z
06 MART / 2023 / 15:27
1991-ci il, 14 yanvar - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1991-ci il, 20 yanvar - Naxçıvan şəhər Şəhidlər xiyabanında keçirilən matəm mitinqində çıxış edib.
1991-ci il, 5 fevral - Azərbaycan SSR Ali Sovetinin on ikinci çağırış birinci sessiyasında çıxış edib. Sessiyada ona qarşı hücumlar təşkil edilib.
1991-ci il, 15-17 fevral - “Aydınlıq” və “Vətən səsi” qəzetlərində deputat Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin birinci sessiyasında çıxışının tam mətni dərc olunub.
1991-ci il, 7 mart - Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında SSRİ-nin qorunub saxlanması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsində çıxış edib və bunun əleyhinə səs verib. Həmin çıxış “Səs” qəzetinin 15 mart 1991-ci il tarixli nömrəsində dərc olunub.
1991-ci il, 19 iyul - Kommunist Partiyasının sıralarını tərk edib.
1991-ci il, 24 avqust - Ali sovetin növbədənkənar fövqəladə sessiyasının çağırılması ilə əlaqədar Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə məktubla müraciət edib.
1991-ci il, 29 avqust - Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Respublikada siyasi vəziyyət haqqında” məsələnin müzakirəsi zamanı etdiyi çıxışa görə siyasi təqiblərə məruz qalıb.
1991-ci il, 30 avqust - Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycanın müstəqillik Bəyannaməsi” ilə bağlı çıxış edib.
1991-ci il, 3 sentyabr - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.
1991-ci il, 4 sentyabr - Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bəyanatla çıxış edib.
1991-ci il, 5 sentyabr - Nehrəm kəndinin sakinləri ilə görüşüb.
1991-ci il, 6 sentyabr - Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bəyanatla çıxış edib.
1991-ci il, 7 sentyabr - Bəyanat verərək Azərbaycanın kommunist rəhbərliyini Naxçıvan MR Ali qanunverici orqanının fəaliyyətinə və səlahiyyətinə təsir göstərməkdə, demokratik prinsipləri boğmaqda təqsirləndirərək beynəlxalq təşkilatlardan xahiş edib ki, Azərbaycan prezidentinin seçkiləri günü vəziyyəti obyektiv müəyyənləşdirmək üçün Naxçıvan MR-ə öz nümayəndələrini göndərsinlər.
1991-ci il, 9 sentyabr - Rusiya Prezidenti B.N.Yeltsinə məktub göndərib, Naxçıvanda başlanan demokratik prosesləri dəstəkləməsini ondan xahiş edib.
1991-ci il, 12 sentyabr - Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyanla telefonla danışmış, qatarlara edilən basqınların, adamların tutulub girov saxlanmasının, həmsərhəd kəndlərə hücumların kökünü kəsmək üçün tədbirlər görülməsini tələb edib.
1991-ci il, 17 sentyabr - Ordubad və Şahbuz rayonlarının ərazisinə basqın edən erməni quldur dəstələrinin cinayət törətmələri ilə əlaqədar Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyana bəyanatla müraciət edib.
1991-ci il, 20 sentyabr - Naxçıvan və Ermənistan arasında yaranmış gərgin vəziyyəti həll etmək üçün Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter-Petrosyana təkliflərlə müraciət edib.
1991-ci il, 21 sentyabr - Naxçıvan və Ermənistan arasında yaranmış gərgin vəziyyəti həll etmək üçün bir daha Ermənistan SSR Ali Sovetinin sədri Levon Ter- Petrosyana təkliflərlə müraciət edib.
1991-ci il, 4 oktyabr - Azərbaycan xalq deputatı Etibar Məmmədovu, “Ulduz” jurnalının baş redaktoru Abbas Abdullanı, BDU-nun professorları Xalid Əlimirzəyev və Əhməd Abdinovu, Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru Ramiz Rzayevi və Azərbaycan Dövlət İqtisad İnstitutunun dosenti İsa Məmmədovu qəbul edib.
1991-ci il, 8 oktyabr - Türkiyənin Mərmərə Eyitim və Kültür Vəqfinin Azərbaycandakı təmsilçisi Hilmi Öneyi və “Zaman” qəzetinin Azərbaycan üzrə müxbiri Yılmaz Poladı qəbul edib.
1991-ci il, 12 oktyabr - Naxçıvanın elektrik enerjisi ilə təchiz edilməsi sahəsində müqavilə öhdəliklərini yerinə yetirmək üçün Naxçıvan şəhərinə gəlmiş bir qrup türk mütəxəssisini qəbul edib.
1991-ci il, 19 oktyabr - Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına teleqram göndərərək dövlət müstəqilliyinin elan edilməsini böyük milli sərvət kimi dəyərləndirib, bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.
1991-ci il, 20 oktyabr - Amerikanın “Ey-Bi-Si Nyus” (ABC news) televiziya şirkətinin bir qrup əməkdaşını qəbul edib.
1991-ci il, 26 oktyabr - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edib.
1991-ci il, 29 oktyabr - Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılış mərasimində çıxış edib.
1991-ci il, 1 noyabr - Naxçıvanda ilk türk liseyinin açılması və 1992-1993-cü tədris ilində 100 nəfər naxçıvanlı gəncin Türkiyəyə ali təhsil almaq üçün göndərilməsi barədə Naxçıvan Muxtar Respublikası Xalq Təhsili Nazirliyi və Türkiyənin “Zaman” qəzeti arasında müqaviləni imzalayıb.
1991-ci il, 5 noyabr - Ermənistan Prezidenti Levon Ter-Petrosyanla telefon danışığı zamanı sərhəddə yaranmış vəziyyəti müzakirə edib.
1991-ci il, 6 noyabr - SSRİ DTK sədrinin müavini Nikolay Şamı və SSRİ Baş Sərhəd İdarəsinin şöbə rəisi Aleksandr Bessonovu qəbul edib.
1991-ci il, 7 noyabr - Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bütün hərbi hissələrin komanda heyəti ilə görüşdə çıxış edib.
1991-ci il, 9 noyabr - Türkiyənin Qızıl Ay Cəmiyyətinin xətti ilə Muxtar Respublikaya 126 ton ərzaq gətirmiş Qars vilayəti valisinin vəkili İsmet Bahadırların başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1991-ci il, 11 noyabr - İran İslam Respublikasının Mərənd fərmandarı Rza İbadini Naxçıvanda qəbul edib.
1991-ci il, 13 noyabr - Türkiyənin “Milliyət” və “Hürriyət” qəzetlərinin Naxçıvana gəlmiş müxbirləri və digər xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.
1991-ci il, 15 noyabr - Türkiyənin Nəqliyyat nazirliyinin dəmiryol, liman və aeroport tikintisi üzrə departamentinin baş direktoru Aytəkin Akagünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1991-ci il, 18 noyabr - Türkiyənin Konya şəhərindən ərzaq dolu ilk yardım karvanı ilə Naxçıvana gəlmiş şəhər ziyalılarının nümayəndələrini qəbul edib.
1991-ci il, 20 noyabr - Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin Qars sabiq Millət vəkili Səbri Aras, iş adamları Sönməz Qaradaş və Zəfər Qaradaşı qəbul edib.
1991-ci il, 29 noyabr - Türkiyənin İğdır şəhəri əhalisinin və valiliyinin göndərdikləri 19 yük maşınından ibarət ərzaq yardımını gətirmiş İğdır Bələdiyyə rəisi Əli Ağrının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1991-ci il, 4 dekabr - İran İslam Respublikasının Şərqi Azərbaycan ostandarı ağayi Əkbər Pəhrizkarı Naxçıvanda qəbul edib.
1991-ci il, 14 dekabr - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1991-ci il, 15 dekabr - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1991-ci il, 16 dekabr - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında tarixi qərarını imzalayıb.
1991-ci il, 27 dekabr - ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarını Naxçıvanda qəbul edib.
1991-ci il, 30 dekabr - İran İslam Respublikasının Maku fərmandarı Məhərrəm Allahverdizadə başda olmaqla nümayəndə heyətini Naxçıvanda qəbul edib.
1992-ci il, 2 yanvar - Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edib.
1992-ci il, 8 yanvar - Naxçıvana yardım gətirmiş Türkiyənin “Firudin Dinkər Kifayət” tikinti, turizm, sənaye və ticarət şirkətinin sahibi Firudin Ayrımı və Türkiyənin “Milliyət” qəzetinin müxbirini qəbul edib.
1992-ci il, 13 yanvar - Naxçıvan MR Ali Məclisi Rəyasət heyətinin 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsini tələb edən bəyanatını imzalayıb. 1992-ci il, 19 yanvar - Naxçıvan-Türkiyə gömrükxanasının istifadəyə verilməsi məsələlərini müzakirə etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin tapşırığı ilə Muxtar Respublikaya gəlmiş nümayəndə heyətini qəbul edib.
1992-ci il, 24 yanvar - İran İslam Respublikasının “Qırmızı Aypara” cəmiyyəti sədrinin səlahiyyətli nümayəndəsi Əhməd Rəfiyi başda olmaqla nümayəndə heyətini Naxçıvanda qəbul edib.
1992-ci il, 30 yanvar - Türkiyənin “Şahar Groub” daxili və xarici ticarət şirkəti idarə heyətinin sədri Zəkai Savaşları qəbul edib.
1992-ci il, 1 fevral - İran İslam Respublikasının Maku fərmandarı Məhərrəm Allahverdizadə başda olmaqla nümayəndə heyətini, İslam Respublikasının “Bonyade Möstezəfan və Canbazane Enqelabe Eslami” şirkətinin nümayəndələrini Naxçıvanda qəbul edib.
1992-ci il, 2 fevral - İran İslam Respublikası Ağır sənaye nazirliyinin Şərqi və Qərbi Azərbaycan üzrə əlaqələndiricilərini Naxçıvanda qəbul edib.
1992-ci il, 3 fevral - Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özala zəng edərək Türkiyədə fevral ayının 1-də baş vermiş qar uçqunu nəticəsində 200-ə yaxın insanın həlak olması münasibətilə baş sağlığı verib.
1992-ci il, 4 fevral - Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl ilə telefon söhbəti olub.
1992-ci il, 6 fevral - Naxçıvana ərzaq yardımı gətirmiş Türkiyənin “Madsan” xarici ticarət şirkətinin prezidenti İbrahim Aydını qəbul edib.
1992-ci il, 1 mart - Naxçıvanda ağır yüklü təyyarələri qəbul etməyə imkan verən yeni aeroportun işə düşməsi münasibətilə keçirilən mitinqdə çıxış edib.
1992-ci il, 5 mart - Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl ilə telefon söhbəti olub.
1992-ci il, 8 mart - Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu Orxan Ərtoğruloğlunu qəbul edib.
1992-ci il, 9 mart - Azərbaycan Respublikası Ali Sovetinin sədri Y.Məmmədovla telefon danışığı olub, ictimai-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıb.
1992-ci il, 10 mart - Sədərək yaxınlığındakı sərhəd zastavasında Ermənistan Ali Sovetinin sədri Babken Arakçyanla keçirdiyi görüşdə atəşin kəsilməsi və Dağlıq Qarabağla bağlı məsələlər müzakirə olunub.
1992-ci il 22-25 mart - Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Özalın və Baş nazir Süleyman Dəmirəlin xüsusi dəvəti ilə Türkiyəyə rəsmi səfərə yola düşüb. Ankarada Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin qəbirlərinə əklillər qoyub. Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özal və Baş nazir Süleyman Dəmirəllə təkbətək görüşüb. Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolunu Baş nazir Süleyman Dəmirəllə birgə imzalayıb. İstanbul, Qars və İğdır şəhərlərinin rəhbərləri ilə görüşərək danışıqlar aparıb, həmin şəhərlərin tarixi abidələri ilə tanış olub. Süleyman Dəmirəlin şəxsi təyyarəsi ilə Naxçıvana qayıdıb.
1992-ci il, 1 aprel - ATƏM-in Naxçıvana gələn nümayəndə heyətini qəbul edib, Naxçıvanın tam blokadaya salınması və Kərki kəndinin işğal olunması barədə məlumat verib.
1992-ci il, 7 aprel - Çeçen Respublikası hökumətinin başçısı Yaraqi Mamodayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci il, 9 aprel - Türkiyənin “Teletaş” şirkətinin xarici ölkələrdə ticarət şöbəsinin müdiri Mücit Emelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci il, 18 aprel - İran İslam Respublikasının xarici işlər nazirinin keçmiş Sovet İttifaqının müsəlman respublikaları üzrə müşaviri Şeyx Əttarı Naxçıvanda qəbul edib. Dağıstan Respublikası Dərbənd Rayon Xalq Deputatları Sovetinin sədri Səid Camal oğlu Qurbanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci il, 24 aprel - Naxçıvana gəlmiş Qars vilayətinin valisi Sıtkı Aslan və Türkiyə elektrik şirkətinin eksperti Tevfik Karasunu qəbul edib.
1992-ci il, 27 aprel - Türkiyə Kənd Təsərrüfatı nazirliyinin məsul işçilərini qəbul edib.
1992-ci il, 28 aprel - Bakıda, Ali Sovetin qarşısında keçirilən mitinqin iştirakçıları Ali Sovetin çağırılmasını, Konstitusiyanın Azərbaycan prezidenti üçün yaş həddini nəzərdə tutan bəndinə düzəliş edilməsini tələb edib, Heydər Əliyevin Azərbaycan prezidentliyinə namizəd göstərilməsinə tərəfdar çıxıblar.
1992-ci il, 1 may - İran İslam Respublikasının Azərbaycandakı səfiri Əli Əsgər Nəhavandianı qəbul edib. Səfir Naxçıvanda İİR-ın konsulluğunun açılması barədə XİN-ın məktubunu təqdim edib.
1992-ci il, 2 may - Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyənin Baş naziri Süleyman Dəmirəllə telefonla söhbəti olub.
1992-ci il, 3 may - Türkiyənin Baş naziri Süleyman Dəmirəllə telefon danışığı olub. O, Heydər Əliyevin dəvətinə əsasən Naxçıvana gələcəyini bildirib.
1992-ci il, 5 may - Muxtar Respublikanın müdafiəsi ilə bağlı Naxçıvanın mərkəzi meydanında keçirilən mitinqdə çıxış edib. Aprelin 20-dən mayın 4-dək Naxçıvana yardım gətirilməsi ilə məşğul olan Türkiyə Cümhuriyyəti Qızıl Ay Cəmiyyətinin Naxçıvan üzrə Yardım Komitəsinin sədri Şafak Lotarı qəbul edib.
1992-ci il, 7 may - Ermənistanın hərbi təcavüzü ilə bağlı Şərurda keçirilən mitinqdə çıxış edib.
1992-ci il, 13 may - İranın Qərbi Azərbaycan ostandarının müavini Yusif Modares başda olmaqla nümayəndə heyətini Naxçıvanda qəbul edib. İran İslam Respublikasının xarici işlər nazirinin müavini ağayi Vaizini Naxçıvanda qəbul edib.
1992-ci il, 15 may - Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Ayaz Mütəllibovun qanunsuz olaraq yenidən prezident kürsüsünü ələ keçirməsi ilə əlaqədar Naxçıvan televiziyası ilə əhaliyə müraciət edib, Ali Sovetin fövqəladə sessiyasının qəbul etdiyi qərarı “antidemokratik tədbir” adlandırıb, xalqa qarşı cinayətə yol verildiyini bildirib.
1992-ci il, 18 may -Yaqub Məmmədovun Ali Sovetin sədri vəzifəsindən azad edilməsindən sonra Ali Sovetin sədrliyinə Heydər Əliyevin namizədliyi göstərilib. Heydər Əliyevə zəng vurmağın mümkün olmaması kimi yersiz bəhanə ilə səsvermə bülleteninə onun adı daxil edilməyib. Ermənistan prezidenti L.Ter-Petrosyanla telefon danışığında ondan hücumu və atəşi dayandırmağı tələb edib. Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisinə hərbi təcavüzü ilə əlaqədar Türkiyənin Baş naziri Süleyman Dəmirəllə, xarici işlər naziri Hikmət Çətinlə və Baş nazirin birinci müavini Ərdal İnönü ilə telefonla danışıb.
1992-ci il, 21 may - Döyüş əməliyyatı rayonunda vəziyyətlə tanış olmaq üçün Naxçıvana gələn Türkiyə Xarici İşlər nazirliyinin böyük elçisi Ömər Ərsunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Londonun “Deyli teleqraf” (“Daily telegraph”) qəzetinin Naxçıvanda olan müxbirinə və “Azərinform”un müxbirinə müsahibə verib.
1992-ci il, 22 may - Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar televiziya ilə Muxtar Respublika əhalisinə müraciət edib.
1992-ci il, 25 may - Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar keçirilmiş Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edib.
1992-ci il, 24 may - Moskvaya yola düşən Türkiyənin Baş naziri Süleyman Dəmirəllə və İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə telefonla söhbət edib.
1992-ci il, 27 may - BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşü zamanı erməni təcavüzünün nəticələri barədə məlumat verib.
1992-ci il 28 may - Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gəlib. Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılış mərasimində çıxış edib.
1992-ci il, 29 may - Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti Nizami Süleymanovu qəbul edib.
1992-ci il, 1 iyun - İzmir şəhərində keçirilən III Beynəlxalq İqtisadi Konqresdə iştirak etmək üçün Türkiyəyə yola düşüb.
1992-ci il, 2 iyun - Türkiyədə dövlət nazirləri Cavid Çağlar, Əkrəm Ceyhun, xarici işlər naziri Hikmət Çətin, Baş nazir Süleyman Dəmirəl ilə görüşüb.
1992-ci il, 3 iyun - Türkiyə Prezidenti Turqut Özal və Baş nazirin müavini Ərdal İnönü ilə görüşüb. Türkiyənin Naxçıvan Muxtar Respublikasına verdiyi kreditdən istifadə edilməsi qaydası haqqında Türkiyə xarici işlər naziri Hikmət Çətinlə protokol imzalayıb. III Beynəlxalq İqtisadi Konqresdə çıxış edib.
1992-ci il, 5 iyun - Ermənistanın Naxçıvana hərbi təcavüzü nəticəsində yaralanaraq Ərzurumda müalicə olunan naxçıvanlılara baş çəkib.
1992-ci il, 11 iyun - Belarus parlamentinin deputatları Viktor Kuçinski və Sergey Naumovu qəbul edib.
1992-ci il, 17 iyun - Naxçıvana gələn ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsla görüşüb. Bakının rəsmi dairələrində Naxçıvan MR statusunun dəyişdirilməsi ilə əlaqədar Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edib.
1992-ci il, 2 iyul - Sədərəkli qaçqınların vəziyyəti ilə tanış olmaq üçün onların yanına gedib.
1992-ci il, 8 iyul - İran İslam Respublikasının Urmiyə vilayəti fərmandarının müavini Rəsul Rzainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci il, 9 iyul - Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı Sədərək-Dilucu körpüsünün rəsmi sərhəd keçid qapısı elan edilməsi barədə qərarı imzalayıb.
1992-ci il, 15 iyul - Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general - polkovnik Pyotr Deynekini və Müstəqil Dövlətlər Birliyi Hərbi Qüvvələri komandanının köməkçisi, general-mayor Nikolay Stolyarovu qəbul edib.
