriya Ərəb Sosialist Dirçəliş Partiyası Baş katibinin müavini Abdulla Əhməri qəbul etmişdir. 
1979-cu il, 14 sentyabr - Kənd təsərrüfatı işçilərinin zona müşavirəsində çıxış edub. 
1979-cu il, 17 sentyabr-Martuni (Xocavənd) rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib. 
1979-cu il, 18 sentyabr-Kənd təsərrüfatı işçilərinin zona müşavirəsində nitq söyləyib. 
1979-cu il, 19 sentyabr-Şamxor (Şəmkir) rayonunun Çardaxlı (indiki Koroğlu) kəndində Əmək və Döyüş Şöhrəti Muzeyin açılışında çıxış edib. 
1979-cu il, 22 sentyabr-Bolqarıstan Xalq Respublikası baş prokurorunun müavini Qriqor Qriqorov başda olmaqla Bolqarıstan prokurorluq orqanları işçilərini qəbul edib. 
1979-cu il, 27 sentyabr - Azərbaycan KP MK-da Ukrayna ədəbiyyat və incəsənət günlərinə həsr olunmuş müşavirədə nitq söyləyib. 
1979-cu il, 28 sentyabr - SSRİ Elmlər Akademiyasının vitse-prezidenti P. N. Fedoseyevi qəbul edib. 
1979-cu il, 1 oktyabr-Azərbaycan KP MK-da Azərbaycan bəstəkarlarını qəbul edib. 
1979-cu il, 2 oktyabr- Azərbaycan KP MK-da Ukrayna incəsənəti və ədəbiyyatı günlərinin iştirakçıları ilə görüşdə çıxış edib. 
1979-cu il, 5 oktyabr - Azərbaycan KP MK-da respublikanın dəniz neftçilərinin təxirəsalınmaz vəzifələrinə həsr olunmuş müşavirədə çıxış edib. 
1979-cu il, 9 oktyabr -Respublika təbliğatçı fəallarının yığıncağında çıxış etmişdir.
1979-cu il, 10 oktyabr- Ukrayna incəsənəti və ədəbiyyatı günlərinin iştirakçılarının şərəfinə verilmiş qəbulda çıxış edib.
1979-cu il, 12 oktyabr-Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsində nitq söyləyib.
 1979-cu il, 13 oktyabr-Ümumittifaq kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş yığıncaqda nitq söyləyib. 
1979-cu il, 19 oktyabr-Aeroflotun siyasi işçilərinin müşavirəsində nitq söyləyib.
1979-cu il, 20 oktyabr-Lorenso Torresin başçılıq etdiyi ABŞ Kommunist Partiyasının rəhbər işçilərinin nümayəndə heyətini qəbul edib. 
1979-cu il, 23 oktyabr-Hematoloqların və transfizioloqların Bakıda keçirilən birinci Ümumittifaq qurultayının iştirakçılarının bir qrupunu qəbul edib. 
1979-cu il, 24 oktyabr-Polşa Xalq Respublikasının Sovet İttifaqındakı fövqəladə və səlahiyyətli səfiri Kazimej Olşevskini qəbul edib. 
1979-cu il, 26 oktyabr-Bakıda Sarayevo şəhəri günlərində iştirak etmiş Ante Suçiçin rəhbərliyi ilə Bosniya və Herseqovina paytaxtının nümayəndə heyətini qəbul edib. 
1979-cu il, 31 oktyabr-Bakıda keçirilən “İdarəetmə sistemlərinin sabitliyi, invariantlığı və həssaslığı nəzəriyyəsinin ümumi problemləri” Ümumittifaq məktəbinin sovet və xarici iştirakçılarını qəbul edib. 
1979-cu il, 5 noyabr-Respublika zəhmətkeşlərinin mitinqində nitq söyləyib. 
1979-cu il, 19 noyabr-Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.  
1979-cu il, 20 noyabr-Azərbaycan KP MK-nın plenumunda yekun nitqi söyləyib.  Azərbaycan KP MK-da VIII Ümumittifaq televiziya filmləri festivalının iştirakçılarını qəbul edib. 
1979-cu il, 4 dekabr-Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantlarla görüşdə çıxış edib. 
1979-cu il, 7 dekabr-Azərbaycan Memarlar İttifaqının XII qurultayının iştirakçılarını qəbul edib. 
1979-cu il, 10 dekabr-Lənkəranda məhsul bayramına həsr olunmuş iclasda çıxış edib. 
