z
16 FEVRAL / 2023 / 14:41
1981-ci il, 7 yanvar - 44-cü Bakı partiya konfransında nitq söyləyib.
1981-ci il, 4 yanvar - Azərbaycanın partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
1981-ci il , 28 yanvar - Azərbaycan Kommunist partiyasının XXX qurultayında məruzə ilə çıxış edib.
1981-ci il, 29 yanvar - Azərbaycan Kommunist partiyasının XXX qurultayında yekun söz ilə çıxış edib.
1981-ci il, 30 yanvar - Azərbaycan Kommunist partiyasının XXX qurultayının bağlanmasında nitq söyləyib.
1981-ci il, 13 fevral - Respublika partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
Keşlə maşınqayırma zavodunda Azərbaycan Kommunist partiyasının XXX qurultayının yekunlarına həsr olunmuş yığıncaqda çıxış edib.
1981-ci, il 24 fevral - Sov. İKP MK-nın XХVI qurultayında nitq söyləyib.
1981-ci il, 4 mart - Vyetnam Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi Le Zuanı qəbul edib.
1981-ci il, 11 mart - Qarşılıqlı İqtisadi Yardım Şurası Komitəsinin XXV iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
1981-ci il, 17 mart - Sov. İKP MK-nın XХVI qurultayının yekunlarına həsr olunmuş partiya-təsərrüfat fəallarının yığıncağında məruzə ilə çıxış edib.
1981-ci il, 20 mart - Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsi mərasimində nitq söyləyib.
1981-ci il, 23 mart - Xalq yazıçısı Mirzə İbrahimovun 70 illiyi münasibətilə keçirilən yubiley mərasimində iştirak edib.
1981-ci il, 27 mart - D.B.Kabalevskinin müəllif konsertinə tamaşa etdikdən sonra yaradıcı heyətlə görüşüb.
1981-ci il, 28 mart - Bakı şəhərinə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsinə həsr olunmuş yığıncaqda nitq söyləyib.
1981-ci il, 30 mart - SSRİ Rəssamlıq Akademiyasının Rəyasət Heyətinin və rəssamlıq təhsili üzrə elmi-metodik şurasının geniş iclasının iştirakçılarını qəbul edib.
1981-ci il, 1 aprel - Ağdam rayonunda partiya-təsərrüfat fəalları ilə görüşdə çıxış edib.
1981-ci il, 2 aprel - SSRİ Rəssamlıq Akademiyasının Rəyasət Heyətinin və rəssamlıq təhsili üzrə elmi-metodik şurasının geniş iclasında çıxış edib.
1981-ci il, 3 aprel - “Kommunist Azerbaydjana” jurnalının 4-cü nömrəsində “İntensivləşdirilmə yolunda” adlı məqaləsi dərc olunub.
1981-ci il, 5 aprel - Azərbaycan kinematoqrafçılarının V qurultayında iştirak edib.
1981-ci il, 8 aprel - Respublika aqronomlarının müşavirəsində nitq söyləyib.
1981-ci il, 10 aprel - Sumqayıt şəhərinin partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
1981-ci il, 11 aprel - S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 60 illiyinə həsr olunmuş təntənəli gecədə çıxış edib.
1981-ci il, 18 aprel - Bolqarıstan Xalq Respublikasının maarif naziri Aleksandr Folu qəbul edib.
1981-ci il, 24 aprel - Biləcəri dəmiryol qovşağının partiya fəallarının yığıncağında nitq söylənib.
1981-ci il, 28 aprel - Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib.
1981-ci il, 15 may - Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
1981-ci il, 22 may - Gürcüstan SSR-in və Gürcüstan Kommunist partiyasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda nitq söyləyib.
1981-ci il, 29 may - Bakıda keçirilən “Sov. İKP XXVI qurultayı və SSRİ-də milli münasibətlərin öyrənilməsi məsələləri” adlı Ümumittifaq elmi sessiyanın iştirakçılarını qəbul edib.
1981-ci il, 1 iyun - Kirovabad (Gəncə) şəhərinin partiya fəallarının yığıncağında nitq söyləyib.
1981-ci il, 7 iyun - Şüvəlan qəsəbəsində Yaradıcılıq evinin açılış mərasimində iştirak edib.
1981-ci il, 9 iyun – Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1981-ci il, 12 iyun - Respublika yazıçılarının VII qurultayında nitq söyləyib.
1981-ci il, 19 iyun - Respublikanın partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.
1981-ci il, 3 iyul - Ağdaş rayonunda səfərdə olub.
1981-ci il, 6 iyul - Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.
1981-ci il, 8 iyul - Bakı şəhərində Kitab evinin açılış mərasimində iştirak edib.
1981-ci il, 14 iyul - Partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.
1981-ci il, 24 iyul - İsmayıllı rayonundakı Kalinin adına kolxozun Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi münasibətilə kənd zəhmətkeşlərinin yığıncağında nitq söyləyib.
1981-ci il, 25 iyul - İsmayıllı rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1981-ci il, 27 iyul - Macarıstanın “Babolna” kənd təsərrüfatı kombinatının baş direktoru Robert Burgerti qəbul edib.
1981-ci il, 28 iyul - Rayon rəhbərlərinin respublika seminar-müşavirəsində çıxış edib.
1981-ci il, 29 avqust - Respublika partiya və sovet fəallarının tələbə-gənclərlə görüşündə nitq söyləyib.
1981-ci il, 31 avqust - Məşhur Norveç səyyahı və alimi Tur Heyerdalı qəbul edib, Kuba Nazirlər Soveti sədrinin müavini Joel Domeneç Benitesi qəbul edib.