1992-ci il, 23 iyul - Rusiya Federasiyasının Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Vladimir Kazimirovu qəbul edib.
1992-ci il, 27 iyul - İran İslam Respublikasının Qərbi Azərbaycan ostandarının müşaviri və siyasi idarənin baş müdiri Səyavuş Qəhvəçianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci il, 8 avqust - Naxçıvan MR Ali Məclisinin iclasında çıxış edib.
1992-ci il, 10-14 avqust - Naxçıvan nümayəndə heyətinin başçısı kimi Türkiyəyə yola düşüb. İğdıra vilayət statusu verilməsi mərasimində iştirak edib. Ankarada Türkiyənin Baş naziri Süleyman Dəmirəllə danışıqlar aparıb.
1992-ci il, 18 avqust - Rusiyanın Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyasının əmlakının tamamilə Milli Ordunun briqadasına verilməsi haqqında aktın imzalanması mərasimində iştirak edib.
1992-ci il, 19 avqust - Xalq Cəbhəsinin Naxçıvana göstərdiyi təzyiqlərə etiraz əlaməti olaraq MR Ali Məclisinin qarşısında keçirilən izdihamlı mitinqdə çıxış edib.
1992-ci il, 22-26 avqust - İran İslam Respublikasına rəsmi səfər edib. İran İslam Respublikasının ali dini rəhbəri Ayətulla Seyid Əli Xameneyi, İran İslam Respublikasının Prezidenti Əli Əkbər Rəfsəncani, İran İslam Respublikası Milli Məclisinin sədri Natiq Nuri, İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti və İran İslam Respublikasının yol-nəqliyyat naziri Səidi Kiya ilə görüşüb.
1992-ci il, 13 sentyabr - Naxçıvan televiziyası ilə çıxış edərək özünün istefası və Naxçıvanın separat siyasəti barədə yayılan şayiələri təkzib edib.
1992-ci il, 16 sentyabr - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında çıxış edib.
1992-ci il, 5 oktyabr - Türkiyəyə təhsil almağa gedən ilk tələbə qrupu ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda təşkil olunmuş görüşdə çıxış edib.
1992-ci il, 7 oktyabr - Türkiyənin “Zaman” qəzetinin dəvəti ilə Naxçıvandan keçməklə Türkiyəyə tanışlıq səfərinə gedən Azərbaycan jurnalistlərini qəbul edib.
1992-ci il, 9 oktyabr - Naxçıvanda Türkiyənin ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüşüb. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının birinci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Azadlıq meydanında təşkil olunmuş hərbi paradda çıxış edib.
1992-ci il, 10 oktyabr - Bakıda “Naxçıvan” həftəlik ictimai-siyasi qəzetinin ilk nömrəsinin çapdan çıxması münasibətilə qəzetə təbrik məktubu göndərib.
1992-ci il, 16 oktyabr - Azərbaycan ziyalılarının bir qrupu (“91-lər”) Heydər Əliyevə müraciət edərək ondan yaradılmaqda olan partiyaya rəhbərlik etməyə razılıq verməsini xahiş edib.
1992-ci il 18 oktyabr - Azərbaycan sərhəd qoşunlarının Naxçıvandakı birinci dəstəsinin yerləşdiyi şəhərcikdə keçirilən andiçmə mərasimində iştirak edib.
1992-ci il, 21 oktyabr - Hüseyn Cavidin anadan olmasının 110 illiyinin qeyd edilməsi ilə əlaqədar keçirilmiş müşavirəyə sədrlik edib.
1992-ci il, 23 oktyabr - Hüseyn Cavidin anadan olmasının 110 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirində çıxış edib.
1992-ci il, 24 oktyabr - Azərbaycan ziyalılarının müraciətinə cavab olaraq mətbuatda “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olunub. Azərbaycan prezidenti Əbülfəz Elçibəylə bir neçə dəfə telefonla danışaraq AXC Naxçıvan şöbəsi tərəfindən törədilən təxribata son qoyulmasını tələb edib.
1992-ci il, 25 oktyabr - Naxçıvan radiosu ilə əhaliyə müraciət edib. Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında çıxış edib.
1992-ci il, 27 oktyabr - Naxçıvandakı Azadlıq meydanında keçirilən mitinqin iştirakçıları Azərbaycan Prezidentindən Heydər Əliyevə və Naxçıvana qarşı göstərilən zorakılıq hərəkətlərini aradan qaldırmağı tələb ediblər. Yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirilib.
1992-ci il, 28 oktyabr - Oktyabr ayının 24-də Naxçıvanda baş vermiş dövlət çevrilişi cəhdi ilə əlaqədar keçirilmiş toplantıda çıxış edib.
1992-ci il, 5 noyabr - Yeni Azərbaycan Partiyasının təsis edilməsi üçün yaradılan təşkilat komitəsinin sədri seçilib.
1992-ci il, 10 noyabr - Naxçıvan MR-in müdafiəsinə həsr olunmuş müşavirəyə sədrlik edib.
1992-ci il, 12 noyabr - Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi mərasimində çıxış edib.
1992-ci il, 20 noyabr - İran İslam Respublikasının kooperasiya naziri Qulamrza Şafeinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
1992-ci il, 21 noyabr - Naxçıvanda təsis yığıncağı keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçilib. Türkiyənin İğdır və Aralıq vilayətlərinin bələdiyyə idarələri tərəfindən sədərəklilər üçün göndərilmiş 11 maşın ərzaq yardımını müşayiət edən nümayəndə heyətini qəbul edib.
1992-ci il, 25 noyabr - Naxçıvanda hakimiyyət çevrilişi cəhdinin qarşısının alınması üçün radio ilə Muxtar Respublikasının əhalisinə müraciət edib.
1992-ci il, 3 dekabr - İrandan Naxçıvana 40 meqavat gücündə elektrik enerjisinin verilməsi münasibətilə Arazkənarı stansiyanın təntənəli açılış mərasimində çıxış edib. İranla Naxçıvanı birləşdirən Şahtaxtı-Poldəşt keçid məntəqəsinin açılış mərasimində çıxış edib.
1992-ci il, 16 dekabr - Yeni Azərbaycan Partiyası sədrinin müavini Murtuz Ələsgərova qarşı həyata keçirilmiş terrorçuluq aktı ilə əlaqədar müraciətlə çıxış edib.
1992-ci il, 17 dekabr - Naxçıvanda yaranmış ağır iqtisadi vəziyyətə həsr olunmuş müşavirəyə sədrlik edib.
1992-ci il, 29 dekabr - Naxçıvan televiziyası ilə çıxış edərək əhalini şayiələrə uymamağa, yaranmış gərginliyi aradan qaldırmaq üçün sabitliyi gözləməyə çağırıb. “Naxçıvan” qəzetində “İnsan xalq üçün yaşayanda xoşbəxt olur” sərlövhəli müsahibəsi dərc olunub.
1993-cü il, 15 yanvar - İran İslam Respublikasının Mərənd fərmandarı Məhəmməd Rza Notaşı qəbul edib.
1993-cü il, 20 yanvar - Naxçıvan MR-də Qanlı Yanvar faciəsinin 3-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında keçirilən izdihamlı mitinqdə çıxış edib. Bill Klintona ABŞ prezidenti seçilməsi münasibətilə təbrik və xüsusi məktub göndərib.
1993-cü il, 27 yanvar - “Nezavisimaya qazeta”nın müxbirinə müsahibə verib.
1993-cü il, 2 fevral - BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səidi qəbul edib.
1993-cü il, 4 fevral - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Maylsı Naxçıvanda qəbul edib.
1993-cü il, 5 fevral - Türkiyə Cümhuriyyətinin Naxçıvana yeni təyin olunmuş baş konsulu Orxan Ərtoğruloğlunu və Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul edib. Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilovla birlikdə Naxçıvana gəlmiş respublika nazirlik və baş idarə rəhbərlərinin böyük bir qrupunu qəbul edib.
1993-cü il, 7 fevral - Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının təsis konfransında çıxış edib.
1993-cü il, 8 fevral - İran İslam Respublikasının Maku fərmandarı Nadir Səfərzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1993-cü il, 11 fevral - BMT-nin Qaçqınlarla İş Şurası nümayəndəliyinin sədri Petrik Smiti və onu müşayiət edən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri - Jerar Bessonla Bernard Jüleri qəbul edib.
1993-cü il, 12 fevral - Bakıda Prezident sarayında Prezident Əbülfəz Elçibəylə görüşüb.
1993-cü il, 13 fevral - YAP-ın Bakıdakı iqamətgahında partiya təəssübkeşləri ilə ilk görüşü keçirilib.
1993-cü il, 17 fevral - Naxçıvan Texniki-İstehsalat Rabitə İdarəsinin sifarişi ilə Fransanın milli “DSR Holdinqs” mətbəəsi, üzərində Heydər Əliyevin şəkli və Naxçıvan MR-in xəritəsi olan ilk poçt markasını buraxıb.
1993-cü il, 18 fevral - Böyük Britaniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Brayan Folla Moskvada görüşüb.
1993-cü il, 3 mart - Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfirliyində olub, bu ölkənin fövqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlu ilə görüşüb. Bakıda olarkən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mayls ilə görüşüb.
1993-cü il, 5 mart - İngiltərənin Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstok və Fransa səfiri Jan Perre ilə görüşüb.
1993-cü il, 8 mart - İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmməd Sadiq Turini qəbul edib. Naxçıvanda İran İslam Respublikasının Konsulluğunun açılması mərasimində çıxış edib. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu Orxan Ərtoğruloğlunu qəbul edib. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin proqramlaşdırma məsələləri üzrə rəhbəri Lois Roviranı qəbul edib.
1993-cü il, 10 mart - ABŞ-ın Naxçıvana humanitar yardım gətirən inspeksiya qrupunun üzvləri - Robert Hovard, Devid Roberts və Cil Robinsonu qəbul edib.
1993-cü il, 11 mart - Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli nümayəndəliyinin rəhbəri Harold Fomstounu qəbul edib.
1993-cü il, 12 mart - Naxçıvanda blokada nəticəsində yaranmış iqtisadi vəziyyətə həsr olunmuş müşavirə keçirib.
1993-cü il, 13 mart - Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının konfransında çıxış edib.
1993-cü il, 16-19 mart - 16 mart İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin dəvəti ilə İranda rəsmi səfərdə olub. İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti ilə İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşüb. Tehran xəstəxanasında müalicə olunan Dağlıq Qarabağ cəbhəsində yaralanmış Azərbaycan Milli Ordusunun əsgərlərinə baş çəkib. Təbrizdə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məzarını ziyarət edib. Xudafərin-Culfa istiqamətində çəkilən yolun vəziyyəti ilə tanış olmaq üçün Təbrizdən Xudafərin körpüsünə gedib.
1993-cü il, 1 aprel - Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin geniş iclasında çıxış edib.
1993-cü il, 5 aprel - “Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami” fondunun Naxçıvana gələn rəhbər heyətini qəbul edib.
1993-cü il, 10 aprel - Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin nəşrə başlaması münasibətilə qəzetə təbrik teleqramı göndərib.
1993-cü il, 12 aprel - Azərbaycan Respublikasında fövqəladə vəziyyətlə əlaqədar Naxçıvan MR-in ərazisində komendantların təyin olunması barədə sərəncamına münasibət bildirib və əhalinin çörəklə təmin olunmasına həsr olunmuş müşavirəyə sədrlik edib.
1993-cü il, 15 aprel - Naxçıvan Muxtar Respublikası əhalisinin ərzaq malları ilə təchizatında yaranmış çətinliklərlə əlaqədar Türkiyə Cümhuriyyətinin “Qızıl Ay” Cəmiyyətinin sədri Kamal Dəmirlə telefon söhbəti olub.
1993-cü il, 16 aprel - Türkiyənin yaxın bölgələrinə işgüzar səfərə gedib. Sədərək-Dilucu körpüsündə Aralıq qəzasının qayməqamı Həsən İpək tərəfindən qarşılanıb.
1993-cü il, 19 aprel - Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Özalın vəfatı ilə əlaqədar Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna gələrək başsağlığı verib. Dəfn mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
1993-cu il, 23 aprel - Türkiyə Böyük Millət Məclisinin Türkiyə Cümhuriyyətinin yaradılmasının 73-cü ildönümünə həsr olunmuş iclasında iştirak edib. Ertəsi gün Türkiyənin Baş naziri Süleyman Dəmirəllə, Türkiyə Cümhuriyyətinin kənd təsərrüfat naziri Nəcməddin Cevheri və Qızıl Ay Cəmiyyətinin sədri Kamal Dəmirlə görüşüb.
1993-cü il, 2 may - “Moskovskiye novosti” qəzetinə müsahibə verib.
1993-cü il, 9 may - Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivini qəbul edib. Böyük Vətən müharibəsi veteranları ilə görüşdə çıxış edib.
1993-cü il, 10 may - Naxçıvana humanitar yardım gətirən ABŞ inspeksiya qrupunun üzvlərini qəbul edib. 70 illik yubileyi münasibətilə Naxçıvana gəlmiş Azərbaycanın tanınmış ziyalılarının böyük bir qrupunu qəbul edib.
1993-cü il, 13 may - İran İslam Respublikası Qərbi Azərbaycan ostandarı Q.Səadəti ilə mədəni-iqtisadi əməkdaşlıq barədə müqavilə imzayıb.
1993-cü il, 14 may - Sədərəklə Ermənistanın Ararat rayonu arasındakı sərhəd zastavasında Naxçıvanın və Ermənistanın nümayəndə heyətləri görüşüblər. Görüş zamanı Heydər Əliyev və Ermənistan Ali Soveti sədrinin müavini A.Saakyan sərhədboyu məntəqələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar bəyannamə imzalayıblar.
1993-cü il, 16 may - Süleyman Dəmirəli Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbrik edib.
1993-cü il, 19 may - Naxçıvan MR-dən Məkkəyə yola düşən zəvvarları qəbul edib. 1993-cü il, 26 may - Amerika Beynəlxalq Yardım və İnkişaf Agentliyi direktorunun sağlamlıq məsələləri üzrə baş müşaviri doktor Cerald V.Vaythauzu və həmin agentliyin Avropa-Asiya bölməsinin direktoru Pavel M.Kulakovu qəbul edib.
1993-cü il, 27 may - Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi münasibətilə Naxçıvanda keçirilmiş təntənəli yığıncaqda çıxış edib.
1993-cü il, 1 iyun - İran İslam Respublikasının “Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami” fondu prezidentinin müavini Mahmud Əhmədpurun başçılıq etdiyi nümayəndə heyətini, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Nikolay Baybakovu qəbul edib.
1993-cü il, 2 iyun - Türkiyənin Qızıl Ay Cəmiyyətinin xətti ilə Naxçıvanda humanitar yardım göstərilən təşkilatlara baş çəkib.
1993-cü il, 4 iyun - Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət heyətlərinin Gəncə hadisələrinə həsr olunmuş birgə iclasında çıxış edib.
1993-cü il, 9 iyun - ölkə rəhbərliyinin dəvəti ilə Bakıya gələrək, yaranmış ictimai - siyasi və hökumət böhranını aradan qaldırmaq üçün fəaliyyətə başlayıb.
1993-cü il, 13-14 iyun - 1993-cü il 4 iyun hadisələrini araşdırmaq üçün Gəncədə olub.
1993-cü il, 15 iyun - Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.
1993-cü il, 16 iyun - Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valter Şoniyanı qəbul edib.
1993-cü il, 17 iyun - Gürcüstan Respublikası baş nazirinin birinci müavini Avtandil Margianini və Qardabani rayonu icra hakimiyyətinin başçısı Xuta Mamaladzeni, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əsgər Nəhavəndianı qəbul edib.
1993-cü il, 18 iyun - Prezident Əbülfəz Elçibəyin gecəyarısı Bakını tərk edib Kələki kəndinə getməsilə əlaqədar yaranmış vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət edib.
1993-cü il, 19 iyun - Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu qəbul edib. Azərbaycan İslam Partiyası Ali Şurasının sədri Hacı Əlikram Əliyevi, şuranın üzvləri Hacı Vaqif Qasımovu, Hacı Hacıağa Nuriyevi qəbul edib.
1993-cü il, 20 iyun - Heydər Əliyevin sədrliyi və Ali Sovetin, Prezident Aparatının, Nazirlər Kabinetinin, ayrı-ayrı nazirliklərin və baş idarələrin rəhbərlərinin iştirakı ilə müşavirə, KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
1993-cü il, 21 iyun - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Maylsı, BMT-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Mahmud əl-Səidi qəbul edib.
1993-cü il, 22 iyun - Böyük Britaniyanın Rusiya və Azərbaycandakı səfiri Brayan Follu, Respublikanın bir qrup ziyalısını və xalq deputatını qəbul edib. KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.
1993-cü il, 23 iyun - Əbülfəz Elçibəyin Bakıya qayıtması barədə prezidentlə danışıqlar aparmaq üçün Naxçıvan Muxtar Respublikasına getmiş nümayəndə heyətini qəbul edib. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Altan Karamanoğlunu onun xahişi ilə qəbul edib.
1993-cü il, 24 iyun - Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlayıb.
1993-cü il, 1 iyul - “Amoko Kəspiən Si Petroleum Kompani” şirkətinin sədri və prezidenti Robert Blantonu, şirkətin vitse-prezidenti və Azərbaycandakı nümayəndəsi Tim Harnetti və digər nümayəndələri qəbul edib.
1993-cü il, 2 iyul - Xarici ölkələrin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndələrinin başçılarını qəbul edib, xarici neft şirkətləri ilə imzalanmış bəyannamələrin icrasının dayandırılması səbəbləri haqqında və son günlər Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hücumlarını genişləndirməsi ilə əlaqədar bəyanat verib.
1993-cü il, 4 iyul - “Ostankino” Dövlətlərarası Televiziya Şirkətinin “Birbaşa efirdə dialoq” proqramına müsahibə verib.
1993-cü il, 5 iyul - Respublikada yaranmış vəziyyətlə əlaqədar ABŞ, Rusiya və Türkiyənin Azərbaycandakı səfirlərini və BMT-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsini qəbul edərək bəyanat verib.
1993-cü il, 10 iyul - ATƏM-in Minsk qrupunun başçısı Mario Raffaellini qəbul edib.
1993-cü il, 14 iyul - Münaqişə zonasından qayıdan Mario Rafaellini qəbul edib. M.Rafaelli ilə birlikdə yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.
1993-cü il, 20 iyul - Rusiya Xarici İşlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirov ilə görüşüb.
1993-cü il, 22 iyul - Türkiyə xarici işlər nazirinin müavini Özdəm Sanbərki qəbul edib.
1993-cü il, 25 iyul - Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgədə yaranmış gərgin vəziyyətlə əlaqədar Bərdədə olub.
1993-cü il, 26 iyul - Erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasınm sədrinə yazılı müraciət edib.
1993-cü il, 3 avqust - Amerikanın “Ay-Dİ-Bi” şirkəti ilə birlikdə quraşdırılan telekommunikasiya kompleksinin tərkibində beynəlxalq peyk rabitə sisteminin açılışında iştirak edib. Görkəmli dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri Elmira Qafarovanın dəfn mərasimində iştirak edib.
