z
12 NOYABR / 2023 / 13:58
Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Halqası ilə birlikdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş peşəkarlar və həvəskarlar arasında 3-cü “Qələbə qaçışı”nda “Bakı Metropoliteni” QSC-ni Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 5 nəfərdən ibarət komanda təmsil edib. Xeyriyyə məqsədli qaçış 5 və 10 km məsafələri əhatə edib. Ümumilikdə, ilk 200 yerdə qərar tutan hər kəs medallara layiq görülüb.
10 km məsafədə metropolitençilərdən yol montyoru Sadiq Həsənli 52-ci, akkumulyatorçu Turan Mirzəyev 72-ci, eskalator ustası İsmayıl Babayev 97-ci və tornaçı Daşqın Beydiyev 107-ci, 5 km-də isə vaqonların baxıcı çilingəri Razim Nağıyev 132-ci yeri tutublar.
Metropolitençi qaliblərin simasında qaçışın bütün iştirakçılarını təbrik edirik!