1981-ci il, 3 sentyabr - Bakıda keçirilən “Gənclər, inkişaf və sülh” adlı beynəlxalq gənclər konfransında nitq söyləyib. Bakıda keçirilən “Gənclər, inkişaf və sülh” adlı beynəlxalq gənclər konfransın iştirakçılarını qəbul edib.
1981-ci il, 5 sentyabr - Bərdə rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1981-ci il, 8 sentyabr - Pambıqçılıq rayonlarının rəhbərlərinin zona müşavirələrində çıxış edib.
1981-ci il, sentyabr-oktyabr - “Rabociy klass i sovremennıy mir” jurnalında məqaləsi dərc olunub.
1981-ci il, 14 sentyabr - Şamaxı rayonuna səfər edib.
1981-ci il, 15 sentyabr - Üzümçülük rayonlarının və respublikanın təsərrüfat rəhbərlərinin zona müşavirələrində çıxış edib.
1981-ci il, 18 sentyabr - Tbilisi şəhərində Zaqafqaziya Hərbi Dairəsinin 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1981-ci il, 21 sentyabr - Bakı şəhərində keçirilən ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayında çıxış edib.
1981-ci il, 22 sentyabr - Bakı şəhərində keçirilən ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayının iştirakçılarını qəbul edib.
1981-ci il, 26 sentyabr - Əzizbəyov adına Neft və Kimya İnstitutunun 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1981-ci il, 27 sentyabr - Xaçmaz tarix-diyarşünaslıq muzeyin açılış mərasimində nitq söyləyib.
1981-ci il, 30 sentyabr - Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Boyan Traykovu qəbul edib.
1981-ci il, 3 oktyabr - Əfqanıstanın Ali məhkəməsinin sədri Nizaməddin Təhzibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1981-ci il, 6 oktyabr - Nizami Gəncəvinin 840 illik yubiley təntənələrində iştirak etmək üçün Bakıya gəlmiş qonaqları qəbul edib.
1981-ci il, 8 oktyabr - SSRİ EA Şərqşünaslıq İnstitutunun direktoru akademik E.M.Primakovu qəbul edib.
1981-ci il, 12 oktyabr - Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib.
1981-ci il, 21 oktyabr - Mingəçevirdə Azərbaycan DRES-in açılışı ərəfəsində nəhəng energetika qurğusunun tikintisində çalışan işçilərin toplantısında çıxış edib.
1981-ci il, 22 oktyabr - Mingəçevir şəhərinin partiya fəallarının yığıncağında nitq söyləyib.
1981-ci il, 23 oktyabr - Lenin ordeni, “Oraq və Çəkic” qızıl medalı ilə təltif edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş yazıçı Mirzə İbrahimovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
1981-ci il, 26 oktyabr - Xaldan kənd orta məktəbində olub.
1981-ci il, 30 oktyabr - Almaniya Kommunist partiyasının mətbuat xidmətinin rəhbəri Eberhard Veberin başçılığı ilə AFR-dən gəlmiş nümayəndə heyətini qəbul edib.
1981-ci il, 31 oktyabr - Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Fəxri fərmanının təqdim edilməsi münasibətilə keçirilən mitinqdə nitq söyləyib.
1981-ci il, 31 oktyabr - “Pravda” qəzetində məqaləsi dərc olunub.
1981-ci il, 13 noyabr - Bakı şəhərində keçirilən revmotoloqların respublika seminarı iştirakçılarını qəbul edib.
1981-ci il, 18 noyabr - “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi dərc olunub.
1981-ci il, 23 noyabr - Moskva şəhərində Mərkəzi Memar Evində SSRİ-nin yaranmasının 60 illiyinə həsr olunmuş təntənəli gecədə çıxış edib.
1981-ci il, 24 noyabr - M.F.Axundov adına Opera və Balet Teatrında böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 780 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.
1981-ci il, 26 noyabr - Respublikanın partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1981-ci il, 27 noyabr - “Azərbaycanın tarix və mədəniyyət abidələri” sərgisini ziyarət edib.
1981-ci il, 30 noyabr - Azərbaycan Teatr Cəmiyyətinin VII qurultayında iştirak edib.
1981-ci il, 1 dekabr - Aktyor Hüseyn Ərəblinskinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley mərasimində iştirak edib.
1981-ci il, 2 dekabr - Sov. İKP MK-nın 1981-ci il noyabr plenumunun yekunları və respublika partiya təşkilatının vəzifələri haqqında Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
1981-ci il, 3 dekabr - Gerhard Tremetçin başçılığı ilə Almaniya Vahid Sosialist partiyasının nümayəndə heyətini qəbul edib.
1981-ci il , 4 dekabr - Yəmən Xalq Demokratik Respublikasının baş prokuroru Taha Əli Salehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1981-ci il, 5 dekabr - Zəlzələdən zərər çəkmiş İsmayıllı rayonunda vəziyyətlə yerində tanış olub.
1981-ci il, 7 dekabr - Bakıda keçirilən milli məktəblər üçün rus dili və ədəbiyyatı müəllimlərinin hazırlanması problemlərinə həsr olunmuş Ümumittifaq müşavirə iştirakçılarını qəbul edib.
1981-ci il , 9 dekabr - F.Dzerjınski adına klubda Cəmşid Naxçıvanski adına internat məktəbinin 10 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1981-ci il, 10 dekabr - Azərbaycanın xalq şairlərinə mükafatların təqdim olunması mərasimində nitq söyləyib.