1993-cü il, 10 avqust - Respublikanın dövlət və hökumət rəhbərlərinin ölkəmizin neft yataqlarının birgə istismarı ilə məşğul olacaq xarici ölkələrin neft şirkətlərinin rəsmi nümayəndələri, xarici dövlətlərin Bakıdakı şirkətlərinin başçıları ilə görüşündə iştirak edib. “Sobesednik” qəzetinin müxbirinə müsahibə verib.
1993-cü il, 12 avqust - Respublikamızda rəsmi səfərdə olan Moskva şəhərinin meri Yuri Lujkovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Yazıçı Aleksandr Proxanova müsahibə verib.
1993-cü il, 13 avqust - Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşüb. Fransanın respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Jan Perreni qəbul edib.
1993-cü il, 17 avqust - Aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşüb. İran İslam Respublikasının xarici işlər naziri, doktor Əli Əkbər Vilayətini qəbul edib.
1993-cü il, 18 avqust - Aşqabaddan Tbilisiyə qayıdarkən yolüstü Bakıda dayanmış Gürcüstan Parlamentinin sədri Eduard Şevardnadze ilə görüşüb. Ermənistanın hərbi təcavüzünə son qoyulması ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının sədrinə və BMT-nin baş katibinə məktub ünvanlayıb.
1993-cü il, 19 avqust - Füzuli, Cəbrayıl bölgələrində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirib.
1993-cü il, 20 avqust - Rusiyada Xarici İşlər nazirinin müavini Boris Kolokolov başda olmaqla Rusiya Federasiyası nümayəndə heyətini qəbul edib.
1993-cü il, 23 avqust - Respublikanın cənub bölgəsində baş verən iğtişaşlarla əlaqədar televiziya ilə xalqa müraciət edib.
1993-cü il, 24 avqust - Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasına həsr edilmiş Ümumrespublika müşavirəsində çıxış edib. Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovu qəbul edib.
1993-cü il, 25 avqust - Ermənistanın təcavüzü ilə əlaqədar bəyanat verib. Türkiyə Respublikası xarici işlər nazirinin müavini Özdəm Sanbərki və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1993-cü il, 26 avqust - Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında ümumxalq referendumunun keçirilməsi məsələləri ilə bağlı müşavirə keçirilib.
1993-cü il, 27 avqust - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul edib.
1993-cü il, 28 avqust - Xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovu İrəvandan və Dağlıq Qarabağdan Bakıya qayıtdıqdan sonra qəbul edib.
1993-cü il, 29 avqust - Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında ümumxalq referendumunda iştirak edib.
1993-cü il, 30 avqust - avqustun 29-da keçirilmiş referendumda müşahidəçi kimi iştirak etmiş Türkiyə Böyük Millət Məclisinin deputatı Rüfət Yüzbaşıoğlunu qəbul edib. “Nezavisimaya qazeta”nın müxbirinə müsahibə verib.
1993-cü il, 31 avqust - avqustun 29-da keçirilmiş referendumda müşahidəçi kimi iştirak etmək üçün ölkəmizə gəlmiş ATƏM-in nümayəndəsi Jan Russelyeni qəbul edib.
1993-cü il, 2 sentyabr - Nazirlər Kabinetində nazirliklərin, komitələrin və şirkətlərin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Xarici işlər naziri təyin edilmiş Həsən Həsənovu Xarici İşlər Nazirliyinin kollektivinə təqdim edib.
1993-cü il, 3 sentyabr - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul edib.
1993-cü il, 4 sentyabr - Türkiyə Parlamentinin Ana Vətən Partiyası fraksiyasının lideri Əyyub Aşiq başda olmaqla nümayəndə heyətini qəbul edib.
1993-cü il, 5 sentyabr - Həzrət Məhəmməd Peyğəmbərin (c) mövludu münasibətilə Təzəpir məscidində keçirilən mərasimdə iştirak edib. İİR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əsgər Nəhavəndianı qəbul edib. Jurnalistlər üçün brifinq keçirib.
1993-cü il, 6 sentyabr - Rusiya Federasiyasının rəhbərliyi ilə rəsmi danışıqlar aparmaq üçün Moskvaya yola düşüb. RF Prezidenti Boris Yeltsinlə, RF Ali Sovetinin sədri Ruslan Xasbulatovla, xarici işlər naziri Andrey Kozırevlə, müdafiə naziri Pavel Qraçovla, baş nazirin müavini Sergey Şaxrayla, Baş nazir Viktor Çernomirdinlə və Moskvanın meri Yuri Lujkovla görüşüb.
1993-cü il, 8 sentyabr - Moskvada rəsmi səfərdə olan Türkiyənin baş naziri Tansu Çillərlə görüşüb.
“Prezident Hotel”də Moskvaya ilk işgüzar səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
1993-cü il, 9 sentyabr - Ümumdünya Yenidənqurma və İnkişaf Bankının Orta Asiya dövlətləri, Qazaxıstan və Azərbaycan şöbəsinin müdiri Qədir Tansu Yürükoğlunu və bankın bir qrup əməkdaşını qəbul edib.
1993-cü il, 10 sentyabr - ölkədəki mövcud vəziyyətlə əlaqədar yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib. Almaniya bankı idarə heyətinin üzvü Georq Kruppu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
1993-cü il, 11 sentyabr - ABŞ Dövlət Katibinin yeni müstəqil dövlətlər üzrə müşaviri və xüsusi tapşırıqlar üzrə səfiri Stroub Talbottun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1993-cü il, 12 sentyabr - Azərbaycan televiziyasının müxbirinə müsahibə verib.
1993-cü il, 13 sentyabr - Milli Məclisin növbəti iclasında Türkiyə Cümhuriyyətinin baş naziri Tansu Çillər ilə Moskvada apardığı danışıqlar haqqında məlumat verib.
1993-cü il, 15 sentyabr - Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəllə telefonla danışıb.
1993-cü il, 16 sentyabr - Bolqarıstan Nazirlər Şurası sədrinin müavini vəzifəsini icra edən iqtisadiyyat və sənaye naziri Raço Petrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1993-cü il, 17 sentyabr - Türkiyə Respublikasının xarici işlər naziri Hikmət Çətini və onu müşayiət edən nümayəndə heyətini, Böyük Britaniya Parlamentinin üzvü, müxalif kabinetdə müdafiə naziri Devid Klarkı qəbul edib.
1993-cü il, 18 sentyabr - Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Abulxeyiri qəbul edib. Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi qeydə alınıb. Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə MDB-nin parlamentlərarası qrupunun nümayəndə heyətini qəbul edib.
1993-cü il, 19 sentyabr - Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə MDB-nin parlamentlərarası qrupunun nümayəndə heyətini Ermənistan Respublikasından qayıtdıqdan sonra qəbul edib. Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı binasının tikinti meydançasında olub.
1993-cü il, 20 sentyabr - Daxili İşlər Nazirliyində keçirilmiş müşavirədə çıxış edib.
1993-cü il, 21 sentyabr - Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşüb. Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə MDB-nin parlamentlərarası qrupunun nümayəndə heyətini qəbul edib.
1993-cü il, 22 sentyabr - Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşüb.
1993-cü il, 23 sentyabr - BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidlə görüşüb. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul edib.
1993-cü il, 24 sentyabr - MDB ölkələrinin hökumət başçılarının Şura iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. “Prezident Hotel”də MDB dövlət və hökumət başçılarının iclasında iştirak edib. Kremldə Azərbaycanın MDB-yə daxil olması haqqında sənədləri imzalayıb. MDB ölkələri Hökumət Başçıları Şurasının iclasında iştirak edib.
1993-cü il, 25 sentyabr - Rusiya Xarici İşlər nazirliyinin malikanəsində Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşüb.
1993-cü il, 28 sentyabr - Bakı kondisioner zavodunda paytaxtın sənaye müəssisələrinin nümayəndələri ilə görüşüb.
1993-cü il, 29 sentyabr - Azərbaycan Respublikası Milli Məclisinin iclasında qanunsuz həbslərin olub-olmaması haqqında məsələnin müzakirəsi ilə bağlı çıxış edib.
1993-cü il, 30 sentyabr - “Peyk” çoxsaylı çap lövhələri zavodunun açılışında iştirak edib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Yanqı qəbul edib.
1993-cü il, 1 oktyabr - Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşüb.
1993-cü il, 3 oktyabr - Prezident seçkilərində müşahidəçi kimi iştirak etməyə gəlmiş Almaniya Bundestaqının deputatı Ditrix Şperlinqi qəbul edib. 9 saylı Səbail dairə seçki komissiyasının Tofiq İsmayılov adına yaradıcılıq sarayında yerləşən 12 saylı seçki məntəqəsində Azərbaycanın üçüncü prezidentini seçmək üçün keçirilən səsvermədə iştirak edib. Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilib.
1993-cü il 4 oktyabr - Prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş ATƏM-in nümayəndəsi Jak Rusellyeni, türkiyəli müşahidəçilər qrupunu, Böyük Britaniyanın Helsinki qrupunun nümayəndə heyətini qəbul edib.
1993-cü il, 5 oktyabr - Prezident seçkilərində iştirak etmək üçün müşahidəçi kimi ölkəmizə gəlmiş Qazaxıstan Respublikasının xalq deputatları - Bəymərdan Əmirxanov və Fyodor Moiseyevi, ABŞ-da yaşayan Piruz Xanlı və onun xanımı Betti Bleyeri, Almaniyada yaşayan Söhrab Sübhani və İbrahim Əhrarini qəbul edib.
1993-cü il, 6 oktyabr - Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutaraq Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçildiyini qərara alıb.
1993-cü il, 8 oktyabr - Moskvada Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan Respublikası və Rusiya Federasiyası başçılarının əməli görüşündə iştirak edib.
1993-cü il, 10 oktyabr - “Respublika sarayı”nda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirilib.
1993-cü il, 11 oktyabr - ATƏM-in ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini Anatoli Adamişini qəbul edib. Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin işgüzar adamları, ayrı-ayrı şirkətlərin və kompaniyaların nümayəndələri ilə görüşüb.
1993-cü il, 12 oktyabr - “Azadlıq” radiostansiyası Azərbaycan redaksiyasının müdiri Mirzə Xəzərlə görüşüb. “Amoko Kaspian Si Petreolium Kompani” şirkətinin prezidenti Robert Blantonu qəbul edib. Böyük Britaniyanın xarici işlər və birlik məsələləri üzrə dövlət naziri Duqlas Hoqqu qəbul edib.
1993-cü il, 13 oktyabr - ABŞ-ın yeni müstəqil dövlətlərə yardım göstərilməsi üzrə əlaqələndiricisi Tomas Saymonsu, Amerika iş adamlarını qəbul edib.
1993-cü il, 14 oktyabr - Şəhidlər Xiyabanını ziyarət edib. Respublikada pul-kredit siyasəti və bankların fəaliyyətinə həsr olunmuş müşavirə keçirib. Türkiyənin TRT televiziya şirkətinin müxbirinə müsahibə verib.
1993-cü il, 15 oktyabr - ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb. BMT-nin Azərbaycandakı nümayəndəsi Mahmud əl-Səidi qəbul edib. Respublika iqtisadiyyatının vəziyyəti ilə əlaqədar olaraq iqtisadiyyat naziri Səməd Sadıqovun hesabatını dinləyib. Respublikada kriminogen vəziyyətlə bağlı olaraq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib.
1993-cü il, 16 oktyabr - İranın “Bünyadi müstəzəfan və canbazan” fondunun prezidenti Mövsüm Rəfiqdustla görüşüb. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Maylsı qəbul edib.
1993-cü il, 17 oktyabr - İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mahmud Vaizini qəbul edib.
1993-cü il, 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
1993-cü il, 19 oktyabr - Avstriyanın keçmiş maliyyə naziri doktor Hans Androşu və iqtisadçı Kurt Samersi onların xahişi ilə qəbul edib. Rusiya Federasiyasında çıxan “Seqodnya”qəzetinə müsahibə verib.
1993-cü il, 20 oktyabr - Amerikada çıxan “Azərbaycan internəşnl” jurnalının redaktoru Betti Bleyerə müsahibə verib. Rusiya Federasiyasının bir qrup iş adamı ilə görüşüb.
1993-cü il, 21 oktyabr - Türkiyənin bir qrup iş adamı ilə görüşüb. Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirib.
1993-cü il, 22 oktyabr - Respublikada fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə görüşüb.
1993-cü il, 23 oktyabr - Erməni silahlı qüvvələrinin Füzuli və Cəbrayıl rayonlarına silahlı hücumları ilə əlaqədar selektor müşavirəsi keçirib. Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşüb.
1993-cü il, 24 oktyabr - Dağıstan Respublikasının ağsaqqalları ilə görüşüb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin hesabatını dinləyib. Cəbhə bölgələrində vəziyyətlə bağlı fövqəladə müşavirə keçirib.
1993-cü il, 25 oktyabr - BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul edib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏM-in təklif etdiyi qrafikin müzakirəsini keçirib.
1993-cü il, 26 oktyabr - İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qarşılanma mərasimində iştirak edib. İİR prezidenti ilə birgə İran Milli Bankının Bakı şöbəsində, Daxili İşlər Nazirliyinin hərbi hospitalında olub.
1993-cü il, 27 oktyabr - İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ilə rəsmi görüşü olub. Əli Əkbər Haşimi Rəfsəncani ilə birlikdə “Azərneftyağ” zavodunda, Şəhidlər xiyabanında olub. İran İslam Respubliksının prezidentinin şərəfinə ”Gülüstan” sarayında rəsmi ziyafət verib.
1993-cü il, 29 oktyabr - Türkiyə Cümhuriyyətinin yaradılmasının 70 illiyi münasibətilə bu ölkənin səfirliyinin “Gülüstan” sarayında təşkil etdiyi mərasimdə çıxış edib.
1993-cü il, 30 oktyabr - Qazaxıstanın Azərbaycandakı səfiri İbrahim Amanqaliyevin etimadnaməsini qəbul edib.
1993-cü il, 31 oktyabr - Türkiyə prezidenti Süleyman Dəmirəllə telefon danışığı olub. Tanınmış neftçi Fərman Salmanovla görüşüb. Xalq şairi Məmməd Arazın yubiley gecəsində iştirak edib. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Maylsı qəbul edib. Respublikanın cəbhəyanı bölgələrindəki vəziyyətlə əlaqədar iclas keçirib.
1993-cü il, 1 noyabr - Müdafiə Şurasının ilk iclasını keçirib.
1993-cü il, 2 noyabr - Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət edib.
1993-cü il, 4 noyabr - Şəhriyar adına klubda Əfqanıstan müharibəsinin veteranları ilə görüşüb.
1993-cü il, 5 noyabr - Milli Məclisin iclasında çıxış edib. Azərbaycan Respublikasının Prezidenti seçildiyi üçün Milli Məclis Heydər Əlirza oğlu Əliyevin xalq deputatı və Azərbaycan Respublikası Ali Soveti sədrinin səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edib.
1993-cü il, 6 noyabr - Türkiyənin baş naziri Tansu Çillərlə telefon danışığı olub. Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında vəziyyətlə əlaqədar hesabatı dinləyib.
1993-cü il, 7 noyabr - Milton Volf başda olmaqla Ümumdünya Yəhudi Liqasının nümayəndə heyətini qəbul edib. “Bi Bi Si” (BBC) radiosuna müsahibə verib. “N” saylı hərbi hissəsinin təlim mərkəzlərindən birində olub.
1993-cü il, 8 noyabr - “Azərbaycan Hacıları Xeyriyyə Cəmiyyəti”nin üzvlərini qəbul edib.
1993-cü il, 9 noyabr - Azərbaycan nümayəndə heyətinin Fransaya səfərinin yekunlarına dair hesabatını dinləyib.
1993-cü il, 10 noyabr - Böyük Britaniya parlamentinin nümayəndələri - Ceyms Spayser, Endrü Rabata və Harold Ellestonu, Beynəlxalq Mühəndis Akademiyasının həqiqi üzvü Səid Ələsgərovu qəbul edib.
1993-cü il, 11 noyabr - Naxçıvanın blokadası nəticəsində yaranmış vəziyyətlə əlaqədar Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini Eldar İbrahimovu qəbul edib.
1993-cü il, 14 noyabr - Respublikada sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib.
1993-cü il, 18 noyabr - ABŞ-ın energetika nazirinin müavini Uilyam Uaytı, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizama salınması üzrə səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirovu, Türkiyənin “Çağ” Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin üzvü Nurəddin Vereni, şirkətin Azərbaycan üzrə nümayəndəsi Məmmədəli Babaşovu, Qafqaz Universitetinin rektoru Zəfər Ayvazı, “Zaman” qəzetinin Azərbaycandakı nümayəndəsi Halim Dağları və qəzetin xəbər şöbəsinin müdiri Nedim Yalçını qəbul edib.
1993-cü il, 19 noyabr - Bank-maliyyə, tədiyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyətinə həsr olunmuş müşavirə keçirib. Rusiya Federasiyasının yanacaq və energetika naziri Yuri Şafranniklə görüşüb.
1993-cü il, 20 noyabr - Rusiya Federasiyası ilə Azərbaycan arasında energetika sahəsində protokolun imzalanması mərasimində iştirak edib.
1993-cü il, 22 noyabr - Hərbi quruculuq məsələlərinə dair müşavirə keçirib.
1993-cü il, 23 noyabr - Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşüb.
1993-cü il, 24 noyabr - Prezident sarayında çörək və çörək məhsullarının, yanacaq və enerji daşıyıcılarının qiymətlərinin liberallaşdırılması və respublikada qışa hazırlıqla əlaqədar müşavirə keçirib.
1993-cü ildə dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul edib.
1993-cü il, 25 noyabr - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Yankın etimadnaməsini qəbul edib.
1993-cü il, 3 dekabr - Türkiyəli ictimai xadim və iş adamı, “TRT-6” teleşirkətinin prezidenti Əhməd Özalı qəbul edib.
1993-cü il, 6 dekabr - İsrail parlamentinin üzvü Yevraim Sneni və İsrail Xarici İşlər Nazirliyinin idarə rəisi Zoxar Razı, İran parlamentinin deputatı, ictimai xadim Fatimə Hümayun Müqəddəmi qəbul edib.
1993-cü il, 7 dekabr - Beynəlxalq İslam Nicat Təşkilatının MDB dövlətləri üzrə nümayəndəliklərinin baş direktoru Əbdülhəmid Cəfər Dağıstanini, İsraildən gələn nümayəndə heyətini qəbul edib.
1993-cü il, 8 dekabr - Prezident sarayında maliyyə sistemində və əhalinin taxıl məhsulları ilə təchizatında yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirib.
1993-cü il, 9 dekabr - Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İsmət Çoudrini, Norveç Krallığının Türkiyədə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sveyn Saterin etimadnaməsini qəbul edib.
1993-cü il, 11-12 dekabr - Cəbhəyanı rayonlarda yaranmış vəziyyətlə tanış olmaq üçün İmişli, Füzuli, Beyləqan və Şəmkir rayonlarında olub, Ağcabədi və Gəncədə qaçqınların vəziyyətinə həsr olunmuş müşavirələr keçirib.
