z
01 DEKABR / 2023 / 15:44
Bakı metropoliteninin rəsmi saytının “Metro tarixi” bölməsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə Bakı metropoliteninə gəlişini əks etdirən növbəti fotolar seriyası dərc olunub. Budəfəki qalereyada Ümummilli liderin 1970-ci ildə Azərbaycanın rəhbəri kimi açılışında ilk dəfə iştirak etdiyi “Ulduz” stansiyasında çıxışından, 1972-ci ildə “Əzizbəyov (“Koroğlu”)-Neftçilər” sahəsinin açılışı zamanı “Neftçilər” stansiyasını ilə tanışlığı, 1976-cı ildə özünün də inşası və memarlıq tərtibatında yaxından iştirak etdiyi “Nizami” stansiyasında memarlar Mikayıl Useynov və Mikayıl Abdullayevlə söhbətləri, həmçinin 2002-ci il noyabrın 17-də - Milli Dirçəliş Gününü şəhərə gəzintisi zamanı Bakı metropolitenindən sərnişin kimi istifadə etməsi və bu zaman sərnişinlərlə görüşünü əks etdirən fotolar yer alıb.