1981-ci il, 11 dekabr - Azərbaycanın xalq şairləri Süleyman Rüstəm və Balaş Azəroğluna mükafatların təqdim olunması mərasimində nitq söyləyib.
1981-ci il, 23 dekabr - Azərbaycan Pedaqoji İnstitutunun 60 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
1982-ci il, 4 yanvar - Bakı Neft Emalı zavodunda yeni qurğuların inşasının bitməsi ilə əlaqədar keçirilən mitinqdə nitq söyləyib.
1982-ci il, 6 yanvar - Kommunist partiyasının bir qrup veteranına “Sov. İKP-nın sıralarında 50 il” nişanlarının təqdim olunması mərasimində çıxış edib.
1982-ci il, 14 yanvar - Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Vaqif Poeziya evinin açılışı mərasimlərində çıxış edib. Şuşa Tarix muzeyi ilə tanış olub.
1982-ci il, 15 yanvar - Stepanakertdə (Xankəndidə) Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya fəallarının yığıncağında nitq söyləyib.
1982-ci il, 19 yanvar - SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin birinci katibi T.N.Xrennikovu qəbul edib.
1982-ci il, 20 yanvar - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tixon Xrennikov və Niyazinin konsertinə tamaşa edib.
1982-ci il, 22 yanvar - Anqola Xalq Respublikası Xalq Məclisinin Rəyasət Heyətinin üzvü Lusio Ların başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1982-ci il, 6 fevral - Respublika Həmkarlar İttifaqlarının XVI qurultayında nitq söyləyib.
1982-ci il, 12 fevral - V.İ.Lenin adına Azərbaycan boru prokat zavodunda keçirilmiş yığıncaqda çıxış edib.
1982-ci il, 19 fevral - Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib.
1982-ci il, 22 fevral - Partiya komitələri mühazirəçilərinin zona seminar-müşavirəsində nitq söyləyib.
1982-ci il, 5 mart - Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
1982-ci il, 10 mart - “Oktyabr inqilabı” ordeni ilə təltif olunub.
1982-ci il, 12 mart - Azərbaycan SSR-ə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1982-ci il, 22 mart - Cəfər Cabbarlının heykəlinin açılış mərasimində nitq söyləyib. Cəfər Cabbarlının Bakıdakı ev-muzeyini ziyarət edib.
1982-ci il 26 mart - “Elektroştamp” Bakı təcrübə sınaq zavodunda keçirilmiş yığıncaqda çıxış edib.
1982-ci il, 26 mart – Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsertdə iştirak edib.
1982-ci il, 3 aprel - Respublika komsomolunun XXXI qurultayında nitq söyləyib.
1982-ci il, 8 aprel - Bakı şəhərinə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və ÜİLKGİ-nin keçici Qırmızı Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib Tbilisi və Yerevan şəhərlərinin nümayəndə heyətlərini qəbul edib.
1982-ci il, 13 aprel - Bakı şəhərinin Lenin rayonuna Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, Azərbaycan HİMŞ-in və Azərbaycan LKGİ-nin Qırmızı Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
1982-ci il, 15 aprel - Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib.
1982-ci il, 21-27 aprel - SSRİ Ali Sovetinin Meksikaya səfər etmiş nümayəndə heyətinə başçılıq edib.
1982-ci il, 28 aprel - Sov. İKP MK-nın “Politiçeskoye obrazovaniye” jurnalı redaksiya heyətinin Fəxri Fərmanı ilə təltif olunub.
1982-ci il, 9 may – Cəmşid Naxçıvanski adına respublika hərbi internat məktəbində olub.
1982-ci il, 10 may - Bakının “Neftçi” komandasının rəhbərlərini və futbolçularını qəbul edib.
1982-ci il, 14 may - SSRİ EA Rəyasət Heyətinin yanında müttəfiq respublikaların Elmlər Akademiyalarının fəaliyyətlərini əlaqələndirmə Şurası tərəfindən Bakı şəhərində keçirilən müşavirənin iştirakçılarını qəbul edib.
1982-ci il, 15 may - Yaradıcı ziyalılara, kənd təsərrüfatı qabaqcıllarına, partiya və sovet işçilərinə yüksək mükafatların təqdimetmə mərasimində çıxış edib.
1982-ci il, 17 may - Sosialist ölkələrinin informasiya agentliklərinin jurnalistlərinin Beynəlxalq seminarının iştirakçılarını qəbul edib.
1982-ci il, 17 may - “Kiyevin 1500 illiyi” xatirə medalı ilə təltif olunub.
1982-ci il, 18 may - Bəstəkar Qara Qarayevin dəfn mərasimində nitq söyləyib.
1982-ci il, 28 may - Süleyman Ararın başçılıq etdiyi İordaniya-Sovet Dostluq Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.
1982-ci il, 29 may - SSRİ prokurorluq orqanlarının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
1982-ci il, 4 iyun - Bakı şəhərində qastrolda olan SSRİ Böyük Teatrının aparıcı yaradıcı heyətinin bir qrupunu qəbul edib.
1982-ci il, 5 iyun - Səməd Vurğun adına Rus Dram Teatrının quruluşunda A.Şafronovun “Ürəkdə əməliyyat” pyesinin premyerasına tamaşa edib.
1982-ci il, 7 iyun - SSRİ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçılarını qəbul edib.
1982-ci il, 10 iyun - Bakıda görkəmli müğənni Bülbülün xatirə ev-muzeyinin açılışında iştirak edib.