1993-cü il, 19-22 dekabr - Fransada rəsmi səfərdə olub. Dekabrın 19-da xalqımızın görkəmli oğulları - Əlimərdan bəy Topçubaşov və onun ailə üzvlərinin, Ceyhun bəy Hacıbəylinin və onun oğlu Timurçin Hacıbəylinin Parisdəki məzarlarına əklil qoyub. Fransada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb. Dekabrın 20-də Yelisey sarayında Fransa prezidenti Fransua Mitteranla, Fransa Xarici İşlər nazirliyi yanında diplomatik mətbuat assosiasiyasının üzvləri ilə görüşüb. Yelisey sarayında Fransua Mitteranla birgə Fransa ilə Azərbaycan arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq barədə müqavilə imzalayıb. ATƏM-in əsas sənədlərindən biri olan “Yeni Avropa üçün Paris xartiyası”na Azərbaycanın qoşulması barədə sənədi imzalayıb. KİV nümayəndələri üçün bəyanat verib. Luvr muzeyində olub. Dekabr 21-də Parisdə Fransa sahibkarlarının milli mərkəzində işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Fransanın xarici işlər naziri Alen Jüppeni qəbul edib. Fransa Diplomatiya Akademiyasının üzvləri ilə görüşüb. YUNESKO-nun iqamətgahında görüşdə ona YUNESKO-nun xatirə medalı təqdim edilib. Parisdə YUNESKO-nun iqamətgahında YUNESKO-nun baş direktoru Federiko Mayor ilə görüşüb. Fransanın “Elf-Akiten” neft şirkətinin nümayəndələri ilə görüşüb. Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib. Fransanın sənaye, rabitə, telekommunikasiya və xarici ticarət naziri Jerar Lonke ilə görüşüb. Fransanın “Tomson” şirkətinin prezidenti Filipp Jiskar d’Esteni qəbul edib.
1993-ci il, 24 dekabr - Aşqabadda MDB üzvü olan ölkələrin dövlət başçıları şurasının iclasında bəyanatla çıxış edib.
1993-cü il, 27 dekabr - Respublikada hərbi vəziyyətlə əlaqədar müşavirə keçirib. Azərbaycanın Milli Qəhrəmanları və Vətən uğrunda şəhid olanların ailə üzvləri ilə görüşüb.
1993-cü il, 28 dekabr - Sumqayıtda beynəlxalq avtomat telefon stansiyasının açılış mərasimində iştirak edib. Sumqayıt şəhər Tarix Muzeyində oub, muzeyin qarşısına toplaşmış sumqayıtlılar qarşısında çıxış edib. Sumqayıtda Şəhidlər xiyabanını ziyarət edib.
1993-cü il, 30 dekabr - İsrailin “Merxav” şirkətinin prezidenti İosif Maymanı və vitse-prezidenti Dan Kapı qəbul edib.
1993-cü il, 31 dekabr - Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib.
1994-cü il, 2 yanvar - Hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə görüşüb.
1994-cü il, 3 yanvar - Rusiya Federal Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Andrey Nikolayevi qəbul edib.
1994-cü il, 4 yanvar - Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirib. Cəbhə bölgələrinə səfər edib.
1994-cü il, 6 yanvar - Cənubi Qafqazdakı Rusiya Qoşunları Qrupunun komandanı general-polkovnik Fyodor Reutu qəbul edib.
1994-cü il, 7 yanvar - Mövlud bayramı münasibətilə Azərbaycandakı Pravoslav icmasını təbrik edib.
1994-cü il, 9 yanvar - Prezident sarayında xaricdə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşüb. Almaniyadakı Azərbaycan Kültür Ocağının nümayəndələri – “Ana dili” qəzetinin naşiri və redaktoru Nurəddin Qərəvini, elektrosənaye doktoru Əli Qarabağlını, məşhur qarmon ifaçısı Rəhman Əsədullahini və hərbi mütəxəssis Əmir Fərəvanini qəbul edib.
1994-cü il, 11 yanvar - ABŞ-ın “Eykin Qam” şirkətinin idarə heyətinin sədri Ceyms Lanqdounun başçılıq etdiyi nümayəndə heyətini, Latviya Respublikasının baş nazirinin müavini, iqtisadiyyat naziri Oyars Kexris başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul edib.
1994-cü il, 12 yanvar - 20 Yanvar faciəsinin dördüncü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclasını keçirib.
1994-cü il, 13 yanvar - Prezident Aparatında cəbhəyə yola düşən zabitlərin bir qrupu ilə görüşüb.
1994-cü il, 15 yanvar - İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsini qəbul edib. 1994-cü il, 17 yanvar - BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Mahmud əl-Səidi qəbul edib.
1994-cü il, 18 yanvar - Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında çıxış edib. Türkiyə Respublikasının Ali Təhsil Birliyinin nümayəndəsi Meһmet Altunayı qəbul edib.
1994-cü il, 19 yanvar - 20 Yanvar faciəsinin 4-cü ildönümü münasibəti ilə xalqa müraciət edib. 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşüb. Respublika sarayında 20 Yanvar faciəsinin 4-cü ildönümünə həsr edilmiş gecədə iştirak edib.
1994-cü il, 20 yanvar - Şəhidlər xiyabanını ziyarət edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Orta Asiya Bölgəsi üzrə nümayəndəsi Jan Mark Borneni və Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Barpar Julyeni qəbul edib.
1994-cü il, 21 yanvar - Milli Məclisin 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak edib.
1994-cü il, 24 yanvar - Cəbhəyə yola düşən əsgər və zabitlərlə görüşüb.
1994-cü il, 26 yanvar - Ankaranın Hacəttəpə Universitetinin beynəlxalq münasibətlər sahəsində fəxri doktor adına layiq görülüb.
1994-cü il, 27 yanvar - Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri Ə.Qaracanı, M.Kəngərlini və M.Müştəki qəbul edib.
1994-cü il, 30 yanvar - ABŞ-ın AMOKO neft şirkətinin Avrasiya ölkələri üzrə sədri Robert Blantonu, həmin şirkətin prezidenti Don Steysi, “Azəri” və “Çıraq” layihəsinin meneceri Tom Dossu qəbul edib.
1994-cü il, 31 yanvar - Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və Qarabağa dair danışıqlarda Rusiya prezidentinin şəxsi nümayəndəsi Vladimir Kazimirovu qəbul edib.
1994-cü il, 1 fevral - Cəbhə bölgəsində vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirib.
1994-cü il, 2 fevral - Türkiyənin Azərbaycandakı müvəqqəti və səlahiyyətli səfiri Vural Atayla birlikdə Hacattəpə Universitetinin professorlarından bir qrupunu, İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mahmud Vaizini qəbul edib.
1994-cü il, 3 fevral - Türkiyə jurnalistlərinin bir qrupuna müsahibə verib.
1994-cü il, 4 fevral - Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi-alim və mütəxəssislərlə görüşüb. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valter Şoniyanı qəbul edib.
1994-cü il, 7 fevral - Türkiyənin ali məktəblərində təhsil almağa yola düşən azərbaycanlı tələbələrlə görüşüb.
1994-cü il, 8-11 fevral - Türkiyə Cümhuriyyətində rəsmi səfərdə olub. Fevralın 8-də Binə hava limanında jurnalistlərə müsahibə verib. Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahında – “Çankaya” köşkündə rəsmi qarşılanma mərasimində nitq söyləyib. Türkiyə Cümhuriyyətinin banisi, görkəmli siyasi və ictimai xadim Mustafa Kamal Atatürkün, M.Ə.Rəsulzadənin məzarını ziyarət edib. Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə təkbətək görüşüb. Türkiyə Respublikasının baş naziri Tansu Çilləri qəbul edib. “Ana Vətən” partiyasının sədri Məsud Yılmazla görüşüb. Türkiyənin Milliyyətçi Çalışma Partiyasının rəhbəri Alparslan Türkeşlə görüşüb. Ankarada “Çankaya” köşkündə Azərbaycan Prezidentinin şərəfinə verilən ziyafətdə nitq söyləyib. Fevralın 9-da Türkiyənin Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykalı qəbul edib. Türkiyədə yaşayan Azərbaycanlı icmasının nümayəndələri ilə görüşüb. Türkiyə Böyük Millət Məclisində çıxış edib. Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəllə iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ankarada yaşayan azərbaycanlıların böyük bir qrupu ilə görüşüb. Ankara Hacəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində çıxış edib. Bilkənd Universiteti idarə heyətinin sədri İhsan Doğramaçı ilə, Ankarada dünya ölkələrinin Türkiyədəki səfirləri və diplomatik heyətlərinin üzvləri ilə görüşdə çıxış edib. Ankaradan İstanbula gəlib. Fevralın 10-da İstanbulda “Sülh və səbir” beynəlxalq dini konfransın nümayəndələri qarşısında çıxış edib. “Netaş” firmasında olub. Türkiyənin iş adamı Vəһbi Koçu qəbul edib. İstanbul valisi Hayri Kezakçıoğlunun verdiyi ziyafətdə iştirak edib.
1994-cü il, 15 fevral - Gürcüstanın xarici işlər naziri Aleksandr Çkvaidzeni və sənaye naziri Vladimir Kereselidzeni qəbul edib.
1994-cü il, 19 fevral - Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Yanqı qəbul edib.
1994-cü il, 20 fevral - Prezident Aparatının, Nazirlər Kabinetinin, nazirliklərin, bankların və dövlət şirkətlərinin iştirakı ilə geniş müşavirə, hərbi vəziyyətlə bağlı müşavirə keçirib. Böyük Britaniyanın “Faynenşl tayms” qəzetinin Moskva bürosunun rəhbəri, müxbir Con Lloydu qəbul edib.
1994-cü il, 22-25 fevral - İngiltərənin baş naziri Con Meycorun dəvəti ilə Böyük Britaniyada rəsmi səfərdə olub.
1994-cü il, 26 fevral - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in verdiyi təkliflərin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 2 mart - Respublikada hərbi quruculuq məsələlərinə dair müşavirə keçirib.
1994-cü il, 4 mart - Prezident sarayında kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 6 mart - BMT-nin bir sıra proqramları, təşkilat və agentliklərinin nümayəndə heyəti ilə görüşüb. Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.
1994-cü il, 7-11 mart - Çin Xalq Respublikasında rəsmi səfərdə olub.
1994-cü il, 12 mart - Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
1994-cü il, 13 mart - Respublika din xadimlərinin bir qrupu ilə görüşüb.
1994-cü il, 14 mart - Ramazan bayramı münasibətilə Şüvəlanda Mirmöhsün ağanın qəbrini və Nardaran pirini ziyarət edib.
1994-cü il, 15 mart - Ümumdünya Bankının Avropa və Asiya ölkələri departamentinin direktoru Rassel Çitamı qəbul edib.
1994-cü il, 16 mart - Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tədbirlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 18 mart - Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri və tətbiqi sənət salonunda Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş “Müһaribə vaxtı insanpərvərlik” mövzusunda sərginin açılışında iştirak edib.
1994-cü il, 19 mart - Cəbhə bölgələrindəki vəziyyətlə əlaqədar müşavirə keçirib.
1994-cü il, 20 mart - Novruz bayramı münasibətilə xalqa müraciət edib. Bakıdakı mərkəzi hospitalda yaralılara baş çəkib, Səttar Bəhlulzadə adına salonda Azərbaycan rəssamlarının Novruz sərgisi ilə tanış olub, Şəhidlər Xiyabanını ziyarət edib.
1994-cü il, 21 mart - Nizami meydanında keçirilən Novruz bayramı şənliklərində çıxış edib. NATO-nun nümayəndələrini qəbul edib.
1994-cü il, 22 mart - İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Eliazer Yotvatı qəbul edib.
1994-cü il 23 mart - Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında səfiri təyin olunmuş Elman Araslını qəbul edib.
1994-cü il, 25 mart - Milli Məclisin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsinə həsr olunmuş geniş iclasında iştirak edib.
1994-cü il, 26 mart - Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Paris Cərrahiyyə Akademiyasının üzvü doktor Cavad Heyəti qəbul edib. Vatikanın Azərbaycandakı birinci apostol səfiri Jan Pol Qobelin etimadnaməsini qəbul edib.
1994-cü il, 29 mart - Milli Məclisin 1990-cı il 20 Yanvar hadisələrinə həsr olunmuş iclasında iştirak edib.
1994-cü il, 30 mart - Prezident sarayında pambıqçılıqda mövcud vəziyyət və səpin kampaniyasına hazırlıqla əlaqədar müşavirə keçirib. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri ilə görüşüb.
1994-cü il, 31 mart - Martın 18-də Xankəndi yaxınlığında İran təyyarəsinin raketlə vurulmasının səbəblərini araşdırmaq üçün İran İslam Respublikası hökumətinin yaratdığı komissiyanın üzvlərini qəbul edib.
1994-cü il, 1 aprel - MDB Parlamentlərarası Məclisinin nümayəndə heyətini qəbul edib.
1994-cü il, 2 aprel - ATƏM-in Minsk qrupunun Fransa nümayəndəsi Elen Dübuanı qəbul edib.
1994-cü il, 3 aprel - Fəxri xiyabanı ziyarət edib.
1994-cü il, 5 aprel - Moskvada yaşayan soydaşımız Polad Poladzadəni qəbul edib.
1994-cü il, 6 aprel - Türkiyənin bir qrup iş adamını qəbul edib.
1994-cü il, 9-10 aprel - Füzuli rayonunda döyüşçülər qarşısında çıxış edib. Beyləqan rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşüb və hərbçilərin müşavirəsində çıxış edib. Respublikanın cənub-qərb bölgəsinə səfərə yola düşüb. İmişli rayonunu ərazisində qaçqınlar üçün salınmış çadır şəhərciyində olub. Aprelin 10-da Ağcabədi rayonunda döyüşçülər qarşısında çıxış edib.
1994-cü il, 12 aprel - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün güclənməsi ilə bağlı televiziya və radio ilə xalqa müraciət edib.
1994-cü il 14-15 aprel - MDB dövlət başçılarının növbəti görüşündə iştirak etmək üçün Moskvaya yola düşüb.
1994-cü il, 17 aprel - Prezident sarayında Azərbaycan ərazisinə Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar bütün qüvvələrin səfərbərliyə alınması vəzifələrinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 19 aprel - Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı qəbul edib.
1994-cü il, 20 aprel - ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Kozlariçin etimadnaməsini qəbul edib.
1994-cü il, 23 aprel - Rusiya Federasiyası Dövlət Dumasının ictimai təşkilatlar və dini birliklər üzrə komitəsinin üzvü, Rusiya İctimai İttifaqının sədri, “Rusiya yolu” deputat qrupunun əlaqələndiricisi Sergey Baburinin başçılıq etdiyi bir qrup Rusiya deputatını qəbul edib.
1994-cü il, 24 aprel - Türkiyənin xarici işlər naziri Hikmət Çətini qəbul edib.
1994-cü il, 25 aprel - Cəbhə bölgələrində vəziyyətlə bağlı selektor müşavirəsi keçirib.
1994-cü il, 27 aprel - ABŞ-ın 37-ci prezidenti, görkəmli siyasi xadim Riçard Niksonun vəfatı ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyində başsağlığı kitabına imza qoyub.
1994-cü il, 3-5 may - Belçikada rəsmi səfərdə olub. Mayın 4-də Brüsseldə NATO Şurasının iclasında çıxış edib. Belçikanın baş naziri Jak-Lük Dean ilə görüşdən sonra NATO-nun Brüsseldəki iqamətgahında NATO-nun baş katibinin birinci müavini Serco Balantsino və blokun digər rəhbərləri ilə görüşüb. NATO-nun iclasında çıxış edib.
1994-cü il, 6 may - Cəbhə bölgələrində yaranmış vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirib.
1994-cü il, 9 may - 1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatmasının 49-cu ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsi önünə əklil qoyub, müharibə veteranları ilə görüşüb. Bakı Ümumqoşun Komandirləri Məktəbində Həzi Aslanovun abidəsinin açılışında olub.
1994-cü il 11, may - Məkkəyə ziyarətə yola düşməzdən əvvəl bir qrup zəvvarla görüşüb.
1994-cü il, 12 may - Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 13 may - ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliasson, onun müavini Matias Mosberq və Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Kazimirov ilə görüşüb. “Mir” teleşirkətinə müsahibə verib.
1994-cü il, 14 may - Türkiyə Xarici İşlər Nazirliyi departamentinin nümayəndəsini qəbul edib.
1994-cü il 15 may - ABŞ Dövlət katibinin xüsusi müşaviri, ABŞ-ın yeni dövlətlər üzrə siyasətinin baş əlaqələndiricisi Ceyms Kollinzin başçılıq nümayəndə heyətini qəbul edib.
1994-cü il, 16 may - ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun sədri Yan Eliassonla görüşüb.
1994-cü il, 17 may - ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı icraçı direktoru Daniel Kayzeri qəbul edib.
1994-cü il, 18 may - İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin nümayəndələrinin və Qızıl Aypara cəmiyyətləri başçılarının I Bakı görüşünün iştirakçılarını qəbul edib. Bişkek protokolunun imzalanması ilə əlaqədar respublikada yaranmış ictimai-siyasi vəziyyətin müzakirəsinə həsr olunmuş Milli Məclisin iclasında iştirak edib.
1994-cü il, 19 may - Fəxri xiyabanı ziyarət edib.
1994-cü il, 20 may - Prezident Aparatında əhalinin sosial müdafiəsini gücləndirmək və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşməsini təmin etmək tədbirlərinə həsr olunmuş müşavirə keçirib. Qurban bayramı münasibətilə xalqı təbrik edib.
1994-cü il, 21 may - Qurban bayramı münasibətilə Bibiheybət ziyarətgahına gəlib. Zuğulbadakı pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşüb.
1994-cü il, 22 may - cəbhə bölgələrində yaranmış vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirib.
1994-cü il, 23 may - Böyük Britaniyanın energetika naziri Tim Edqarı qəbul edib.
1994-cü il, 24 may - Bakıda Xəzər neft-qaz hasilatına dair “Xəzərneftqaz” I beynəlxalq sərginin açılışında çıxış edib. Xarici ölkələrin 9 neft şirkəti və korporasiyasının rəhbərlərini qəbul edib.
1994-cü il, 26 may - Heydər Əliyev Bakıda Xəzər dənizində neft-qaz hasilatına dair birinci beynəlxalq sərginin açılışı mərasimində iştirak edib.
1994-cü il, 27 may - Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1994-cü il, 28 may - Şəhidlər Xiyabanını ziyarət edib, şəhid anaları ilə görüşərək onlarla söhbət edib.
1994-cü il, 7 iyun - Bakıda tanışlıq səfərində olan Fransanın “Spi-Batinyol” sənaye şirkətinin prezidenti Bernar Renyeni qəbul edib.
1994-cü il, 9-10 iyun - Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə qısamüddətli işgüzar səfərdə olub.
1994-cü il, 11 iyun - Rusiya müdafiə naziri Pavel Qraçovla təkbətək görüş keçirib.
1994-cü il, 20 iyun - Aşura günü ilə əlaqədar Bakıdakı Təzəpir məscidində olub.
1994-cü il 23 iyun - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Xəlil Rza Ulutürklə vida mərasimində iştirak edib.
1994-cü il, 24 iyun - Səttarxan adına zavodun işə salınmasının 100 illiyi münasibətilə zavodun kollektivi ilə görüşüb.
