z

48 aparıcı təşkilat arasında

48 aparıcı təşkilat arasında

28 APREL / 2023 / 15:55

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə sağlam və təhlükəsiz əmək şəraiti üzrə 2022-ci ilin ən yaxşı müəssisələrinin respublika müsabiqəsinə yekun vurub.
Aprelin 28-də AHİK-də qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Metropoliten İşçiləri Həmkarlar İttifaqının nümayəndələri də iştirak ediblər.
23 sahə üzrə həmkarlar ittifaqlarının təmsilçiləri arasında müsabiqənin qalibi adını qazanmış 48 müəssisədən biri Bakı metropoliteninin Tunel qurğuları xidməti olub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
2009-cu ildən keçirilən müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsinə diqqətlə yanaşılmasına nail olmaq və cavabdeh şəxslərin məsuliyyətini artırmaqla stimullaşdırmaqdır. Ötən dövrlərdə də Bakı metropoliteninin müxtəlif strukturları bu müsabiqənin qalibləri sırasında olublar.