1982-ci il, 18 iyun - Sov. İKP MK-nın 1982-ci il may plenumunun yekunları və respublika partiya təşkilatının vəzifələri haqqında Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
1982-ci il, 22 iyun - Respublikada keçirilmiş SSRİ xalqlarının poeziya bayramının və SSRİ Dövlət Nəşriyyat Komitəsinin uşaq ədəbiyyatı üzrə Şurasının iclasının iştirakçılarını qəbul edib.
1982-ci il, 25 iyun - Dəvəçi broyler fabrikində keçirilmiş yığıncaqda çıxış edib.
1982-ci il, 2 iyul - Lənkəran şəhər partiya komitəsinin plenumunda çıxış edib.
1982-ci il, 3 iyul - Astara rayon partiya komitəsinin plenumunda çıxış edib.
1982-ci il, 4 iyul - Böyük Teatrın yaradıcı heyəti və Azərbaycanın sənət adamları ilə görüşüb.
1982-ci il, 5 iyul - Moskvada keçirilmiş “Müasir Asiyanın aktual problemləri” adlı Beynəlxalq elmi-siyasi konfransın iştirakçılarını qəbul edib.
1982-ci il, 12 iyul - Sovet işçilərinin respublika müşavirəsində məruzə ilə çıxış edib.
1982-ci il, 15 iyul - Ağcabədi rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib. 1982-ci il, 16 iyul - Fransa Kommunist partiyasının Mərkəzi Komitəsinin üzvü Jorj Seqini qəbul edib.
1982-ci il, 17 iyul - Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illik yubileyi münasibətilə keçirilən təntənəli gecədə nitq söyləyib.
1982-ci il, 19 iyul - Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.
1982-ci il, 22 iyul - Sənaye və inşaat işçilərinin respublika müşavirəsində çıxış edib.
1982-ci il, 23 iyul - Tbilisi şəhərində Qırmızı Bayraqlı Zaqafqaziya Sərhəd Dairəsinin 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1982-ci il, 24 iyul - Xanlar rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1982-ci il, 26 iyul - Üzümçülük rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.
1982-ci il, 27 iyul - Azərbaycan KP MK-da keçirilən müşavirədə çıxış edib.
1982-ci il, 29 iyul - Şuşada bir qrup Azərbaycan yazıçıları ilə Vaqif poeziya günlərində iştirak edib.
1982-ci il, 30 iyul - Dağlıq Qarabağ vilayəti partiya komitəsində muxtar vilayətin rəhbərləri ilə görüşdə çıxış edib.
1982-ci il, 31 iyul - Stepanakertdə (Xankəndi) Azərbaycan yaradıcılıq ittifaqları idarə heyətlərinin birləşmiş səyyar plenumunda nitq söyləyib.
1982-ci il, 3 avqust - Şuşada Natəvanın abidəsinin açılışında nitq söyləyib.
1982-ci il avqust - “Kommunist Azerbaydjana” jurnalının 8-ci nömrəsində partiya işçilərinin respublika müşavirəsindəki məruzəsi dərc olunub.
1982-ci il, 28 avqust - Respublikanın partiya-sovet fəalları ilə tələbələrin görüşündə nitq söyləyib.
1982-ci il, 4 sentyabr - Bərdə rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1982-ci il, 6 sentyabr - Sabirabad rayonunun partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1982-ci il, 7 sentyabr - Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.
1982-ci il, 11 sentyabr - Üzümçülük rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.
1982-ci il, 24 sentyabr - Azərbaycana gəlmiş L.İ.Brejnevi qarşılayıb.
1982-ci il, 26 sentyabr - Azərbaycan SSR-ə Lenin ordeninin təqdim edilməsinə həsr edilmiş Azərbaycan KP MK-nın və Azərbaycan SSR Ali Sovetinin təntənəli iclasında nitq söyləyib.
1982-ci il, 30 sentyabr - Hüquqi və Sosial Fəlsəfə Beynəlxalq Assosiasiyasının Rəyasət Heyətinin Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.
1982-ci il, 1-2 oktyabr - Naxçıvan MSSR-ə səfər edib.
1982-ci il, 2 oktyabr - İrəvandakı “Masis” ayaqqabı istehsalat birliyində nitq söyləyib.
1982-ci il, 4 oktyabr - Naxçıvan MSSR-in partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.
1982-ci il, 5 oktyabr - Respublikada keçirilən “Lenfilm” kinostudiyası günlərinin iştirakçılarını qəbul edib.
1982-ci il, 5 oktyabr - “Georgi Dimitrovun anadan olmasının 100 illiyi” yubiley medalı ilə təltif olunub.
1982-ci il, 11 oktyabr - Kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
1982-ci il, 12 oktyabr - Azərbaycan KP MK-da respublikanın rəssamları ilə görüşdə çıxış edib.
1982-ci il, 17 oktyabr - Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan“ tamaşasına baxdıqdan sonra yaradıcı heyətlə görüşüb.
1982-ci il 18 oktyabr - M.F.Axundovun anadan olmasının 170 illiyi şərəfinə keçirilən mərasimdə iştirak edib.
1982-ci il, 19 oktyabr - M.F.Axundovun anadan olmasının 170 illiyi şərəfinə keçirilən mərasimlərin iştirakçılarını qəbul edib.
1982-ci il, 22 oktyabr - Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.
1982-ci il, 25 oktyabr - Azərbaycanın sahə həkimlərinin I qurultayında nitq söyləyib.
1982-ci il, 26 oktyabr - Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi Sibirdən gətirilib.