1994-cü il, 28 iyun - Bakı ilə London arasında birbaşa peyk telefon rabitəsi xəttinin təntənəli açılışı mərasimində iştirak edib.
1994-cü il, 29 iyun-2 iyul - İran İslam Respublikasında rəsmi səfərdə olub.
1994-cü il, 3 iyul - Bakı metrosunda törədilmiş təxribatla əlaqədar hadisə yerinə toplaşanlar qarşısında çıxış edib. Bakı metrosunda törədilmiş təxribatla əlaqədar hadisə yerində olub, 5 nömrəli şəhər klinik xəstəxanasında yaralılara baş çəkib.
1994-cü il 9-13 iyul - Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub.
1994-cü il, 27 iyul - “Moskovskie novosti” qəzetinə müsahibə verib.
1994-cü il, 28 iyul - Beynəlxalq İslam Nicat Təşkilatının MDB dövlətləri üzrə baş direktoru Əbdülhəmid Cəfər Dağıstaninin və həmin təşkilatın prezidentinin müavini Abdulla Abdanın başçılıq etdikləri nümayəndə heyətini qəbul edib.
1994-cü il, 29 iyul - Türkiyənin “Ferko” İnşaat, Turizm, Sənaye və Ticarət Şirkətinin Bakı Baş Tikinti İdarəsi ilə birlikdə Bakıda inşa etdikləri diplomatik kompleksin bünövrəsinin qoyulması mərasimində iştirak edib.
1994-cü il, 1 avqust - Prezident sarayında Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Dövlət Yubiley Komissiyasının iclasını keçirib.
1994-cü il, 15 avqust - əhalinin çörəklə təminatı ilə bağlı müşavirə keçirib.
1994-cü il, 29 avqust - Prezident sarayında “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 15 iyun 1994-cü il tarixli fərmanın yerinə yetirilməsinin gedişinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 4 sentyabr - BMT-nin təşkil etdiyi “Dünya əhalisi və inkişaf” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Misir Ərəb Respublikasına yola düşüb.
1994-cü il, 8-9 sentyabr - Moskvada işgüzar səfərdə olub.
1994-cü il, 18 sentyabr - Maestro Niyazinin ev-muzeyinin təntənəli açılış mərasimində çıxış edib.
1994-cü il, 20 sentyabr - Xəzər dənizinin şelfində neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bir qrup xarici şirkət arasında “Əsrin müqaviləsi”nin imzalanması münasibəti ilə “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə nitq söyləyib.
1994-cü il, 25 sentyabr - BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşüb.
1994-cü il, 2 oktyabr - Fəxri xiyabana gedib, sentyabrın 29-da qətlə yetirilmiş Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, xalq deputatı Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimovun qəbirlərini ziyarət edib.
1994-cü il, 4 oktyabr - Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Milli televiziya və radio vasitəsilə Azərbaycan xalqına müraciət edib. Prezident Sarayı qarşısında toplaşmış Azərbaycan vətəndaşlarının mitinqində çıxış edib.
1994-cü il, 16 oktyabr - Prezident sarayında əhalinin çörəklə təminatı sahəsində yaranmış çətinliklərin aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 18-19 oktyabr - Türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak edib.
1994-cü il, 21-22 oktyabr - MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Moskvada səfərdə olub.
1994-cü il, 27 oktyabr - Türkmənistan-İran-Türkiyə-Avropa qaz kəmərinin rəsmi açılış mərasimində iştirak edib.
1994-cü il, 29 oktyabr - Türkiyə Respublikasının 71-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi mərasimdə çıxış edib. BMT - nin Baş Katibi Butros Butros Qalini Binə hava limanında qarşılayıb.
1994-cü il, 1-3 noyabr - Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Türkiyədə səfərdə olub.
1994-cü il, 4 noyabr - çörəyin qiymətinin sərbəstləşdirilməsi ilə əlaqədar Prezident sarayında müşavirə keçirib.
1994-cü il, 12 noyabr - Böyük Britaniya xarici işlər nazirinin Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı respublikaları üzrə məsləhətçisi Rocer Bonu və Xarici İşlər Nazirliyinin Zaqafqaziya və Mərkəzi Asiya bölməsinin müdiri Linda Daffildi qəbul edib. “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” respublika Prezidentinin 1994-cü il 24 oktyabr tarixli fərmanının icrası və əhalinin çörək və çörək məmulatı ilə təminatı məsələsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.
1994-cü il, 17-18 noyabr - Moskvada işgüzar səfərdə olub. Noyabrın 17-də İttifaqlar Evinin Sütunlu salonunda Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitq söyləyib.
1994-cü il, 21 noyabr - Görkəmli jurnalist Qulam Məmmədlinin dəfn mərasimində iştirak edib.
1994-cü il, 26 noyabr - Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitq söyləyib.
1994-cü il, 28 noyabr - Respublika sarayında 1994-cü il 3-4 oktyabr hadisələrinə həsr olunmuş ümumxalq nümayəndələri toplantısı keçirib.
1994-cü il, 4-7 dekabr - ATƏM-ın üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeştdə keçirilən toplantısında iştirak edib.
1994-cü il, 12-16 dekabr - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və һökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə toplantısında iştirak edib.
1994-cü il, 26 dekabr - Sumqayıt alüminium zavodunun yenidən qurulması haqqında İngiltərənin “Kayzer enjinirz” şirkətilə bağlanmış sazişin yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirib. Bakı şəhərinin telefon kommunikasiyalarının inkişafına investisiya qoyulması haqqında İngiltərənin “Çi-Pi-Ti” firması ilə bağlaşmanın yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirib.
1995-ci il, 16 yanvar - Rusiya televiziyasının “Moment istinı” verilişinin aparıcısı Andrey Karaulova müsahibə verib.
1995-ci il, 27-31 yanvar - İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak edib.
1995-ci il, 7 fevral - “Azərneftyağ” İstehsalat Birliyində Cənubi Koreyanın “Laki İnjinirinq” Şirkətinin respublika inşaatçıları ilə birlikdə quraşdırdıqları yeni “ELOU-AVT-2” qurğusunun açılış mərasimində iştirak edib.
1995-ci il, 9-10 fevral - MDB ölkələri dövlət başçılarının növbəti toplantısında iştirak etmək üçün Almatıda səfərdə olub.
1995-ci il, 16 fevral - Amerika Birləşmiş Ştatlarının televiziya şirkətlərinə müsahibə verib.
1995-ci il, 26 fevral - Xocalı faciəsinin üçüncü ildönümü ilə əlaqədar Təzəpir məscidində keçirilən mərasimdə çıxış edib.
1995-ci il, 5 mart - Azərbaycan Milli Yığma komandalarının Əl oyunları sarayında 26-cı yay Olimpiya oyunlarına (Atlanta, 1996) hazırlığına baxış keçirib.
1995-ci il, 10-12 mart - BMT-nin Danimarkada (Kopenhagendə) keçirilən zirvə toplantısında iştirak edib.
1995-ci il, 15 mart - Respublikada dövlət çevrilişi cəhdi nəticəsində yaranmış vəziyyətlə əlaqədar Milli televiziya və radio ilə xalqa müraciət edib.
1995-ci il, 17 mart - Prezident sarayında Azərbaycan dövlətçiliyinin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirə keçirib. Dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, cinayətkar quldur dəstələrinin zərərsizləşdirilməsində iştirak etmiş müdafiə naziri Səfər Əbiyevi, Baş Qərargah rəisi Nəcməddin Sadıqovu, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Mürsəl İsayevi, Həzi Aslanov adına Bakı Birləşmiş Ümumqoşun Məktəbinin rəisi Kovalyovu, onun müavini Şair Ramaldanovu, alay komandiri Rövşən Əkbərovu, Nizami Rayon Polis İdarəsinin rəisi Sahib Mirzəyevi, Azərbaycan Sərhəd qoşunları Naxçıvan Dəstəsinin rəisi Nizaməddin Məmmədovu, briqada komandiri Eldar Ağayevi və polk komandirinin müavini Ələmdar Süleymanovu qəbul edib.
1995-ci il, 29 mart - Dövlətlərarası “Mir” proqramına müsahibə verib.
1995-ci il, 12 aprel - Türkiyənin Baş naziri Tansu Çilləri Binə hava limanında qarşılayıb. Prezident iqamətgahında Türkiyənin Azərbaycanda rəsmi səfərdə olan baş naziri Tansu Çillərlə görüşüb.
1995-ci il, 16 aprel - ABŞ jurnalistlərinə müsahibə verib.
1995-ci il 17-18 aprel - Avropa Birliyinin rəhbərləri ilə görüşmək üçün Brüsseldə səfərdə olub.
1995-ci il, 19 aprel - “Gülüstan” sarayında Azərbaycanın Beynəlxalq neft konsorsiumundakı payının bir hissəsini ABŞ-ın “Eksson” neft şirkətinə verməsi haqqında sənədlərin imzalanması mərasimində çıxış edib.
1995-ci il, 28 aprel - Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi sessiyada iştirak edub.
1995-ci il, 6-7 may - Faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Londonda səfərdə olub.
1995-ci il, 8 may - Faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Parisdə səfərdə olub.
1995-ci il, 9 may - Faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvada səfərdə olub.
1995-ci il, 12 may - Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə bağlı bəyanat verib. Dağlıq Qarabağ münaqişəsində əsir və girov götürülənlərin dəyişdirilməsi ilə əlaqədar müşavirə keçirib. Atəşkəs rejiminin ildönümü ilə əlaqədar Prezident Aparatında keçirilən müşavirədə çıxış edib.
1995-ci il, 20 may - Zəvvarların Həcc ziyarətindən qayıtması münasibətilə Səttarxan adına maşınqayırma zavodunda keçirilən mərasimdə çıxış edib.
1995-ci il, 23 may - 2-ci Beynəlxalq “Xəzərneftqaz-95” sərgi konfransının açılışında nitq söyləyib.
1995-ci il, 26 may - MDB Ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minsk şəhərində səfərdə oub.
1995-ci il, 27 may - Binə hava limanında beynəlxalq səviyyəyə uyğun ilk uçuş-enmə zolağının açılışında iştirak edib.
1995-ci il, 30 may - kosmonavtikanın veteranı, general-leytenant Kərim Kərimovu, Bakı milyonçusu Şəmsi Əsədullayevin nəvəsi, ABŞ-ın görkəmli ictimai xadimi Züleyxa xanım Əsədullayeva-Veberi qəbul edib.
1995-ci il, 31 may - Bakıdakı “Hyatt Recensi-Naxçıvan” mehmanxanasının açılışında iştirak edib.
1995-ci il, 9 iyun - Təzəpir məscidində Aşura günü ilə əlaqədar keçirilən mərasimdə çıxış edib.
1995-ci il, 11 iyun - Türkiyədə yaşayan soydaşımız, “Turanlılar” şirkətlər qrupunun prezidenti Əli Turanı və onun oğlu, şirkətin nümayəndəsi Dağıstan Turanlını qəbul edib.
1995-ci il, 29 iyun - Bolqarıstana rəsmi səfərə yola düşüb.
1995-ci il, 30 iyun - Buxarestdə Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün Bolqarıstandan Rumıniyaya gəlib.
1995-ci il, 10 iyul - Türkiyə Respublikasının Baş naziri Tansu Çilləri Binə hava limanında qarşılayıb. Türkiyə Respublikasının Baş naziri Tansu Çillərin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Binə hava limanında bəyanat verib. Ölkəmizə rəsmi səfərə gəlmiş Türkiyənin Baş naziri Tansu Çillərlə birgə Şəhidlər Xiyabanını ziyarət edib.
1995-ci il, 1 avqust - iyulun 30-da Sabunçu rayonundakı körpünün altında partlayıcı maddələrin tapılması ilə əlaqədar Prezident sarayında respublika hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
1995-ci il, 12 avqust - görkəmli ictimai xadim və yazıçı Şıxəli Qurbanovun ailə üzvlərini qəbul edib.
1995-ci il, 18 avqust - Həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində dindarlarla görüşdə çıxış edib.
1995-ci il, 2 sentyabr - Bakı və Odessanın “Şən və hazırcavablar” komandalarının “Respublika” sarayında keçirilmiş görüşündə iştirak etdib.
1995-ci il, 13 sentyabr - Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, birliyin üzvləri Bəxtiyar Vahabzadəi və Zəlimxan Yaqubu qəbul edib.
1995-ci il, 27 sentyabr - ABŞ Prezidenti Bill Klintonla telefon danışığı olub. Akademik Ziya Bünyadovu qəbul edib.
1995-ci il, 13 oktyabr - Xalq şairi Bəxtiyar Vahabzadənin 70 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.
1995-ci, il 14 oktyabr - Prezident sarayında Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasını keçirib. Azərbaycan Dövlət Opera və Balet Teatrında akademik Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş təntənəli gecədə nitq söyləyib.
1995-ci il 20-25 oktyabr - Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar Nyu-York şəhərinə olub.
1995-ci il, 29 oktyabr - Bakı metropolitenində baş vermiş faciə ilə əlaqədar milli televiziya və radio ilə xalqa müraciət edib. Bakı metrosunda baş vermiş faciəli hadisə ilə əlaqədar müşavirə keçirib.
1995-ci, 15 noyabr - Böyük Britaniya xarici işlər və millətlər birliyi işləri nazirinin baş müşaviri Frensis Riçarzı qəbul edib. “Bi-Bi-Si” (BBC) radiosuna müsahibə verib.
1995-ci il, 22 noyabr - Yazıçı Anarı və xalq şairi Bəxtiyar Vahabzadəni qəbul edib.
1995-ci il, 28 noyabr-2 dekabr - Böyük Britaniya və Fransada işgüzar səfərdə olub.
1995-ci il, 7 dekabr - Təzəpir məscidində Naxçıvanda baş vermiş təyyarə qəzasında həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün keçirilmiş matəm mərasimində çıxış edib. Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirəlin Binə hava limanında qarşılanması mərasimində bəyanatla çıxış edib. Türkiyə prezidenti Süleyman Dəmirəllə birgə Şəhidlər xiyabanını ziyarət edib. “Gülüstan” sarayında Türkiyə Prezidenti Süleyman Dəmirəlin şərəfinə rəsmi ziyafətdə nitq söyləyib.
1995-ci il, 8 dekabr - Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə M.Ə.Rəsulzadə adına BDU-nun tələbə şəhərciyində müvəqqəti məskunlaşmış qaçqınların görüşündə çıxış edib.
1995-ci il, 9 dekabr - Bakıda Türkiyənin “Alkatel-Teletaş” şirkətinin iştirakı ilə yenidən qurulmuş şəhərlərarası rabitə stansiyasının təntənəli açılış mərasimində çıxış edib. Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə Türkiyənin “Bayholdinq” şirkətinin tikintisinə başlanacaq binaların özülünə ilk beton tökülməsi mərasimində iştirak edib.
1995-ci il, 14 dekabr - Türkiyənin əmək və sosial təminat naziri Mustafa Kulu, TASİS proqramı üzrə fəaliyyət göstərən qrupun nümayəndələrini qəbul edib.
1995-ci il, 19 dekabr - “Gülüstan” sarayında yazıçı Yusif Səmədoğlunun anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış edib.
1995-ci il, 23 dekabr - Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini qəbul edib. Görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.
1995-ci il, 25 dekabr - Bakı Məişət Kondisionerləri Zavodunun 20 illik yubileyi ilə əlaqədar təntənəli mitinqdə çıxış edib.
1995-ci il, 29 dekabr - Ailə Sağlamlıq Mərkəzinin açılış mərasimində çıxış edib.
1996-cı il, 8 yanvar - Azərbaycan Respublikasının ilk Konstitusiyasına uyğun olaraq icra və idarəetmə işlərinin təkmilləşdirilməsi ilə bağlı respublika Nazirlər Kabinetinin ilk iclasında çıxış edib.
1996-cı il, 10-11 yanvar - Fransanın eks-prezidenti F.Mitteranın dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşüb.
1996-cı il, 17-19 yanvar - Moskvada MDB üzvü olan ölkələrin başçılarının sammitində iştirak edib.
1996-cı il, 10 fevral - Rusiyanın “Tam məxfi” televiziya proqramının jurnalisti Artyom Borovikə müsahibə verib.
1996-cı il, 16 fevral - Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya Federasiyasının ərazisilə nəqlinə dair sənədlərin imzalanması mərasimində çıxış edib.
1996-cı il, 22 fevral - “Mir” televiziya proqramına müsahibə verib.
1996-cı il, 24 fevral - Xocalı soyqırımının 4-cü ildönümü ilə əlaqədar xalqa müraciət edib.
1996-cı il, 25 fevral - Bakı şəhərinə gəzintiyə çıxaraq şəhərin sakinləri ilə görüşüb söhbət edib.
1996-cı il, 1 mart - Bakıdakı Kamera musiqisi salonunda (alman kirxanasında) məşhur rəssam Toğrul Nərimanbəyovun konsertində olub.
1996-cı il, 8-10 mart - Gürcüstanda rəsmi səfərdə olub.
1996-cı il, 16 mart - 1991-ci il dekabrın 8-də Rusiyanın, Ukraynanın və Belarusun imzaladığı “Belovejsk sazişi”ni ləğv etmiş Rusiya Federasiyası Dövlət Dumasının 1996-cı il 15 mart tarixli qərarı ilə əlaqədar bəyanat verib.
1996-cı il, 21 mart - Bakının Gənclər meydanında - Qoşa qala qapısı önündə Novruz şənliyində çıxış edib.
1996-cı il, 9-11 aprel - Pakistanda rəsmi səfərdə olub.
1996-cı il, 21-26 aprel - Lüksemburq, Belçika və Norveçdə səfərdə olub.
1996-cı il, 9 may - Tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Bakıdakı məzarı yanında xatirə mitinqində çıxış edib. Alman faşizmi üzərində qələbənin 51-ci ildönümü münasibətilə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində keçirilən bayram tədbirində çıxış edib. Şəhidlər Xiyabanını ziyarət edib, müharibə iştirakçıları ilə görüşüb.
1996-cı il, 10 may - Yenidən qurulmuş 92/97 nömrəli ATS-in açılışı mərasimində çıxış edib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiya Federasiyasının “Yeni adlar” Beynəlxalq Xeyriyyə Fondunun və “Biznesmenlər - Azərbaycanın Gənc İstedadlarına” xeyriyyə fondunun himayə etdikləri gənc istedadların təqdimat konsertindən əvvəl “Yeni adlar” Beynəlxalq Xeyriyyə Fondunun yaratdığı “Planetin yeni adları” kitabını imzaladıqdan sonra çıxış edib.
1996-cı il, 12 may - Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılması mərasimində iştirak etmək üçün İran İslam Respublikasına gedib.
1996-cı il, 21 iyun - Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin iclas salonunda görkəmli alim və dövlət xadimi Vəli Axundovun 80 illiyinə həsr olunmuş yığıncaqda nitq söyləyib.
1996-cı il, 29 iyun - Zuğulbadakı “Gənclik” beynəlxalq kompleksində XXVI yay (Atlanta) olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşdə çıxış edib.
1996-cı il, 6 iyul - Bakıda yeni teleqüllənin açılış mərasimində çıxış edib.
1996-cı il, 9 iyul - iyulun 7-8-də respublikanın bir sıra ərazisində leysan yağışlarının vurduğu zərər və onun aradan qaldırılması ilə bağlı müşavirə keçirib.
