z

İkinci "Vaqon guşə" – metro inşaatı

İkinci "Vaqon guşə" – metro inşaatı

13 IYUN / 2022 / 13:53

Metro inşaatının zəngin, Bakının mürəkkəb geoloji şəraitində əksər hallarda yüksək şücaət hesabına başa gələn tikintisini əks etdirən guşədə isə tarixi və müasir layihələrin nümunələrdən hər dövrün fərqli detallarını, yeraltı tikintinin inkişaf dinamikasını, xüsusiyyətlərini, həmçinin onun texnoloji, Bakının hidrogeologiyasına uyğun aparılan işlərin məzmun və mahiyyətini öyrənmək mümkündür.

Layihələr elə seçilib ki, metro inşaatının mürəkkəbliyiilə yanaşı, onun fərqliliyini, hər sahənin özünəməxsusluğunu da ümumi şəkildə nümayiş etdirir.
Metro inşaatı sürətlə yeniləşir. Tunel qazıntısında Almaniyanın "Herrenknecht" tunelqazma kompleksinin tətbiqi metro inşaatında yeni, daha sürətli və keyfiyyətli era açıb. S-835 kompleksinin maketi xüsusi hazırlanaraq tədris vəsaiti kimi təlim prosesində istifadə olunur.

Bununla yanaşı, videodərsliklər də müdavimlərin hərtərəfli biliklərə yiyələnməsini təmin edir.