1979-cu il, 11 dekabr-Respublika elmi-praktiki konfransında çıxış edib. 
1979-cu il, 11 dekabr - “İntersputnik” Şurasının VIII sessiyasının iştirakçılarını qəbul edib. 
1979-cu il, 18 dekabr-Sov. İKP MK-nın 1979-cu il noyabr plenumunun yekunları və respublika partiya təşkilatının vəzifələri haqqında Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib. 
1979-cu il, 22 dekabr-Azərbaycan neft maşınqayırma sənayesi işçilərinin iclasında nitq söyləyib. 
1980-ci il, 15 yanvar - “Pravda” qəzetində A. Caparidzenin anadan olmasının 100 illiyinə həsr olunmuş məqaləsi dərc olunub. 
1980-ci il, 17 yanvar-A. Caparidzenin abidəsinin təntənəli açılışında nitq söyləyub.
1980-ci il, 18 yanvar -. Caparidzenin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yığıncaqda məruzə ilə çıxış edib. 
1980-ci il, 28 yanvar-Seçicilərlə görüşdə nitq söyləyib.
1980-ci il, 4 fevral-Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
1980-ci il,  8 fevral-Azərbaycan SSR-in və Azərbaycan Kommunist partiyasının 60 illik yubileyinin qeyd edilməsi üçün yaradılmış yubiley komissiyasının iclasında çıxış edib. 
1980-ci il, 9 fevral-Kampuçiya Xalq İnqilab Şurasının sədri Henq Samrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
1980-ci il, 20 fevral-Bakıda Nəsiminin heykəlinin açılış mərasimində iştirak edib.
1980-ci il, 24 fevral-Bakı şəhəri Leninneft seçki dairəsindən 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 
1980-ci il, 28 fevral-Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsinə həsr olunmuş yığıncaqda nitq söyləyib. 
1980-ci il, 29 fevral-Bakının mərkəzində İmadəddin Nəsiminin heykəlinin açılışı mərasimində nitq söyləyib. 
1980-ci il, 14 mart-Azərbaycan KP MK-da SSRİ neft emalı və neft-kimya sənayesi naziri V. S. Fedorovla görüşüb. 
1980-ci il, 19 mart -Azərbaycan zəhmətkeşlərinin mitinqində nitq söyləyib. 
1980-ci il, 20 mart-Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 22 mart-Azərbaycan komsomoluna Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı MK-nın Qırmızı Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib. 
1980-ci il, 25 mart- SSRİ Elmlər Akademiyasının biosfer problemləri üzrə elmi şurası bürosunun və SSRİ Elmlər Akademiyasının kosmik vasitələrinin köməyi ilə təbii ehtiyatların öyrənilməsi üzrə komissiyası bürosunun Bakıda keçirilən birgə iclasının iştirakçılarını qəbul edib.  
Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 80 illiyi münasibətilə keçirilən yubiley mərasimində iştirak edib. 
1980-ci il, 26 mart-Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış 1-ci sessiyasında çıxış edib. 
1980-ci il, 5 aprel-Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış 1-ci sessiyasında və Azərbaycan SSR Nazirlər Sovetinin təşkil olunmuş birinci iclasında nitq söyləyib. 
1980-ci il, 9 aprel- “Pravda” qəzetində məqaləsi dərc olunub. 
1980-ci il, 10 aprel-Macarıstan Xalq Respublikası Coğrafiya və Xəritələşdirmə Cəmiyyətinin prezidenti Koşuta Şandor Radonu qəbul edib. 
1980-ci il, 16 aprel- Əmək qəhrəmanlarının və partiya veteranlarının təbrik edilməsi mərasimində nitq söyləyib. 
1980-ci il, 17 aprel- SSRİ Silahlı Qüvvələri veteranlarının təbrik edilməsi mərasimində nitq söyləyib. 
1980-ci il, 18 aprel- Bakıda XI Qızıl Ordunun şərəfinə qoyulmuş monumentin təntənəli açılış mərasimində nitq söyləyib. 
1980-ci il 22 aprel-Bakıda SSRİ xalqları dostluğu sarayının açılış mərasimində nitq söyləyib. 
1980-ci il,  25 aprel-Azərbaycan KP MK-nın və Azərbaycan SSR Ali Sovetinin təntənəli iclasında Azərbaycan SSR-in və Azərbaycan Kommunist Partiyasının 60 illiyi ilə əlaqədar məruzə ilə çıxış edib. 