1996-cı il, 10 iyul - Prezident sarayında Azərbaycanın xüsusi qonaq statusu ilə Avropa Şurasına qəbul edilməsi və “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında” respublika prezidentinin sərəncamının yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə çıxış edib.
1996-cı il, 6 avqust - Bakı şəhərində torpaq sürüşməsinin baş verdiyi yerdə - Bayıl qəsəbəsi yaxınlığında olub, mütəxəssislərin məlumatını və mülahizələrini dinləyib.
1996-cı il, 7-11 avqust - Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin təntənəli andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib.
1996-cı il, 30 avqust - Respublika sarayında görkəmli Azərbaycan şairi Əliağa Vahidin anadan olmasının 100 illik yubiley gecəsi başa çatdıqdan sonra tədbirin iştirakçısı olan mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxış edib.
1996-cı il, 11 sentyabr - Milli Məclisin sədri Rəsul Quliyevin müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasında nitq söyləyib.
1996-cı il, 10 oktyabr - Respublika sarayında “Əsrin müqaviləsi”ni həyata keçirmək üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ikillik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə nitq söyləyib.
1996-cı il, 16 oktyabr - Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfransda nitq söyləyib.
1996-cı il, 23 oktyabr - MDB və Baltiya ölkələrinin “Filmfest-96” festivallar festivalının açılış mərasimindən sonra festival iştirakçıları ilə görüşdə çıxış edib.
1996-cı il, 28 oktyabr - Bakıda dövlətlərarası “Mir” teleradio şirkətinin Azərbaycan milli nümayəndəliyinin ofisinin açılışı mərasimində çıxış edib.
1996-cı il, 29-31 oktyabr - Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışında iştirak etmək üçün Naxçıvana səfər edib.
1996-cı il, 8 noyabr - Bakının Füzuli meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illiyinə həsr olunan tədbirdə iştirak edib. Respublika sarayında təntənəli yubiley gecəsində nitq söyləyib.
1996-cı il, 30 noyabr - ATƏT-ın sammitində iştirak etmək üçün Lissabona gedib.
1996-cı il, 2 dekabr - ATƏT-ın Lissabon zirvə görüşündə nitq söyləyib.
1996-cı il, 14 dekabr - Xəzərin Azərbaycan sektorunda “Dan ulduzu” və “Əşrəfi” neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında “Gülüstan” sarayında müqavilə imzalanması mərasimində nitq söyləyib.
1996-cı il, 15 dekab - Bakıda yeni sellülyar rabitə sisteminin təntənəli açılışı mərasimində nitq söyləyib. Teleteatrda uşaqların beynəlxalq televiziya və radio Günü, habelə UNİCEF-in 50 illiyi münasibətilə “Uşaqlar dünyanın sevincidir” şənlik mərasimində çıxış edib.
1997-ci il, 3 yanvar - şahmat üzrə keçmiş Dünya çempionu Anatoli Karpovu qəbul edib.
1997-ci il, 13-15 yanvar - Fransa Respublikasının Prezidenti Jak Şirakın dəvətilə bu ölkədə rəsmi səfərdə olub.
1997-ci il, 19 yanvar - Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında müalicə olunan xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkib.
1997-ci il, 25 yanvar - “Neftçi” İdman-Sağlamlıq mərkəzinin 60 illiyi və mərkəzin olimpiya qurğusunun açılış mərasimində çıxış edib.
1997-ci il, 2 fevral - görkəmli balet ustası, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Leyla Vəkilovanın anadan olmasının 70 illiyi münasibətilə keçirilən gecədə çıxış edib.
1997-ci il, 23 fevral - görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində nitq söyləyib.
1997-ci il, 24 fevral - Ziya Bünyadovun dəfn mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
1997-ci il, 6 mart - Fəxri xiyabanda olub, Xalq şairi Səməd Vurğunun məzarını ziyarət edib. Şairin ev muzeyində çıxış edib.
1997-ci il, 26 mart - Mstislav Rostropoviçin 70 illik yubileyində iştirak etmək üçün Fransaya yola düşüb.
1997-ci il, 28 mart - MDB üzvü olan ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Moskvaya gedib. Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinlə görüşüb.
1997-ci il, 1 aprel - Respublika sarayında keçirilən Azərbaycanda Rusiya mədəniyyəti günlərinin açılış mərasimində iştirak edib. Azərbaycanda Rusiya Federasiyası mədəniyyət günlərinin təntənəli açılış mərasimindən sonra onun iştirakçıları ilə görüşdə təbrik sözləri söyləyib.
1997-ci il, 29 aprel - Mstislav Rostropoviç, onun xanımı Qalina Vişnevskaya və ailəsinin digər üzvləri ilə Prezident sarayında keçirilən görüşdə çıxış edib. Mstislav Rostropoviçin 70 illiyinə həsr edilmiş yubiley şənlikləri çərçivəsində R.Mustafayev adına İncəsənət muzeyində Azərbaycan incəsənət ustalarının konsertində olub.
1997-ci il, 30 aprel - Bakı Musiqi Akademiyasında maestro M.Rastropoviçin şərəfinə təşkil edilmiş təntənəli mərasimdə iştirak edib.
1997-ci il, 5 may - Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə rəsmi səfərdə yola düşüb.
1997-ci il, 7 may – İzmirdə Azərbaycan prezidentinə “9 Eylül” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitq söyləyib.
1997-ci il, 8 may - Azərbaycan Prezidentinə Fatih Universitetinin fəxri doktoru adı verilməsi mərasimində nitq söyləyib.
1997-ci il, 10 may - Anadan olmasının 74-cü ildönümü münasibətilə Bakının Nizami rayonundakı Səkkizinci kilometr yaşayış sahəsində yerləşən Cəmşid Naxçıvanski küçəsindəki yeni parkın açılışında iştirak edib.
1997-ci il, 23 may - Azərbaycan musiqisinin pərəstişkarı və ifaçısı, ABŞ-da yaşayan Cefri Verbaxı və onun həyat yoldaşı Aynur xanımı qəbul edib.
1997-ci il, 24 may - “Lenfilm” kinostudiyasının baş direktoru Viktor Sergeyevi və məşhur teatr və kino aktyoru Aleksandr Abdulovu qəbul edib.
1997-ci il, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Opera və Balet Teatrında keçirilən mərasimdə çıxış edib. ATƏT-in Minsk konfransının və Minsk qrupunun nümayəndələrini - ABŞ Dövlət Katibinin müavini, Minsk konfransının həmsədri Stroub Talbottu, Minsk qrupunun keçmiş həmsədri, səfir Cozef Presseli və ovaxtkı həmsədri Lin Paskonu, Rusiya Xarici İşlər nazirinin birinci müavini Boris Pastuxovu, Minsk konfransının həmsədrləri, səfir Valentin Lozinskini, səfir Yuri Yukalovu, Fransadan olan həmsədr Jak Blönü və səfir Jorj Vojyeni qəbul edib.
1997-ci il, 3 iyun - Bakı İdman-Konsert Kompleksində “Xəzərneftqaz-97” beynəlxalq sərgisinin və konfransının açılış mərasimində iştirak edib.
1997-ci il, 5 iyun - Görkəmli müğənni və musiqiçi İosif Kobzonun Respublika sarayında keçirilən “Vida qastrolu” zamanı onunla söhbət edib.
1997-ci il, 7 iyun - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun “Fərhad və Şirin” pyesinin yeni quruluşda tamaşasına baxdıqdan sonra yaradıcı kollektivlə görüşüb.
1997-ci il, 10-11 iyun - Qazaxıstan Respublikasında rəsmi səfərdə olub.
1997-ci il, 13 iyun - Prezident sarayında Moskvanın meri Yuri Lujkovu qəbul edib. Azərbaycanla Moskva arasında sənədlərin imzalanması mərasimində iştirak edib. Bakıda Moskvanın 850 illiyinə həsr edilmiş mədəniyyət günlərinin açılışında nitq söyləyib.
1997-ci il, 18-19 iyun - Özbəkistan Respublikasında rəsmi səfərdə olub.
1997-ci il, 3-4 iyul - Moskvada rəsmi səfərdə olub.
1997-ci il, 8-9 iyul - NATO-ya üzv ölkələrin hökumət başçılarının sammitində iştirak etmək üçün Madriddə olub.
1997-ci il, 19 iyul - Prezident sarayında 1997-ci ilin birinci yarısında Azərbaycanda sosial-iqtisadi inkişafın yekunları, aqrar islahatı və özəlləşdirmənin gedişi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş müşavirədə nitq söyləyib.
1997-ci il, 23 iyul - Həzrəti Məhəmməd Əleyhissalamın müqəddəs mövludu günündə Bakının Şıx kəndindəki Bibiheybət məscidinin bərpasına başlanması mərasimində çıxış edib.
1997-ci il, 27 iyul - ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına ilk dövlət səfərinə yola düşüb.
1997-ci il, 28 iyul - “Uoll Strit Cornal” qəzetinin müxbirlərinə müsahibə verib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Uilyam Riçardson ilə görüşüb. Nyu-Yorkda BMT-nin baş katibi Kofi Annan ilə görüşüb. “Nyu-York Tayms” qəzeti redaksiya heyətinin üzvləri ilə görüşüb. BMT-nin binasında BMT-yə verilmiş hədiyyələrlə tanış olub. BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında bəyanat verib. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin daimi nümayəndələri ilə görüşdə nitq söyləyib.
1997-ci il, 30 iyul - ABŞ-ın tanınmış politoloqları, siyasi xadimləri və mətbuat nümayəndələri ilə görüşüb.
1997-ci il, 31 iyul - Vaşinqtonda Arlinqton Fəxri Xiyabanında naməlum əsgərin qəbrini ziyarət edib və qəbiristandakı muzeyə xatirə hədiyyəsi təqdim edib. Arlinqton qəbiristanlığında ABŞ-ın mərhum Prezidenti Con Kennedi və qardaşı Robert Kennedinin məzarlarını ziyarət edib.
1997-ci il, 1 avqust - Rəsmi qarşılanma mərasimindən sonra “Ağ ev”in fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. ABŞ Prezidenti Bill Klintonla təkbətək görüşüb. Yüksək səviyyəli ABŞ və Azərbaycan Respublikası nümayəndə heyətlərinin danışıqlarında çıxış edib. Ruzvelt otağında prezidentlər Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanatı imzalayıb. Ruzvelt otağında Heydər Əliyevin və ABŞ-ın vitse-prezidenti Albert Qorun iştirakı ilə ölkələrimiz arasında bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Energetika sahəsində Amerika-Azərbaycan dövlətlərarası dialoqunun yaradılmasına dair sazişin və ABŞ-ın neft şirkətləri ilə ARDNŞ arasında dörd müqavilənin imzalanması mərasimində çıxış edib. ABŞ-ın Dövlət katibi Madlen Olbrayt ilə görüşüb. “Vaşinqton Tayms” qəzetinin redaksiya heyəti ilə görüşüb və jurnalistlərin suallarına cavab verib.
1997-ci il, 26-27 avqust - Polşada rəsmi səfərdə olub.
1997-ci il, 3 sentyabr - Rusiyanın Ermənistana qeyri-qanuni yolla silah verməsi, Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsinə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasını keçirib.
1997-ci il, 25-28 sentyabr - İtaliyada rəsmi səfərdə olub.
1997-ci il, 9-10 oktyabr - Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Strasburqda olub.
1997-ci il, 15 oktyabr - Respublika Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
1997-ci il, 17 oktyabr - Respublika sarayında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 55 və yaradıcılıq fəaliyyətinin 35 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləyib.
1997-ci il, 24 oktyabr - MDB Parlamentlərarası Assambleyası sosial siyasət və insan hüquqları daimi komissiyasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşdə çıxış edib.
1997-ci il, 30 oktyabr - Azərbaycan yazıçılarının X qurultayında nitq söyləyib.
1997-ci il, 2 noyabr - Milli Olimpiya Komitələri Assosiasiyasının “Ləyaqət” mükafatına layiq görülüb.
1997-ci il, 4 noyabr - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şeyx Şamilin 200 illiyinə həsr olunmuş təntənəli gecədə nitq söyləyib.
1997-ci il, 12 noyabr - “Çıraq-1” platformasında işə başlanılması, neftin alınması münasibətilə keçirilən təntənəli mərasimdə nitq söyləyib. Azərbaycan Prezidenti adından Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə birgə işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə iştirak etmək üçün Azərbaycana gəlmiş qonaqların şərəfinə rəsmi qəbulda çıxış edib.
1997-ci il, 19 noyabr - Görkəmli bəstəkar Tofiq Quliyevin Respublika sarayında keçirilən 80 illik yubileyində çıxış edib.
1997-ci il, 28 noyabr - Ankara İş Qadınları Dərnəyinin (ANİKAD) “1997-ci ilin görkəmli dövlət adamı” mükafatına layiq görülüb.
1997-ci il, 29 noyabr - Respublika sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının beşinci ildönümünə həsr olunan təntənəli iclasda nitq söyləyib.
1997-ci il, 3 dekabr - Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, peşəkar vokal sənətimizin banisi Bülbülün anadan olmasının 100 illiyi münasibətilə müğənninin Bakıdakı xatirə ev-muzeyində çıxış edib, Respublika sarayında keçirilən təntənəli gecədə nitq söyləyib.
1997-ci il, 8-11 dekabr - 8 dekabr İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün İran paytaxtında olub.
1997-ci il, 29 dekabr - “Azərsun” şirkətinin “Caspian İnvestment Bankı”nın yeni ofisinin, “Bakı Xəzər Bitkisel Yağ” fabrikinin, “Azərsun” şirkətinə mənsub “Kaspian Şopinq” ticarət mərkəzinin açılışında iştirak edib.
1998-ci il, 3 yanvar - Xətai rayonunda “Müsyö Brikolac” Ticarət Mərkəzinin açılış mərasimində nitq söyləyib. Xətai rayonunda yerləşən “Bakı Sağlamlıq Mərkəzi”nin açılışında iştirak edib.
1998-ci il, 4 yanvar - Əzizbəyov rayonu ərazisində Dübəndi terminalının açılış mərasimində nitq söyləyib.
1998-ci il, 8 yanvar - Azərbaycan Tarix Muzeyinin direktoru, Əməkdar elm xadimi Püstə Əzizbəyovanın son mənzilə yola salınması mərasimində iştirak edib.
1998-ci il, 14 yanvar - Azərbaycan Respublikası Konstitusiya Komissiyasının Prezident sarayında keçirilən iclasında nitq söyləyib.
1998-ci il, 16 yanvar - Respublikada torpaq islahatlarının həyata keçirilməsi vəziyyətinə həsr edilmiş müşavirədə nitq söyləyib.
1998-ci il, 20 yanvar - Ümumxalq Hüzn Günündə öz doğmalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gəlmiş şəhid ailələrinin üzvləri ilə görüşdə çıxış edib.
1998-ci il, 22 yanvar - Azərbaycanda ölüm hökmünün ləğv edilməsi üçün Milli Məclisə qanunvericilik təşəbbüsü ilə təqdimat göndərməsi barədə bəyanat verib.
1998-ci il, 24 yanvar - Gürcüstana qısamüddətli işgüzar səfərə yola düşüb. Gürcüstan Prezidenti Eduard Şevardnadzenin 70 illiyi münasibətilə keçirilən yubiley mərasimində nitq söyləyib.
1998-ci il, 30 yanvar - Ramazan bayramı münasibətilə Prezident sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
1998-ci il, 2 fevral - Azərbaycan Gəncləri gününə həsr edilmiş İdman oyunları sarayında keçirilən bədii-idman bayramında nitq söyləyib.
1998-ci il, 3 fevral - Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında Milli Məclisə müraciət edib.
1998-ci il, 13-14 fevral - Türkiyədə qısamüddətli işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin ilə, İstanbulda Türkiyənin baş naziri Məsud Yılmaz ilə, Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı ilə görüşüb. İstanbulda Qars şəhər bələdiyyəsinin, Türk Sənayeçiləri və İş Adamları Vəqfinin Azərbaycan Respublikasının Prezidentinə “1997-ci ilin insan haqları” və “İlin dövlət adamı” mükafatlarının təqdim olunması mərasimində çıxış edib. Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birgə “Koç Holdinq” qrupu idarə heyətinin binasında olub.
1998-ci il, 18 fevral - Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin İdman–Konsert Kompleksində keçirilən ümumrespublika toplantısında nitq söyləyib.
1998-ci il, 21 fevral - Türkiyənin “Kanal-D” televiziyasına müsahibə verib.
1998-ci il, 23-28 fevral - Yaponiyanın baş naziri Ryutaro Haşimotonun dəvəti ilə bu ölkədə ilk rəsmi səfərdə olub. Yaponiyanın “İtoçu” şirkətinin prezidenti Minoro Murofuşi, “Niçimen” şirkətinin vitse-prezidenti İto Şunro və Yaponiyanın “Tomen” şirkətinin prezidenti Akixiro Tzuci ilə görüşüb.
1998-ci il, 21 mart - “Gənclər” meydanında Qoşaqala qapısı önündə keçirilən Novruz bayramı şənliyində nitq söyləyib. İçərişəhərdə və Şirvanşahlar sarayı muzeyinin həyətində ziyalılar, ədəbiyyat və incəsənət xadimləri və musiqiçilər ilə görüşüb.
1998-ci il, 30 mart - “Britiş Petroleum” şirkətinin baş icraçı direktoru Con Braunu və Norveçin “Statoyl” şirkətinin vitse-prezidenti Yohan Nik Voldunu qəbul edib.
1998-ci il, 31 mart - Şəhidlər Xiyabanını ziyarət edib. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb.
1998-ci il, 18 aprel - Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılacaq abidə kompleksinin müəllifləri ilə söhbət edib.
1998-ci il, 26 aprel - Türkiyə Respublikasına işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavab verib. Türkiyədə Dərinər su bəndinin - su elektrik stansiyasının təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə nitq söyləyib. Trabzon şəhərində Gürcüstan Prezidenti Eduard Şevardnadze, Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə üçtərəfli görüşüb.
1998-ci il, 28-29 aprel - MDB ölkələri dövlət başçılarının növbəti zirvə görüşündə iştirak edib. “Vnukovo-2” hava limanında “İnterfaks” informasiya agentliyinə müsahibə verib. Moskvada “Prezident Hotel”də Ermənistan prezidenti R.Köçəryanla görüşüb. Görüşün yekunlarına əsasən prezidentlər birgə bəyanat imzalayıblar. Ermənistan prezidenti R.Köçəryanla görüş qurtardıqdan sonra prezidentlər jurnalistlərin suallarına cavab veriblər.
1998-ci il, 30 aprel - İsrail dövlətinin yaranmasının 50 illiyi şərəfinə “Hyatt Recensi-Naxçıvan” otelində təşkil edilmiş rəsmi qəbulda nitq söyləyib.
1998-ci il, 1 may - Ərzurumdakı Atatürk Universitetinin fəxri doktoru adına layiq görülüb.
1998-ci il, 2 may - Dünya kinosunun 100 illiyi münasibətilə Respublika sarayında keçirilən “Festivallar festivalı”nın açılışına həsr olunmuş təntənəli gecədə nitq söyləuib.
