z
15 SENTYABR / 2023 / 08:34
Bilik Günü ölkəmizdə məktəblərdə dərslərin başladığı gün kimi qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və həmin gün Bilik Günü elan edilib.
“Bakı Metropoliteni” QSC ənəsəinə sadiq qalaraq, sərnişinləri arasında müxtəlif layihələr həyata keçirir. Silsilə tədbirlərdən biri kimi sentyabr ayının 14-dən başlayaraq, metro stansiyalarının monitorlarında Bilik Gününə həsr olunmuş social posterlər yayımlanır. Bu sırada “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə məktəblilərlə görüşlərini, səmimi söhbətlərini, onlara qayğısını əks etdirən fotoşəkillərdən hazırlanmış çarx da nümayiş etdirilir.
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” deyən Ümummilli Lider ölkəmizdə savadlı kadrların yetişməsi işinə böyük önəm verməklə yanaşı, bu sahədə Azərbaycanın dünyəvi təhsil sistemində öz yerini almasına xüsusi önəm verir, diqqət yetirirdi. Məhz bunun sayəsində bu gün Azərbaycan nəinki regionda, həmçinin dünyada həyatın bütün sahələrində yetişən bacarıqlı və istedadlı nəsilləri ilə uğurlara doğru inamla irəliləyir.
Bu tədbirlərin tərkib hissəsi olaraq, metropolitenin stansiyalarında Ulu Öndər Heydər Əliyevin uşaqlarla görüşlərini və onlarla bağlı müdrik kəlamlarını özündə əks etdirən lövhələr də nümayış olunur.