1982-ci il, 27 oktyabr - Finlandiyanın Sosial-Demokrat partiyasının nümayəndə heyətini qəbul edib.
1982-ci il, 27 oktyabr - Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun 60 illiyinə və İnstituta Qırmızı Əmək Bayrağı ordeninin təqdim edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1982-ci il, 28 oktyabr - SSRİ EA Fəlsəfə və Hüquq bölməsinin səyyar iclasında çıxış edib.
1982-ci il, 29 oktyabr - Almaniya Federativ Respublikasının Sovet İttifaqındakı fövqəladə və səlahiyyətli səfiri Andreas Mayer-Landrutu qəbul edib.
1982-ci il, 29 oktyabr - SSRİ EA Geologiya, Geofizika və Geokimya bölməsinin səyyar iclasının iştirakçılarını qəbul edib.
1982-ci il, 30 oktyabr - SSRİ EA Rəyasət Heyətinin yanında Sistemli Təhlil Komitəsinin elmi şurasının X sessiya iştirakçılarını qəbul edib, SSRİ EA Fəlsəfə və Hüquq bölməsinin səyyar iclasının iştirakçılarını qəbul edib.
1982-ci il, 2 noyabr - Bakı şəhərində keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan partiya komitələri katiblərinin elmi-praktiki konfransında çıxış edib.
1982-ci il, 2 noyabr - Hüseyn Cavidin Sibirdən gətirilmiş cənazəsi ilə vida mərasimində iştirak edib.
1982-ci il, 6 noyabr - Respublika zəhmətkeşlərinin mitinqində nitq söyləyib.
1982-ci il, 15 noyabr - L.İ.Brejnevin dəfn mərasimində iştirak edib.
1982-ci il , 22 noyabr - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib.
1982-ci il, 24 noyabr - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilib.
1982-ci il, 27 noyabr - “Azərbaycanın tarixi və mədəniyyət abidələri” sərgisinə tamaşa edib.
1982-ci il, 3 dekabr - Azərbaycan KP MK-nın I katibi vəzifəsindən azad edilib.
1982-ci il, 6 dekabr - Moskvaya yola düşüb.
1982-ci il, 13 dekabr - SSRİ Yollar Nazirliyinin geniş kollegiya iclasına sədrlik edib.
1982-ci il, 14 dekabr - Kremldə Macarıstan Xalq Respublikasının Nazirlər Sovetinin sədr müavini Y.Maryaini qəbul edib.
1983-cü il, 18 yanvar - SSRİ Dəniz Donanması Nazirliyinin geniş kollegiya iclasında çıxış edib.
1983-cü il, 19 yanvar - Kremldə Ümumdünya Meteoroloji Təşkilatın İcraiyyə Komitəsinin büro üzvlərini qəbul edib.
1983-ci il, 24 yanvar - SSRİ Rabitə Nazirliyinin geniş kollegiya iclasında çıxış edib.
1983-cü il, 4 mart - Baykal-Amur dəmiryol xəttinin tikintisi üzrə hökumət komissiyasının ilk iclasına sədrlik edib.
1983-cü il, 7 mart - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni və ikinci dəfə “Oraq və Çəkic” qızıl medalı ilə təltif edilib və vətənində büstünün qoyulması haqqında qərar qəbul edilib.
1983-cü il, 14 aprel - İttifaqlar Evində görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 70 illiyinə həsr olunmuş gecədə iştirak edib.
1983-cü il, 9 may - “Georgi Dimitrov” ordeni ilə təltif olunub.
1983-cü, il 10 may - Kremldə Almaniya Demokratik Respublikasının SSRİ-də olan səfiri E.Vinkelmanı qəbul edib.
1983-cü il, 16 iyun - SSRİ Ali Sovetinin 10-cu çağırış 8-ci sessiyasında “Əmək kollektivləri və onların müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılması haqqında” qanun layihəsi barəsində məruzə ilə çıxış edib.
1983-cü il, 17 iyun - İkinci dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilib.
1983-cü il, 1 iyul - Voloqda şəhərinə “Oktyabr inqilabı” ordenini təqdim edib.
1983-cü il, 18 iyul - Kremldə Macarıstan Xalq Respublikasının Nazirlər Sovetinin sədri D.Lazarla danışıqlar aparıb.
1983-cü il, 2 avqust - Kremldə Meksika Milli Konqresinin nümayəndə heyətini qəbul edib.
1983-cü il, 6 avqust - Kremldə Suriya Ərəb Respublikasının nümayəndə heyətinin rəhbəri, Xalq Şurasının sədri Mahmud Zuabini qəbul edib.
1983-cü il, 12 avqust - Kremldə Yəmən Ərəb Respublikasının səhiyyə naziri M.Kababanı qəbul edib.
1983-cü il, 25 avqust - Kremldə kənd təsərrüfatı naziri Ç.Blokun başçılığı ilə Amerika dövlət nümayəndə heyətini qəbul edib.
1983-cü il, 5 sentyabr - Bakıda Şərq xalçaları sənətinə dair beynəlxalq simpoziumun keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rəsm Qalereyasında açılmış Azərbaycan xalçaları sərgisini ziyarət edib.
1983-cü il, 24 sentyabr - Bakıda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr edilmiş “İblis” tamaşasına baxıb.
1983-cü il, 1 oktyabr - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik orkestrin Beynəlxalq musiqi dünyasına həsr edilmiş konsertində olub.