1998-ci il, 5 may - Prezident iqamətgahında Azərbaycanın Milli Qəhrəmanlarına və şəhid Milli Qəhrəmanların ailə üzvlərinə və valideynlərinə “Qızıl ulduz” medalları təqdim edib.
1998-ci il, 9 may - İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 53-cü ildönümü münasibətilə təntənəli mərasimdə nitq söyləyib.
1998-ci il, 13 may - 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış tələbə yoldaşlarını Prezident sarayında qəbul edib.
1998-ci il, 17 may - Xalq rəssamı Tahir Salahovu qəbul edib.
1998-ci il, 24 may - “İmperiya rus baleti” ansamblının bədii rəhbəri, əfsanəvi balerina Maya Plisetskayanı Prezident sarayında qəbul edib. “İmperiya rus baleti” ansamblının Respublika sarayında keçirilən konsertindən sonra Maya Plisetskaya və ansamblın yaradıcı kollektivi ilə görüşüb.
1998-ci il, 27 may - Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş və Respublika sarayında keçirilən təntənəli mərasimdə nitq söyləyib.
1998-ci il, 28 may - ABŞ-ın görkəmli siyasi xadimi Zbiqnev Bjezinskini qəbul edib.
1998-ci il, 2 iyun - “Kürdaşı” dəniz blokunun və “Cənub-qərbi Qobustan”, “Kürsəngi-Qarabağlı” bloklarının birgə işlənilməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilələrin “Gülüstan” sarayında imzalanması mərasimində nitq söyləyib. Bakıda “Xəzərneftqaz-98” Beynəlxalq sərgi və konfransının açılış mərasimində nitq söyləyib.
1998-ci il, 4-5 iyun - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Yalta şəhərində keçirilən növbəti zirvə görüşündə iştirak edib.
1998-ci il, 9-10 iyun - Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərində olub.
1998-ci il, 19 iyul - Böyük Britaniyaya səfərə yola düşüb. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankı arasında beynəlxalq bank - kredit xətti açılması haqqında sazişin imzalanması mərasimində çıxış edib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə görüşüb. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Toni Bleyer ilə görüşüb.
1998-ci il, 9 avqust - Ukrayna Prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak etmək üçün Ukraynaya səfər edib.
1998-ci il, 17 avqust - Məşhur ürək cərrahı Maykl Debeykini qəbul edib. Şəhriyar adına Mədəniyyət Mərkəzində xalq yazıçısı Yusif Səmədoğlunun (Vəkilovun) son mənzilə yola salınması mərasimində iştirak edib.
1998-ci il, 8 sentyabr - Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda çıxış edib.
1998-ci il, 16 sentyabr - Akademik Yusif Məmmədəliyevin abidəsinin açılış mərasimində nitq söyləyib.
1998-ci il, 20 sentyabr - Paytaxtın dənizkənarı parkında əhali ilə görüşüb.
1998-ci il, 28 sentyabr - Türkiyənin “Nərgiz TV” kanalının nümayəndə heyətini qəbul edib.
1998-ci il, 6 oktyabr - Respublika Milli Bankının yeni inzibati binasının açılışı mərasimində nitq söyləyib.
1998-ci il, 10 oktyabr - Bakıda Şəhidlər Xiyabanında əbədi məşəl abidəsinin açılış mərasimində iştirak edib.
1998-ci il, 16 oktyabr - Mərkəzi Seçki Komissiyası onun yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini rəsmən elan edib.
1998-ci il, 18 oktyabr - Prezident seçilməsi münasibəti ilə Respublika sarayında keçirilən andiçmə mərasimində nitq söyləyib. “Gülüstan” sarayında Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləyib.
1998-ci il, 28 oktyabr - Türkiyə Cümhuriyyətinin yaradılmasının 75 illiyi münasibətilə keçirilən yubiley mərasimlərində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
1998-ci il, 7 dekabr - ANS televiziya şirkətinin prezidenti Vahid Naxış başda olmaqla şirkətin rəhbərlərini qəbul edib.
1998-ci il, 18 dekabr - İstedadlı uşaq şahmatçılar - Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovu qəbul edib.
1998-ci il, 25 dekabr - “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Yanan Tava”, “Atəşgah” və “Muğan-dəniz” blokunun kəşfiyyatı, işlənilməsi və hasilatının pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiyanın “Capan petroleum”, “İndoneziya petroleum”, “İtoçu oyl Eksplo-reyşn” və “Teykoku oyl” neft şirkətləri arasında müqavilənin imzalanması mərasimində nitq söyləyib.
1998-ci il, 30 dekabr - Bakıda Milli Parkda “Dinamo İdman-Sağlamlıq Mərkəzi” idman kompleksinin açılış mərasimində iştirak edib.
1998-ci il, 31 dekabr - Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
1999-cu il, 2 yanvar - Yeni il münasibətilə paytaxtı gəzib.
1999-cu il, 8 yanvar - ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissinceri Prezident sarayında qəbul edib.
1999-cu il, 17 yanvar - Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə qısamüddətli müalicə üçün Türkiyəyə gedib.
1999-cu il, 18 yanvar - “Gülhanə” Hərbi Tibb Akademiyasında müayinəsi zamanı Türkiyə Prezidenti Süleyman Dəmirəl onu ziyarət edib.
1999-cu il, 30 yanvar - Türkiyədən vətənə qayıdıb.
1999-cu il, 5 fevral - Xalq yazıçısı, məşhur kino xadimi Rüstəm İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə nitq söyləyib.
1999-cu il, 23 fevral - Türkiyənin İsgəndərun şəhərindəki Mustafa Kamal Universitetinin fəxri doktoru adına layiq görülüb.
1999-cu il, 26 fevral - Xocalının müdafiəsində iştirak etmiş, şəhid olmuş Milli Qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə “Qızıl ulduz” medalları və “Azərbaycan bayrağı” ordenləri təqdim edib.
1999-cu il, 2 mart - Respublika sarayında Azərbaycan gənclərinin II forumunda iştirak edib.
1999-cu il, 4 mart - Qazax yazıçısı, Qazaxıstanın İtaliya və Yunanıstandakı səfiri Oljas Süleymanovu qəbul edib.
1999-cu il, 22 mart - Hataydakı Mustafa Kamal Universitetinin fəxri doktoru adına layiq görülüb.
1999-cu il, 24 mart - Sumqayıtda EP-300 istehsalatında buxar-generator qurğusunun özülünün qoyulması mərasimində iştirak edib.
1999-cu il, 27 mart - Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq söyləyib.
1999-cu il, 1 aprel - MDB ölkələrinin Dövlət Başçılarının Zirvə görüşündə iştirak etmək üçün Moskvaya yola düşüb.
1999-cu il, 2 aprel - MDB ölkələrinin Dövlət Başçıları Şurasının qapalı iclasında iştirak edib. MDB ölkələrinin Dövlət Başçıları Şurasının geniş iclasında bəyanatla çıxış edib.
1999-cu il, 14 aprel - “Kaspian - Amerikan Telekom” Azərbaycan - Amerika birgə müəssisəsinin açılışında iştirak edib.
1999-cu il, 17 aprel - Gürcüstanda işgüzar səfərdə olub. Gürcüstanda ilkin Xəzər neftinin Qərb istiqamətində nəqli üçün Bakı - Supsa ixrac boru kəmərinin, Supsa yerüstü terminalının və Varna - Poti - Batumi - İliçovsk bərə keçidinin rəsmi açılış mərasimində nitq söyləyib.
1999-cu il, 22 aprel - NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün ABŞ-a səfər edib.
1999-cu il, 29 aprel - Klivlend şəhərində ürəyindən cərrahiyyə əməliyyatı olunub.
1999-cu il, 9 may - Azərbaycan Televiziyası vasitəsilə xalqa müraciət edib. Müalicəsi başa çatıb.
1999-cu il, 10 may - Ad günü münasibətilə Klivlend klinikasının otelində təntənəli mərasim keçirilib.
1999-cu il, 18 may - ABŞ-ın Klivlend şəhərindən Böyük Britaniyanın paytaxtı Londona gəlib.
1999-cu il, 20 may - “Bi-Bi-Si” radiosunun müxbiri Famil İsmayılova müsahibə verib. Londondan Ankaraya gəlib.
1999-cu il, 25 may - Ankaradan Antalyaya qısamüddətli istirahətə yola düşüb.
1999-cu il, 26 iyun - Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu binasının açılış mərasimində iştirak edib.
1999-cu il, 7 iyul - Xalq yazıçısı Maqsud İbrahimbəyovu qəbul edib. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən “Günümüzün ən dözümlü adamı” adına layiq görülüb.
1999-cu il, 13 iyul - İdman-Sərgi Kompleksində açılmış “Quruculuq salnaməsi” sərgisində iştirak edib. Respublika sarayında özünün hakimiyyətə gəlməsinin 30 illiyinə həsr olunmuş musiqili-bədii gecədə iştirak edib.
1999-cu il, 15-17 iyul - İsveçrədə işgüzar səfərdə olub.
1999-cu il, 24 iyul - “Delta/Hess” alyansının nümayəndə heyətini qəbul edib. Respublika sarayında İspan müğənnisi Xulio İqlesiasın verdiyi konsertdə iştirak edib.
1999-cu il, 25 iyul - İspan müğənnisi Xulio İqlesiası qəbul edib.
1999-cu il, 27 iyul - Xalq artistləri - Müslüm Maqomayev və Tamara Sinyavskayanı qəbul edib.
1999-cu il, 28 iyul - Tanınmış müğənni Yaqub Zurufçunu qəbul edib.
1999-cu il, 10 avqust - “Park Həyat” otel kompleksinin açılış mərasimində iştirak edib.
1999-cu il, 21 avqust - Ermənistan prezidenti Robert Köçəryanla görüşmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşüb.
1999-cu il, 28 avqust - 1 saylı Bakı İstilik-Elektrik mərkəzində yeni qaz-turbin qurğusunun təməlinin qoyulması mərasimində iştirak edib.
1999-cu il, 9 sentyabr - Ukraynanın Yalta şəhərinə “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün yola düşüb.
1999-cu il, 30 sentyabr - Bakıda Binə Beynəlxalq aerovağzalının yeni kompleksinin açılış mərasimində nitq söyləyib.
1999-cu il,10 oktyabr - Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak emək üçün Naxçıvana yola düşüb. Naxçıvanda yeni Həzrəti Zəhra məscidinin açılışında nitq söyləyib.
1999-cu il, 18 oktyabr - Azərbaycana qısa müddətli işgüzar səfərə gəlmiş Türkiyə Prezidenti Süleyman Dəmirəli hava limanında qarşılayıb.
1999-cu il, 27 oktyabr - Azərbaycanda səfərdə olan Polşa Prezidenti Aleksandr Kvasnevski ilə görüşüb.
1999-cu il, 31 oktyabr - Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə qısamüddətli işgüzar səfərdə olub.
1999-cu il, 17 noyabr - ATƏT-in İstanbul Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. ATƏT-in zirvə görüşündə nitq söyləyib. Süleyman Dəmirəl adına Universitetin beynəlxalq münasibətlər sahəsində fəxri doktor adına layiq görülüb.
1999-cu il, 27 noyabr - Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə qısamüddətli işgüzar səfərə yola düşüb.
1999-cu il, 28 noyabr - Ankaradan İspartaya gəlib. Şövkət Dəmirəl adına Kardioloji Mərkəzin açılış mərasimində iştirak edib. Süleyman Dəmirəl adına Universitetdə ona fəxri doktor diplomu təqdim olunub və bu mərasimdə nitq söyləyib. Süleyman Dəmirəl adına Universitetin Araşdırma və Tədqiqat Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak edib.
1999-cu il, 12 dekabr - Respublikada ilk dəfə olaraq keçirilən bələdiyyə seçkilərində səsvermədə iştirak edib.
1999-cu il, 21 dekabr - YAP-ın I qurultayında iştirak edib və nitq söyləyib.
1999-cu il, 31 dekabr - Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib.
2000-ci il, 1 yanvar - Yeni il münasibətilə ilə paytaxt gəzintisinə çıxıb.
2000-ci il, 9 yanvar - Türkiyəyə qısamüddətli işgüzar səfərə yola düşüb. Ankara “Gülhanə” Hərbi Tibb Akademiyasında müayinədən keçib.
2000-ci il, 20 yanvar - 20 Yanvar faciəsinin onuncu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
2000-ci il, 23 yanvar - MDB dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Moskvaya səfər edib. Orada Ermənistan prezidenti Robert Köçəryan, Rusiya Federasiyası Prezidentinin vəzifələrini icra edən Vladimir Putin, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Moskva meri Yuri Lujkovla görüşüb.
2000-ci il, 27 yanvar - Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa yola düşüb.
2000-ci il, 1 fevral - Bakı Tütün fabrikinin açılışı mərasimində iştirak edib.
2000-ci il, 11 fevral - Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə BDU-nun və bir sıra xarici ölkə universitetlərinin rəhbərlərini qəbul edib. Görüş zamanı ona Bakı Dövlət Universitetinin fəxri doktoru adı təqdim edilib.
2000-ci il, 12 fevral - ABŞ-a işgüzar səfər edib.
2000-ci il, 7 mart - FİFA-nın vitse-prezidenti Devid Uillin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bayıl qəsəbəsində torpaq sürüşməsi baş verən zonada olub.
2000-ci il, 16 mart - Azərbaycana səfər etmiş Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşüb.
2000-ci il, 22-23 mart Gürcüstanda rəsmi səfərdə olub. Xalq rəssamı Zurab Sereteli ilə Tbilisidə görüşüb. Görüş zamanı Zurab Sereteli Azərbaycan Respublikasının Prezidentinə Rusiya Rəssamlıq Akademiyasının “Ləyaqət” qızıl medalını təqdim edib.
2000-ci il, 31 mart - Azərbaycanlıların Soyqırımı günü Şəhidlər Xiyabanını ziyarət edib.
2000-ci il, 7 aprel - Azərbaycana səfər etmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə təkbətək görüşüb.
2000-ci il, 8 aprel - Türkdilli ölkələrin dövlət başçılarının VI zirvə görüşündə və “Kitabi-dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş yubileydə iştirak etmək üçün Azərbaycana səfər etmiş Türkiyə Prezidenti Süleyman Dəmirəli hava limanında qarşılayıb.
2000-ci il, 9 aprel - Türkiyə Prezidenti Süleyman Dəmirələ “Azərbaycan Respublikasının fəxri vətəndaşı” adının verilmə mərasimində nitq söyləyib. Respublika sarayında “Kitabi-dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş mərasimdə nitq söyləyib. Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə birgə Bakı Türk şəhidliyinin və xatirə abidəsinin açılış mərasimində iştirak edib.
2000-ci il, 28 aprel - Akademik Zərifə Əliyeva adına istirahət parkının açılış mərasimində nitq söyləyib. Nəsimi rayonundakı 2-ci mikrorayonun ərazisində salınmış istirahət parkı ilə tanış olub.
2000-ci il, 12 may - Respublika stadionunda yeniyetmələrin II respublika oyunlarının final mərhələsinin açılışında nitq söyləyib.
2000-ci il, 16 may - Milli Təhlükəsizlik Nazirliyinin İdman Sağlamlıq Kompleksinin açılış mərasimində iştirak edib.
2000-ci il, 27 may - 28 May - Respublika Gününə həsr olunmuş mərasimdə nitq söyləyib.
2000-ci il, 28 may - Respublika günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
2000-ci il, 31 may - Osmanqazi Universitetinin fəxri doktoru adına layiq görülüb.
2000-ci il, 3 iyun - Yeni Əhmədlidə salınmış parkda Xətai rayonunun sakinləri ilə görüşüb. “Azərneftyağ” İstehsalat Birliyinin işçiləri üçün tikilmiş yeni yaşayış binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib.
2000-ci il, 6 iyun - “Xəzərneftqaz-2000” beynəlxalq sərgisi və konfransında nitq söyləyib, sərginin ekspozisiyası ilə tanış olub.
2000-ci il, 9 iyun - İqtisadi Əməkdaşlıq Təşkilatının VI zirvə görüşündə iştirak etmək üçün İranda səfərdə olub.
2000-ci il, 19 iyun - Azərbaycan Tibb Universitetinin 70 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söyləyib.
2000-ci il, 20 iyun - MDB Dövlətləri Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvada səfərdə olub.
2000-ci il, 22 iyun - Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
2000-ci il, 3-4 iyul - Avstriyada rəsmi səfərdə olub. Avstriyanın bir sıra nüfuzlu qəzetlərinin və agentliklərinin jurnalistlərinə müsahibə verib.
2000-ci il, 11 iyul - Azərbaycana səfər etmiş Türkiyə Prezidenti Əhməd Necdət Sezəri hava limanında qarşılayıb. Türkiyə Prezidenti ilə təkbətək görüşüb. Türkiyə Prezidenti ilə birgə bəyanat imzalayıb.
2000-ci il, 21 iyul - Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşüb.
2000-ci il, 31 iyul - Azərbaycan Elmlər Akademiyasının prezidenti Fəraməz Maqsudovun son mənzilə yola salınması mərasimində nitq söyləyib.
2000-ci il, 6 avqust - Bakıdakı “Sədərək” ticarət mərkəzində olub.
2000-ci il, 18 avqust - MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-formal görüşündə iştirak etmək üçün Yaltaya yola düşüb.
2000-ci il, 22 avqust - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatı ilə əlaqədar xalqa müraciət edib. “Bakı-Ceyhan Neft Odisseyası-2000” layihəsi üzrə həyata keçirilən motoyürüşün iştirakçılarını qəbul edib.
2000-ci il, 25 avqust - XXVII Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalınma mərasimində iştirak edib.
2000-ci il, 1 sentyabr - Yeni dərs ilinin başlanması münasibəti ilə Bakının Nərimanov rayonundakı 82 saylı məktəbdə keçirilən təntənəli toplantıda nitq söyləyib.
2000-ci il, 4 sentyabr - Minilliyin Zirvə görüşündə iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib. Yolüstü Londonda dayanıb.
2000-ci il, 7 sentyabr - Minilliyin zirvə görüşündə çıxış edib. “21-ci əsrə baxış” adlı bəyannaməni imzalayıb. Nyu-Yorkda ABŞ-ın dövlət katibi Madlen Olbrayt ilə görüşüb.
2000-ci il, 9 sentyabr - Kennibankport şəhərində ABŞ-ın keçmiş prezidenti Corc Buş ilə görüşüb.
2000-ci il, 12 sentyabr - ABŞ Konqresinin binası - Kapitoliyada Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Amerika və Türkiyə şirkətlərinin neft kontraktının imzalanma mərasimində nitq söyləyib. Nyu-Yorkda ABŞ-ın prezidenti Bill Klintonla görüşüb. Vaşinqtondan Klivlendə yola düşüb.
2000-ci il, 10 oktyabr - “Boinq” korporasiyasının vitse-prezidenti Robert Spitzeri qəbul edib.
2000-ci il, 18 oktyabr - XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşüb, çıxış edib.
2000-ci il, 19 oktyabr - 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin birinci növbəsinin istifadəyə verilməsi mərasimində nitq söyləyib.
2000-ci il, 21 oktyabr - Bakıda yeni idman sağlamlıq kompleksinin təntənəli açılış mərasimində nitq söyləyib. Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu qəbul edib.
