z

“İlin ən yaxşı maşinisti” müsabiqəsinə yekun vurulub

“İlin ən yaxşı maşinisti” müsabiqəsinə yekun vurulub

04 NOYABR / 2023 / 14:07

Noyabrın 4-də “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində “ilin maşinisti” nominasiyası üzrə qalibin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, Bakı metropoliteninin istifadəyə verilməsinin ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı Günü münasibətilə metropolitendə “İlin ən yaxşı maşinisti” müsabiqəsinin keçirilməsi artıq ənənə halını alıb.
Tədbiri giriş sözü ilə açan sədr müavini Hidayət Məmmədov maşinist peşəsinin metropoliten üçün əhəmiyyətindən, onun nüfuzundan danışaraq, məhz bu peşə üzrə ilin ən yaxşısının seçilməsini ən gözəl ideyalardan biri hesab edib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə 2015-ci ildən keçirilən müsabiqədə indiyə kimi nümunəvi qatar maşinistləri Tərlan Hüseynov, Elman Musayev, Abbas Rzayev, Vüqar Həbibov, Hüseyn Hüseynov və Mais İsmayılov fərqləniblər. Təkcə qatar sürücülərinin deyil, əksər metropoliten işçilərinin maraq və rəğbətinə səbəb olan müsabiqənin nəticələri ilə, demər olar ki, bütün sahələrin nümayəndələri maraqlanırlar. 
MİHİ sədri Arif Mərdanov İcraiyyə Komitəsinin qərarını oxuyaraq, qalibin adını elan edib. Builki müsabiqənin də qalibi Rövşən Quliyevdir. MİHİ sədri seçim meyarları barədə ətraflı məlumat verərək, bu prosesin çox mürəkkəb olduğunu vurğulayıb. O, qalibə uğurlar arzulayaraq, budəfəki müsabiqənin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsini vurğulayaraq, bu anın maşinist üçün uinudulmaz olacağını deyib. 
Maşinist Rövşən Quliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib.