z

Metropoliten kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Metropoliten kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyar...

06 NOYABR / 2023 / 14:17

Bakı metropoliteninin fəaliyyətə başlamasının 56-cı ildönümü və 6 Noyabr - Metropoliten Işçilərinin Peşə Bayramı Günü münasibətilə qurumun kollektivi Fəxri Xiyabanda 100 illik yubileyi qürurla qeyd edilən Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib. Dahi şəxsiyyətin məzarı önünə əklil və gül dəstələri qoyulub.
Bu il 100 illik yubileyi qeyd edilən Azərbaycanın görkəmli oftalmoloqu və Əməkdar elm xadimi, Ulu Öndərin ömür-gün yoldaşı Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
“Bakı Metropoliteni” QSC kollektivinin nümayəndələri Şəhidlər Xiyabanında 1990-cı ilin qanlı 20 yanvar gecəsinin günahsız qurbanlarının, o cümlədən Bakı metropoliteninin iki əməkdaşı - vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının xatirəsi ehtiramla anıb, məzarları önünə güllər düzüblər.