1980-ci il, 28 aprel- Azərbaycan SSR-in və Azərbaycan Kommunist partiyasının 60 illiyi şərəfinə keçirilən qəbulda nitq söyləyib. 
1980-ci il, 30 aprel-Azərbaycan KP MK-nın Azərbaycan SSR-in və Azərbaycan Kommunist Partiyasının 60 illiyinin hazırlanması və keçirilməsi üzrə təşkil edilmiş yubiley komissiyasının yekun iclasında çıxış edib. 
1980-ci il, 7 may-Taqanroq şəhərini və Rostov vilayətini alman faşizmindən azad edənlərin xatirəsinə ucaldılmış “Şöhrət” memorialının açılışı mərasimində nitq söyləyib. 
1980-ci il, 9 may-Qələbə günü münasibətilə qardaşlıq qəbiristanlığındakı memorial kompleksdə və Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önündə çıxış edib. 
1980-ci il, 12-13 may-SSRİ quraşdırma və xüsusi tikinti işləri naziri B. V. Bakinin Azərbaycana səfəri zamanı nitq söyləyib. 
1980-ci il, 14 may-SSRİ Elmlər Akademiyası ümumi biologiya şöbəsi və Azərbaycan Elmlər Akademiyası biologiya elmləri şöbəsi bürolarının Bakıda keçirilən birgə iclasının iştirakçılarını qəbul edib. 
1980-ci il, 15 may-Azərbaycan mədəniyyət xadimlərinə mükafatların təqdimetmə mərasimində çıxış edib.
1980-ci il, 16 may-Respublika partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib. 1980-ci il 17 may-Azərbaycan mədəniyyət xadimlərinin təltif edilmə mərasimində çıxış edib. 
1980-ci il, 19 may-Alman Kommunist Partiyası idarə heyətinin üzvü Herbert Kellerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
1980-ci il, 21-24 may-Naxçıvan MSSR-ə dördüncü dəfə səfər edib. İliç (indiki Sədərək) rayonun Sədərək kəndində keçirilən mitinqdə çıxış edib.  Naxçıvan MSSR-in partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib. 
1980-ci il 28 may-Ali təhsil müəssisələrinin işçilərinin respublika müşavirəsində nitq söyləyib. 
1980-ci il, 1 iyun-Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 9 iyun-Respublika kənd təsərrüfatı işçilərinin zona müşavirəsində çıxış edib. 
1980-ci il, 13 iyun- Respublika xalq nəzarəti orqanları fəallarının yığıncağında nitq söyləyib. 
1980-ci il, 30 iyun-Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 1 iyul -Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 7 iyul -Respublika üzümçülərinin zona müşavirələrində çıxış edib
1980-ci il, iyul-“Kommunist” jurnalının 10-cu nömrəsində məqaləsi dərc olunub.
1980-ci il, 11 iyul-Sov. İKP MK-nın 1980-ci il iyun plenumunun yekunları və respublika partiya təşkilatının vəzifələri haqqında Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış etmişdir.
1980-ci il  14 iyul -Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 17 iyul-Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 20 avqust-Respublika partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib. 
1980-ci il, 25 avqust-SSRİ-nin ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrin təntənəli yolasalma mərasimində iştirak edib. 
1980-ci il, 25 avqust- Hollandiya KP MK-nın sədri Henk Hukstranı qəbul edib.
1980-ci il, 26 avqust-Birinci kurs tələbələrinin respublikanın partiya və sovet fəalları ilə görüşü zamanı nitq söyləyub. 
1980-ci il, 29 avqust -Alma-Atada Qazaxıstan SSR-in və Qazaxıstan Kommunist partiyasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncağında nitq söyləyib. 
1980-ci il 4 sentyabr-Danimarka Kommunist partiyasının icraiyyə komitəsinin üzvü Kay Xansenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
1980-ci il 5 sentyabr-Bərdə rayonunun pambıqçılıq təsərrüfatları ilə tanış olub.
1980-ci il, 10 sentyabr-Yəmən Sosialist Partiyasının MK Siyasi Bürosunun üzvü, MK katibi Əli Saləm əl-Beytin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1980-ci il, 15 sentyabr-Respublikanın üzümçülük rayonlarının partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib. 
1980-ci il, 17 sentyabr-Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib.