1983-cü il, 15 oktyabr - Kremlin Qurultaylar sarayının səhnəsində Fikrət Əmirovun 60 illiyi münasibətilə bəstəkarın “Min bir gecə” baletinə baxıb.
1983-cü il, 27-28 oktyabr - Vyetnama səfər edən SSRİ nümayəndə heyətinə başçılıq edib, Hanoyda keçirilən təntənəli mitinqdə nitq söyləyib.
1983-cü il, 31 oktyabr - Hanoyda SSRİ və Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq haqqında bağlanmış müqavilənin 5 illiyinə və Böyük “Oktyabr Sosialist inqilabı”nın 66 illiyinə həsr olunmuş təntənəli mitinqdə nitq söyləyib.
1983-cü il, 2 noyabr - Vyetnamın Byenxoa sənaye zonasında olub.
1983-cü il, 19 noyabr - Kremldə Yaponiyanın 4 siyasi partiyasının nümayəndə heyətini qəbul edib.
1984-cü il, 17 yanvar - SSRİ Yollar Nazirliyi, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin Rəyasət Heyətinin geniş kollegiya iclasında iştirak edib.
1984-cü il, 23 yanvar - Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiyasında nitq söyləyib.
1984-cü il, 14 fevral - Kremldə Çin Xalq Respublikası Dövlət Şurasının sədrinin müavini Van Lini qəbul edib.
1984-cü il, 22 fevral - Görkəmli bəstəkar Fikrət Əmirovla vida mərasimində iştirak edib, Bakı şəhəri Əzizbəyov rayonundakı 23 nömrəli birləşmiş xəstəxanada olub.
1984-cü il, 23 fevral - Dərin Özüllər zavodunda olub.
1984-cü il, 11 mart - Suriya Ərəb Respublikasına qısa müddətli işgüzar səfər edib, prezident Hafiz Əsədlə, xarici işlər naziri A.X.Həddamla görüşüb.
1984-cü il, 12 mart - Suriya Ərəb Respublikasının baş naziri A.R.Kasma ilə görüşüb.
1984-cü il, 13 mart - Suriya Kommunist partiyasının Baş katibinin müavini Y.Feysəlin başçılıq etdiyi partiyanın rəhbər üzvləri ilə görüşüb.
1984-cü il, 30 mart - Kremldə Sosialist Efiopiyanın Müvəqqəti Hərbi Şurasının sədri Mengistu Xayle Mariamı qəbul edib.
1984-cü il, 11-12 aprel - SSRİ Ali Sovetinin 11-ci çağırış 1-ci sessiyasında iştirak edib.
1984-cü il, 11 aprel - SSRİ Ali Sovetinin 11-ci çağırış 1-ci sessiyasında ümumtəhsil və peşə məktəblərində islahatların əsas istiqamətləri mövzusunda məruzə edib.
1984-cü il, 18 may - Moskvada “Oktyabr” kinokonsert zalında kino işçilərinin Ümumittifaq yığıncağında sovet kinematoqrafçılarının mühüm vəzifələri mövzusunda çıxış edib.
1984-cü il, 3-10 iyun - Baykal-Amur magistralının tikintisinin gedişi ilə tanış olmaq üçün regiona səfər edib.
1984-cü il, 8 iyun - “Komsomolsk-Amurun 50 illiyi” yubiley nişanı ilə təltif olunub.
1984-cü il, 21 iyun - Kremldə Fransanın nəqliyyat naziri Ş.Fittermanı qəbul edib.
1984-cü il, 5 iyul - Baykal-Amur magistralının tikintisinin gedişi ilə əlaqədar Sov. İKP MK Siyasi Bürosunda məlumatla çıxış edib.
1984-cü il, 12 iyul - Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı MK-nın “60 il V.Leninin adı ilə” fəxri nişanı ilə təltif olunub.
1984-cü il, 6-7 sentyabr - Bakıda bir sıra orta və texniki peşə məktəbləri ilə tanış olub.
1984-cü il, oktyabr - “Kommunist Azerbaydjana” jurnalının 10-cu nömrəsində məqaləsi dərc olunub.
1984-cü il, noyabr - “Kommunist Azerbaydjana” jurnalının 11-ci nömrəsində məqaləsi dərc olunub.
1984-cü il, 27 noyabr - Kremldə SSRİ Ali Sovetinin 11-ci çağırış 2-ci sessiyasında, İttifaq Sovetinin iclasında iştirak edib.
1984-cü il, 28 noyabr - Kremldə İttifaq Sovetin və Millətlər Sovetinin birgə iclasında iştirak edib.
1984-cü il, 5-6 dekabr - RSFSR Ali Sovetinin 10-cu çağırış 10-cu sessiyasında iştirak edib. 1984-cü il, 14 dekabr - İttifaqlar Evinin Sütunlu salonunda Tibb Elmləri Akademiyasına Lenin ordeninin təqdim olunması münasibətilə çıxış edib.
1985-ci il, 19 yanvar - Barnaul şəhərinin Mərkəzi seçki dairəsindən RSFSR Ali Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.
1985-ci il, 24 yanvar - “25 il. Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti” medalı ilə təltif olunub.
1985-ci il, 25 yanvar - Nəqliyyat-Tikinti Nazirliyinin geniş kollegiya iclasını keçirib.
1985-ci il, 30 yanvar - SSRİ Yollar Nazirliyinin, Dəmiryol Nəqliyyatı və Tikinti-Nəqliyyat Fəhlələri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin geniş iclasında çıxış edib.