2000-ci il, 2 noyabr - Xətai rayonu ərazisində “Bakı SOS Uşaq Kəndi”nin açılış mərasimində nitq söyləyib. Avtomatlaşdırılmış Seçkilər İnformasiya Mərkəzi ilə tanış olub.
2000-ci il, 5 noyabr - Səbail rayonu 17 nömrəli seçki məntəqəsinə gələrək Milli Məclis seçkilərində iştirak etmək üçün səs verib.
2000-ci il, 26 noyabr - 25 noyabrda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar keçirilmiş müşavirədə nitq söyləyib.
2000-ci il, 15 dekabr - Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söyləyib.
2000-ci il, 18 dekabr - Respublika sarayında IV Beynəlxalq “Şərq-Qərb” Bakı kinofestivalının açılışında iştirak edib və nitq söyləyib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinə Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının “Nika” mükafatı təqdim edilib.
2000-ci il, 19 dekabr - “Şimal” DRES-də Yeni Enerji Blokunun təməlinin qoyulması mərasimində iştirak edib. Şüvəlanda Mirmövsüm ağanın ziyarətgahında olub.
2001-ci il, 9 yanvar - Azərbaycana səfərə gələn Rusiya Prezidenti Vladimir Putini qarşılayıb. Rusiya Prezidenti ilə təkbətək görüşüb. Rusiya-Azərbaycan sənədlərinin imzalanması mərasimində iştirak edib. Bakı bəyannaməsini imzalayıb.
2001-ci il, 20 yanvar - Qanlı Yanvar faciəsinin 11-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
2001-ci il, 23-27 yanvar - Prezident Jak Şirakın dəvəti ilə Fransada rəsmi səfərdə olub. Fransa Prezidenti Jak Şirakla görüşüb. Fransa-Azərbaycan Ticarət Palatasının prezidenti Seren Buadve və bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jan Perren ilə görüşüb. Parisdən Strasburqa yola düşüb. Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla görüşüb. Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunması ilə əlaqədar təntənəli mərasimdə, AŞPA-nın sessiyasında nitq söyləyib. Avropa Şurasının Baş katibi Valter Şvimmerlə görüşüb.
2001-ci il, 10 fevral - “Kaspian Fiş” müəssisəsinin açılış mərasimində nitq söyləyib.
2001-ci il, 21 fevral - Bakıda TRASEKA-nın Daimi Katibliyi ofisinin açılışı mərasimində nitq söyləyib.
2001-ci il, 27 fevral - Ankara Universitetinin beynəlxalq münasibətlər sahəsində fəxri doktoru adına layiq görülüb.
2001-ci il, 3-6 mart - Fransada işgüzar səfərdə olub.
2001-ci il, 12-17 mart - Əhməd Necdət Sezərin dəvəti ilə Türkiyədə rəsmi səfərdə olub. Ankara Universitetində fəxri doktor adının verilmə mərasimində nitq söyləyib.
2001-ci il, 28 mart - Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qızıl medalı”na layiq görülüb.
2001-ci il, 1-13 aprel - ABŞ-da işgüzar səfərdə olub.
2001-ci il, 23-25 aprel - Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşündə iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə olub. Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşündə İstanbul bəyannaməsini imzalayıb.
2001-ci il, 31 may-1 iyun - MDB ölkələri dövlət başçılarının növbəti görüşündə iştirak etmək üçün Minskə yola düşüb.
2001-ci il, 6 iyun – GUAM-a üzv ölkələrin dövlət başçılarının görüşündə iştirak etmək üçün Yaltaya yola düşüb.
2001-ci il, 23 iyun - Bakı Poladtökmə zavodunun açılış mərasimində nitq söyləyib.
2001-ci il, 25 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş mərasimdə nitq söyləyib.
2001-ci il, 1 avqust – MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Soçiyə yola düşüb.
2001-ci il, 18 avqust - Sərhəd Qoşunlarının 82-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
2001-ci il, 30 avqust - Prezident sarayında “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələ qətnaməsinin imzalanması mərasimində nitq söyləyib. Ankarada yerləşən “İpək yolu” vəqfinin “2001-ci ilin Dövlət Adamı mükafatı”na layiq görülüb.
2001-ci il, 16 sentyabr - Ankara İş Qadınları Dərnəyinin “2001-ci ilin müdrik dövlət adamı” mükafatına layiq görülüb.
2001-ci il, 29 sentyabr - Azərbaycana rəsmi səfərə gəlmiş Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşüb. Azərbaycan Prezidentinə Gürcüstanın ali mükafatı “Qızıl Runo” ordeninin təqdim edilməsi mərasimi keçirilib.
2001-ci il, 10 oktyabr - Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin (TÜRKSAN) “Türk Dünyasının Xüsusi Mükafatı”na layiq görülüb.
2001-ci il, 12 oktyabr - Bakının mərkəzində A.S.Puşkinin abidəsinin açılış mərasimində nitq söyləyib.
2001-ci il, 17 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş mərasimdə nitq söyləyib.
2001-ci il, 18 oktyabr - Milli Müstəqillik Günündə Şəhidlər Xiyabanını ziyarət edib.
2001-ci il, 22 oktyabr - Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidentinə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı təqdim edilib.
2001-ci il, 9 noyabr - Dünya Azərbaycanlılarının I qurultayında nitq söyləyib.
2001-ci il, 21 noyabr - Respublika sarayında Yeni Azərbaycan Partiyasının II qurultayında nitq söyləyib.
2001-ci il, 27 noyabr - Türkiyə Sənayeçilər və İşadamları Vəqfi Azərbaycan Respublikası Prezidentini “İlin Dövlət Adamı” seçib.
2001-ci il, 11 dekabr - ABŞ-ın Azərbaycandakı səfirliyində Nyu-Yorkdakı 11 sentyabr faciəsi qurbanlarının xatirəsini yadetmə mərasimində çıxış edib.
2001-ci il, 31 dekabr - Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edib.
2002-ci il, 19 yanvar - 20 Yanvar faciəsinin 12-ci ildönümünə və şəhidlərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.
2002-ci il, 20 yanvar - Şəhidlər Xiyabanını ziyarət edib.
2002-ci il, 24 yanvar - Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya dövlət səfərinə yola düşüb. Kremldə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşüb. Moskva şəhərinin meri Yuri Lujkovla görüşüb. Moskva Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitq söyləyib.
2002-ci il, 26 yanvar - Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovla görüşüb. Azərbaycan Beynəlxalq Bankının Moskva şəhərində törəmə bankının açılış mərasimində çıxış edib. İTAR-TASS-da Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
2002-ci il, 30 yanvar - Dünya İqtisadi Forumunda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib. Nyu-Yorka gedərkən yolüstü İslandiyanın Keflavik şəhərində dayanıb. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabet Consu qəbul edib.
2002-ci il, 1 fevral - Dünya İqtisadi Forumunun “Mərkəzi Asiyada sabitlik” mövzusuna həsr olunmuş iclasda çıxış edib.
2002-ci il, 3 fevral - Tibbi müayinədən keçmək üçün Klivlend şəhərinə yola düşüb.
2002-ci il, 4 fevral - ABŞ-ın Klivlend klinikasında tibbi müayinədən keçib.
2002-ci il, 14 fevral - Həkimlərin məsləhəti ilə müalicə qəbul edib.
2002-ci il, 14 mart - Prezident sarayında Avropa “Top-komanda“ kuboku uğrunda yarışların qalibi olan “Azərreyl” qadın voleybol klubunun üzvləri ilə görüşüb.
2002-ci il, 22 aprel - Respublika sarayında Azərbaycan Respublikasında Rusiya Federasiyası mədəniyyəti günlərinin təntənəli açılış mərasimində iştirak edib.
2002-ci il, 23 aprel - Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada gedib.
2002-ci il, 29-30 aprel - Türkiyə, Azərbaycan və Gürcüstan Prezidentlərinin zirvə görüşündə iştirak etmək üçün Türkiyənin Trabzon şəhərində səfərdə olub. Trabzonda Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə görüşüb.
2002-ci il, 2 may - Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının təntənəli açılış mərasimində iştirak edib.
2002-ci il, 11 may - Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki adına layiq görülüb.
2002-ci il, 18-20 may - İran İslam Respublikasında rəsmi səfərdə olub.
2002-ci il, 22 may - Roma papası II Yohann Paveli Binə beynəlxalq hava limanında qarşılayıb. Prezident sarayında Roma papası II Yohann Pavelin Azərbaycanın din, elm və incəsənət xadimləri ilə görüşündə nitq söyləyib.
2002-ci il, 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü, Respublika günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edib, paytaxta qısa gəzintiyə çıxıb.
2002-ci il, 4 iyun - Bakıda İdman-Konsert kompleksində “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2002” IX beynəlxalq sərgi və konfransının təntənəli açılış mərasimində iştirak edib.
2002-ci il, 8-9 iyun - Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqa yola düşüb. Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib. Sankt-Peterburqda Piskaryov memorial qəbiristanlığını ziyarət edib. “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatının təqdim edilməsi mərasimində çıxış edib. Sankt-Peterburqun “Astoriya” mehmanxanasının böyük salonunda şəhərdə yaşayan soydaşlarımızla görüşüb.
2002-ci il, 13 iyun - Dövlət İqtisad Universitetinin 70 illik yubileyində iştirak edib.
2002-ci il, 15-19 iyun - Naxçıvanda səfərdə olub. Cəmşid Naxçıvanski adına Hərbi Litseyin Naxçıvan filialında kursantlarla görüşüb. Naxçıvan Olimpiya Kompleksinin təntənəli açılış mərasimində iştirak edib, Şəhidlər Xiyabanını, Hüseyn Cavidin məqbərəsini, ailə üzvlərinin qəbirlərini ziyarət edib, Naxçıvan sakinləri ilə görüşlər keçirib. Naxçıvan MR Ali Məclisində Muxtar Respublikanın dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə müşavirədə çıxış edib. Naxçıvanda Bəhruz Kəngərli muzeyinin təntənəli açılış mərasimində nitq söyləyib.
2002-ci il, 24-28 iyun - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illik yubileyi ilə əlaqədar Türkiyədə işgüzar səfərdə olub. Qurumun 10 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək üçün İstanbula gəlib. “Konrad” otelində “Üç dənizin əfsanəsi” adlandırılan konfransın təntənəli açılışında iştirak edib. Ankarada Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun sədri İhsan Doğramaçının heykəlinin açılış mərasimində iştirak edib. Oran diplomatik şəhərciyində Azərbaycan mədəniyyət mərkəzinin açılış mərasimində, Ankarada Bakı küçəsinin açılış mərasimində iştirak edib. Türkiyə Prezidenti Əhməd Necdət Sezerlə birgə Azərbaycanın Ankaradakı səfirliyinin tikintisi yenicə başa çatdırılmış binasına baxıblar. Azərbaycan Respublikasının Ankaradakı səfirliyi üçün tikilmiş binanın təntənəli açılış mərasimində çıxış edib. İhsan Doğramaçı Fondunun Beynəlxalq Qızıl sülh medalının təqdim olunmasına həsr edilmiş mərasimdə nitq söyləyib. Azərbaycan Respublikası Prezidentinə Ankara İş Qadınları Dərnəyinin “2002-ci ilin dövlət adamı” mükafatının təqdim etmə mərasimində çıxış edib. Qars şəhərində salınmış və onun adı verilmiş parkın açılış mərasimində iştirak edib. Qars Qafqaz Universitetində universitetin fəxri doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş mərasimdə nitq söyləyib.
2002-ci il, 15 iyul - Azərbaycanın elektrik enerjisi sistemində baş vermiş böyük qəza ilə əlaqədar Prezident sarayında müşavirə keçirib.
2002-ci il, 19 iyul - Yalta şəhərinə yola düşüb. Ukrayna Prezidenti Leonid Kuçma ilə arasında təkbətək görüş olub.
2002-ci il, 20 iyul - Livadiya sarayında ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylor ilə, Ukraynada yaşayan azərbaycanlılarla görüşüb. Yaltada Rusiya Federasiyasının Ukraynadakı səfiri Viktor Çernomırdinlə görüşüb. GUAM-a üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxış edib.
2002-ci il, 2 avqust - Azərbaycan kinosu gününə həsr olunmuş təntənəli mərasimdə iştirak edib və nitq söyləyib. Mərasim zamanı Azərbaycan Respublikasının Prezidentinə 4-cü Avrasiya teleforumunun mükafatı və diplomu təqdim edilib.
2002-ci il, 10 avqust - Naxçıvana yola düşüb.
2002-ci il, 11 avqust - Naxçıvan Muxtar Respublikasının Ali Məclisində müşavirə keçirib. Uşaq və gənclər parkını seyr edib. Şahbuzda rayon sakinləri qarşısında çıxış edib. Batabat yaylağında olub.
2002-ci il, 12 avqust - Naxçıvan MR Ali Məclisinin iclas salonunda respublika Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə nitq söyləyib.
2002-ci il, 13 avqust - Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə nitq söyləyib.
2002-ci il, 14 avqust - Naxçıvan MR-ın Sədərək rayonunda Ermənistan prezidenti R.Köçəryanla təkbətək görüşüb.
2002-ci il, 23 avqust - Türkiyənin Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidentinə 2002-ci ilin “Baş müəllim Atatürk” mükafatı təqdim edilib.
2002-ci il, 6 sentyabr - Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordeni təqdim edib.
2002-ci il, 12 sentyabr - Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılışında iştirak etmək üçün Gəncəyə yola düşüb.
2002-ci il, 18 sentyabr - Azərbaycan paytaxtı yaxınlığında Səngəçal Sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə iştirak edib.
2022-ci il, 6-7 oktyabr - MDB-yə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Kişinyovda olub.
2002-ci il, 11 oktyabr - Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak edib.
2002-ci il, 13-16 oktyabr - İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşündə iştirak etmək üçün Türkiyədə səfərdə olub, ona Türkiyənin “Samanyolu” televiziya kanalının “Medianın dostu” mükafatı təqdim edilib.
2002-ci il, 24 oktyabr - Görkəmli ədib Hüseyn Cavidin ev-muzeyinin açılış mərasimində iştirak edib və nitq söyləyib.
2002-ci il, 3 noyabr - İstirahət günü paytaxtda gəzintiyə çıxıb.
2002-ci il, 6 noyabr - Bakı metropoliteninin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
2002-ci il, 7 noyabr - “Metro” Beynəlxalq Assosiasiyasının üzvlərini qəbul edib.
2002-ci il, 8 noyabr - Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
2002-ci il, 9 noyabr - Şəkidə geniş müşavirə keçirib.
2002-ci il, 21-22 noyabr - NATO Tərəfdaşlıq Şurasının zirvə görüşündə iştirak etmək üçün Praqada səfərdə olub.
2002-ci il, 26 noyabr - Yeni Azərbaycan Partiyasının yaranmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində nitq söyləyib.
2002-ci il, 6 dekabr - Respublika sarayında Niyazinin anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley gecəsində iştirak edib.
2003-cü il, 11 yanvar - ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fondun təsis etdiyi “2002-ci ilin adamı” mükafatının və diplomunun təqdim olunması mərasimində nitq söyləyib.
2003-cü il, 28-29 yanvar - Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə olub.
2003-cü il, 4 fevral - MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının 18-ci iclasının iştirakçılarını qəbul edib.
2003-cü il, 5 fevral - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin həyata keçirilməsi ilə bağlı müşavirə keçirib.
2003-cü il, 6 fevral - Respublika Həmkarlar İttifaqları Konfederasiyasının II Qurultayında iştirak edən xarici təşkilatların nümayəndələrini, Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-cu toplantısının iştirakçılarını qəbul edib. Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə gecəsində nitq söyləyib.
2003-cü il, 23 fevral - Prezident Corc Buşun dəvətilə ABŞ-a səfərə gedib. “Ağ ev”də Prezident Corc Buşla görüşüb, “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda geniş nitq söyləyib.
2003-cü il, 24 mart - Bakıda Baş Kafedral kilsənin açılış mərasimində iştirak edib.
2003-cü il, 29 mart - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında aparılan tikinti-bərpa işlərinin gedişatı ilə tanış olub. Türkiyənin İpək Yolu Vəqfinin “2002-ci ilin siyasət adamı” mükafatına layiq görülüb.
2003-cü il, 18 aprel - “Qara nişanə” bədii filminin yaradıcı kollektivini qəbul edib.
2003-cü il, 21 aprel - Respublika sarayında Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitq söyləyən zaman geniş infarkt keçirməsinə baxmayaraq, yenidən səhnəyə qayıdıb və nitqini tamamlayıb.
2003-cü il, 22 aprel - ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul edib.
2003-cü il, 28 aprel - Prezident iqamətgahında İran İslam Respublikasının xarici işlər naziri Kamal Xərrazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2003-cü il, 30 aprel - Ukraynanın Azərbaycandakı səfirini qəbul edib.
2003-cü il, 1 may - Qorqud Assosiasiyası tərəfindən təsis olunmuş “Məmməd Araz mükafatı”na layiq görülüb.
2003-cü il, 2 may - Türkiyənin “Zaman” qəzetinin təsis etdiyi “Avrasiyada sülh və dialoq” beynəlxalq mükafatına layiq görülüb.
2003-cü il, 3 may - Prezident iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirib.
2003-cü il, 5 may - Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında müayinə olunub.
2003-cü il, 7 may - Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaçı” ordeni ilə təltif olunub.
2003-cü il, 10 may - Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında Heydər Əliyevi Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Baş nazir Rəcəb Tayyib Ərdoğan ziyarət ediblər. Ad günü münasibətilə Süleyman Dəmirəl Gülhanə Hərbi Tibb Akademiyasında onu ziyarət edib. Vladimir Putin Ankaraya - Gülhanə Hərbi Tibbi Akademiyasına zəng edərək 80 illik yubileyi münasibətilə onu təbrik edib. Rusiyanın yüksək mükafatı “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə təltif olunub.
2003-cü il, 12 may - Müayinəsini başa vuraraq vətənə qayıdıb. Uşaq Fondları Beynəlxalq Assosiasiyasının yüksək mükafatı - “Lev Tolstoy adına beynəlxalq qızıl medal” ilə təltif oluub.
2003-cü il, 19 iyul - Mərkəzi Seçki Komissiyası Heydər Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
2003-cü il, 4 avqust - Milli Məclisə müraciət göndərərək İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında məsələnin müzakirəsini tövsiyə edib.
2003-cü il, 6 avqust - Müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-ın Klivlend şəhərinə yola düşüb.
2003-cü il, 10 oktyabr - Azərbaycan xalqına müraciət edərək prezident seçkilərində namizədliyini özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Baş nazir İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edib.
2003-cü il, 12 dekabr - Heydər Əlirza oğlu Əliyev Bakı vaxtı ilə saat 19.00-da Klivlend klinikasında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
2003-cü il, 14 dekabr - Heydər Əlirza oğlu Əliyevin cənazəsi Azərbaycana gətirilib.
2003-cü il, 15 dekabr - Respublika Sarayında Heydər Əliyevlə ümumxalq vida mərasimi keçirilib. Heydər Əlirza oğlu Əliyev saat 16.00-da Fəxri Xiyabanda dəfn olunub.