1980-ci il, 4 oktyabr-Respublikanın pambıqçılıq rayonlarının partiya, sovet, təsərrüfat fəallarının iclasında çıxış edib. 
1980-ci il, 14 oktyabr-Dinc məqsədlərlə kosmik fəzanın tədqiqi və ondan istifadə sahəsində əməkdaşlıq məsələlərinə dair Bakıda keçirilən Sovet-Fransa müşavirəsi iştirakçılarının bir qrupunu qəbul edib. 
1980-ci il, 16 oktyabr-Respublikaya Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin Fəxri fərmanının təqdim edilməsi münasibətilə nitq söyləyib. 
1980-ci il, 18 oktyabr-Bakıda Yazıçıların ümumittifaq yaradıcılıq konfransının keçirilməsi üzrə təşkilat komitəsinin iclasında çıxış edib. 
1980-ci il, 27 oktyabr-Yazıçıların Ümumittifaq yaradıcılıq konfransında məruzə ilə çıxış edib. 
1980-ci il, 29 oktyabr-Bakıda keçirilən Ümumittifaq simpoziumunun iştirakçılarını – SSRİ, Bolqarıstan, Macarıstan, Vyetnam, ADR, Polşa, Çexoslovakiya, Yuqoslaviya alimlərinin bir qrupunu qəbul edib. 
1980-ci il, 30 oktyabr-Azərbaycan zəhmətkeşlərinin mitinqində nitq söyləyib.
1980-ci il 31 oktyabr-Yazıçıların Ümumittifaq yaradıcılıq konfransının bağlanışında çıxış edib. 
1980-ci il, 1 noyabr-Yazıçıların Ümumittifaq yaradıcılıq konfransı münasibətilə keçirilən qəbulda çıxış edib. 
1980-ci il, 5 noyabr-“Azelektroterm” birliyinin hesabat-seçki yığıncağında nitq söyləyib. 
1980-ci il,11 noyabr-Sov. İKP MK-nın 1980-ci il oktyabr plenumunun yekunları və respublikanın partiya təşkilatının vəzifələri haqqında Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib. 
1980-ci il, 14 noyabr-Bakı maşınqayıranları və elektrotexniklərinin mitinqində nitq söyləyib. 
1980-ci il, 14 noyabr-Azərbaycana səfərə gələn Finlandiya prezidenti Urxo Kekkoneni hava limanında qarşılayıb.  
1980-ci il, 15 noyabr-“Gülüstan” sarayında Azərbaycana səfərə gələn Finlandiya prezidenti Urxo Kekkonenin şərəfinə verilən səhər yeməyində nitq söyləmişdir.  
1980-ci il, 18 noyabr -Sovet Sülhü Müdafiə Komitəsinin “Sülh uğrunda mübariz” fəxri medalı ilə təltif olunması mərasimində çıxış edib. 
1980-ci il, 21 noyabr-Nefroloqların II Ümumittifaq qurultayının iştirakçılarının bir qrupunu qəbul edib. 
1980-ci il, 24 noyabr-P. Proktorun və L. Dluginin başçılığı ilə ABŞ Kommunist Partiyasının rəhbər işçilərini qəbul edib. 
1980-ci il, 26 noyabr- Azərbaycan komsomolunun 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1980-ci il 29 noyabr - Ermənistan SSR-in və Ermənistan Kommunist partiyasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda nitq söyləyib. 
1980-ci il, 4 dekabr-Azərbaycanın mədəniyyət xadimlərinə mükafatların təqdim olunması mərasimində nitq söyləyib. 
1980-ci il, 15 dekabr-Yuqoslaviyanın Sovet İttifaqındakı fövqəladə və səlahiyyətli səfiri Marko Orlandici qəbul edib. 
1980-ci il, 17 dekabr - S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna “Şərəf nişanı” ordeninin təqdim edilməsi mərasimində nitq söyləyib.  
1980-ci il, 23 dekabr-Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib. 
1980-ci il, 23 dekabr-F. E. Dzerjinski adına klubda Dövlət Təhlükəsizlik Komitəsinin 60-cı il dönümünə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib. 
1980-ci il, 26 dekabr- Elm, ədəbiyyat, incəsənət xadimlərinin və istehsalat qabaqcıllarının Dövlət mükafatları ilə təltif edilməsi mərasimində nitq söyləyib.
1980-ci il, 28 dekabr - Yazıçı Anara Respublika Dövlət mükafatı laureatının diplomunu və medalını təqdim edib.