1985-ci il, 31 yanvar - SSRİ-də Beynəlxalq gənclik gününün keçirilməsi üzrə komissiyanın iclasında məruzə ilə çıxış edib.
1985-ci il, 13 fevral - Barnaulda RSFSR Ali Sovetinə deputatlığa namizəd kimi seçicilərlə görüşüb.
1985-ci il, 20 fevral - Bakıya səfər edib.
1985-ci il, 22 fevral - SSRİ Ali Sovetinə deputatlığa namizəd kimi Bakıda bir sıra görüşlər keçirib.
1985-ci il, fevral - SSRİ Ali Sovetinə deputatlığa namizəd kimi Bakıda Lenin adına sarayda seçicilərlə görüşüb.
1985-ci il, 24 fevral - Bakıdan Moskvaya yola düşüb.
1985-ci il, 26 fevral - Kremldə Polşa Xalq Respublikasının SSRİ-də olan fövqəladə və səlahiyyətli səfiri S.Koçolekanı qəbul edib.
1985-ci il, 29 mart - Kremldə İspaniyanın nəqliyyat, turizm və rabitə naziri E.Baronu qəbul edib.
1985-ci il, 1 aprel - Macarıstanın Moskvada keçirdiyi milli yubiley sərgisinin təntənəli açılış mərasimində çıxış edib.
1985-ci il, 12 aprel - “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı ilə təltif olunub.
1985-ci il, 15 aprel - Həyat yoldaşı Zərifə Əziz qızı Əliyeva vəfat edib.
1985-ci il, 19 aprel - “I dərəcə Vətən müharibəsi” ordeni ilə təltif olunub.
1985-ci il, 22 aprel - Moskvada V.İ.Leninin anadan olmasının 115-ci ildönümünə həsr olunmuş təntənəli iclasda məruzə edib.
1985-ci il, 27 may - Moskvada “Səhiyyə-85” beynəlxalq sərgisinin açılışında çıxış edib.
1985-ci il, 5 iyun - Kremldə Macarıstan Xalq Republikasının Nazirlər Soveti sədrinin müavini Y.Çexakı qəbul edib.
1985-ci il, 25 iyun - Kremldə Ümumdünya Səhiyyə təşkilatının Baş direktoru doktor X.Maleri qəbul edib.
1985-ci il, 21-23 iyun - Kazanda işgüzar səfərdə olub.
1985-ci il, 14 iyul - “Moskovskiye novosti” qəzetinin 28-ci nömrəsində müsahibəsi dərc olunub.
1985-ci il, avqust - “Kommunist Azerbaydjana” jurnalının 8-ci nömrəsində məqaləsi dərc olunub.
1985-ci il, 12 avqust - Koreyanın azadlığının 40 illiyini qeyd etmək üçün Moskvadan Pxenyana yola düşən nümayəndə heyətinə başçılıq edib.
1985-ci il, 20 avqust - Kremldə Finlandiya Respublikasının hərbi naziri V.Pixlayamyakini qəbul edib.
1985-ci il, 1 noyabr - Kremldə Laosun hərbi naziri K.Sipxandonu qəbul edib.
1985-ci il, 16 noyabr - Kurqanda dəmiryolçu kommunistlərin hesabat-seçki konfransında çıxış edib.
1985-ci il, 30 noyabr - Moskvadan Anqolanın paytaxtı Luandaya yola düşən Sov. İKP-nin nümayəndə heyətinə başçılıq edib.
1985-ci il, 3 dekabr - Anqolada rəsmi səfərdə olub, Anqola Əmək partiyasının II qurultayında çıxış edib.
1986-cı il, 28 yanvar - Kremldə Yəmən Ərəb Respublikasının Baş nazirin müavini M.S.Əl-Əttarı qəbul edib.
1986-cı il, 25 fevral - 6 mart Sov. İKP-nin XXVII qurultayının işində iştirak edib.
1986-cı il, 7 mart - Kremldə Suriyanın Dirçəliş, Ərəb Sosialist Partiyasının baş katibinin müavini Əl Əhmərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
1986-cı il, 24 aprel - Kremldə Vyetnam Sosialist Respublikasının Nazirlər Sovetinin sədr müavini Donq Şi Nquyenanı qəbul edib.
1986-cı il, 8 iyun - Çuvaşiyanın Çeboksarı şəhərində pambıq-parça kombinatında keçirilən təntənəli yığıncaqda çıxış edib.
1986-cı il, 9 iyun - Kremldə AFR-in görkəmli nümayəndəsi “Doyçe bank”ın idarə heyətin sədri F.V.Kristiansı qəbul edib.
1986-cı il, 26-27 iyun - Yuqoslaviya Kommunistlər İttifaqının XIII qurultayında iştirak etmək üçün Belqrada gedən nümayəndə heyətinə başçılıq edib.
1986-cı il, 31 iyul - İki dəfə Sosialist əməyi qəhrəmanı olduğu üçün Naxçıvanda onun büstünün təntənəli açılış mərasimi keçirilib.
1986-cı il, 3 sentyabr - Novorossiyskdə “Admiral Naximov” gəmisinin batması nəticələrinin aradan qaldırılması üçün yaranmış Dövlət Komissiyasına sədr təyin olunub.
1986-cı il, 18 sentyabr - Kremldə Yəmən Xalq Demokratik Respublikasının daxili işlər naziri S.Mas-Seyili qəbul edib.
1986-cı il, 26 sentyabr - Kremldə Kuba Respublikasının Nazirlər Soveti sədrinin müavini D.Toralbası və Kuba Respublikasının SSRİ-də olan səfiri X.Kamaçonu qəbul edib.
