z
11 MAY / 2023 / 15:59
Bakı metropoliteninin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2023”də fəal iştirak ediblər. Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə 10 metropolitençi marafona qatılıb.
“Bakı Metropoliteni” QSC-nin əməkdaşları əvvəlki illərdə olduğu kimi, bu marafonda da uğurlu nəticə ilə seçiliblər. QSC-nin 10 üzvü - Turan Mirzəyev (akkumulyatorçu, 289-cu yer), Daşqın Beydiyev (tornaçı, 291-ci yer), Əli Nəcəfov (qatar maşinisti, 310-cu yer), Yunus Abdullayev (betonçu, 466-cı yer), Valeh Məmmədov (betonçu, 516-cı yer), Emil Orucov (vaqon ustası, 648-ci yer), Elşən Kamalzadə (tunel ustası, 745-ci yer), İntizam Bayramov (qazanxana maşinisti, 770-ci yer), Emil Rüstəmov (qatar maşinisti, 992-ci yer) və Aqil Əzizov (yol montyoru, 1315-ci yer) 21 km məsafəni qət edərək 20 minə yaxın iştirakçının yer aldığı yarışda uğur qazanıb. Metropolitençilər sonda medalla təltif olunublar.
Budəfəki marafona 19 min 500 nəfər iştirakçı qeydiyyatdan keçib, yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunan marafonun marşrutu Dənizkənarı bulvar ərazisindən keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.