1986-cı il, 16 oktyabr - SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri təyin olunub.
1986-cı il, 25 oktyabr - Mozambik Xalq Respublikasının prezidenti marşal Samora Moyzes Maşelin dəfn mərasimində iştirak etmək üçün Moskvadan Maputaya yola düşən sovet nümayəndə heyətinə başçılıq edib.
1986-cı il, 4 noyabr - Hindistan Respublikasının müdafiə naziri A.Sinqxanı qəbul edib.
1986-cı il, 11-16 noyabr - Laosa səfər edən Sov. İKP MK-nın nümayəndə heyətinə başçılıq edib.
1986-cı il, 18 noyabr - Moskvada Səməd Vurğunun 80 illik yubileyi mərasimində iştirak edib.
1986-cı il, 1 dekabr - Azərbaycan Dövlət akademik Teatrında Hüseyn Ərəblinskinin anadan olmasının 105 illiyinə həsr edilmiş təntənəli gecədə iştirak edib.
1987-ci, 8 yanvar - Kremldə Polşa Xalq Respublikasının daxili ticarət və xidmət naziri E.Yuzvakı qəbul edib.
1987-ci, 7 mart - Sosialist Efiopiyasının milli müdafiə naziri general-leytenant Tesfaye Gebre-Kidanı qəbul edib.
1987-ci- il, 15-18 mart - Volqoqrad vilayətində səfərdə olub.
1987-ci il, 15 aprel - Xorvatiya Sosialist Respublikası Saborunun İcraiyyə Veçesinin sədri A.Miloviçi qəbul edib.
1987-ci il, 14 oktyabr - Kremldə Küveytin neft naziri Əli əl-Xəlifi qəbul edib.
1987-ci il, 17 oktyabr - Yuqoslaviya SFR İttifaq İcraiyyə veçesinin sədr müavini Y.Zemlariçi qəbul edib.
1987-ci il, 21 oktyabr - səhhəti ilə əlaqədar olaraq Sov. İKP MK-nın plenumu tərəfindən Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən azad olunub. SSRİ Nazirlər Sovetinin nəzdində dövlət müşaviri təyin edilib.
1987-ci il, 24 oktyabr - SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilib.
1988-ci il, 28 yanvar - “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı ilə təltif olunub.
1988-ci il, 21 sentyabr - “Literaturnaya qazeta”da Heydər Əliyevin əleyhinə təşkil edilmiş “Sürəkli alqışlar” adlı məqalə dərc edilib.
1988-ci il, 21 sentyabr - “Sosialistiçeskaya industriya” qəzetində Heydər Əliyev əleyhinə “Tayfabazlığın məngənəsində” adlı sifarişli məqalə dərc edilib.
1988-ci il, noyabr - Öz xahişi ilə SSRİ Nazirlər Sovetinin nəzdində dövlət müşaviri vəzifəsindən azad olunub.
1989-cu il, 24 aprel - Təqaüd yaşının çatması səbəbilə Sov. İKP MK üzvlüyündən azad edilib.
1989-cu il, 29 noyabr - “Teatralnaya jizn” jurnalı üçün Andrey Karaulova müsahibə verib.
1990-cı il, 20 yanvar - Azərbaycanın Moskvadakı daimi nümayəndəsi S.İbrahimov “Barvixa” sanatoriyasında müalicə olunan Heydər Əliyevə zəng edərək Yanvar faciəsi barədə məlumat verib.
1990-cı il, 21 yanvar - Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğınlarla əlaqədar bəyanat verib.
1990-cı il, 4 fevral - “Pravda” qəzetində “Əliyevçilik, yaxud xoş əyyamların xiffəti” məqaləsi dərc olunub.
1990-cı il, 9 fevral - Rusiya televiziyasının aparıcısı Andrey Karaulova və “Vaşinqton post” qəzetinin Moskva müxbiri Devid Remnikə müsahibə verib.
1990-cı il, iyun - “Ulduz” jurnalının 6-cı nömrəsində jurnalist Elmira Əhmədovaya Moskvada verdiyi müsahibə dərc olunub.
1990-cı il, 20 iyul - Moskvadan Bakıya qayıdıb.
1990-cı il, 22 iyul - Naxçıvana gəlişi münasibətilə şəhər meydanında əhali ilə görüşüb.
1990-cı il, 21 avqust - Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul edib.
1990-cı il, 25 avqust - “Respublika” qəzeti Azər Abdullanın “Heydər Əliyev: “Mən adamlara inanmışam” adlı müsahibəsini dərc edib.
1990-cı il, 2 sentyabr - “Şərq qapısı” qəzetində “Keçmiş indi haqqında” adlı müsahibəsi dərc olunub.
1990-cı il, 26 sentyabr - Tbilisidə çıxan “Sovet Gürcüstanı” qəzetinin müxbirlərinə müsahibə verib.
1990-cı il, 30 sentyabr - Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Naxçıvandan deputat seçilib.
1990-cı il, 17 noyabr - Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyası öz işinə başlayıb. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası Heydər Əliyevin sədrliyi ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edib.
1990-cı il, 20 noyabr - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1990-cı il, 21 noyabr - Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edib.
1990-cı il, 24 noyabr - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1990-cı il, 29 noyabr - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1990-cı il, 14 dekabr - Naxçıvan MR Ali Məclisi deputat Heydər Əliyevin hazırladığı “Azərbaycan SSR-in DQMV-də, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında” qərar qəbul edib.