z

Bakı metropoliteni

  • Xətt:

    Qırmızı

  • Ünvanı:

    Mikayıl Rəfili 16

  • Xətlərin sayı:

    3

  • Xətlərin uzunluğu

    40.7 km

  • Stansiyaların sayı

    27

Yaranması

Bakı metrosunun yaradılması ideyası 1940-ci illərin sonlarında həyata keçirilməyə başlayıb. Bu məqsədlə 1949-cu ildə Bakı “Baştunelmetrotikinti” İdarəsi yaradılıb. İdarə Bakı metropoliteni tikintisinin baş podratçısı vəzifəsini öz üzərinə götürüb.

Layihə işlərinin daha operativ aparılması üçün 1951-ci ildə Moskva Layihə Axtarış İnstitutu olan "Metrodövlətnəqliyyatlayihə" İnstitutunun ”Bakımetrolayihə” adı altında filialı yaradılıb.

1966-cı ildə isə tərkibində 6 - hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri olmaqla Bakı Metropoliteni İdarəsi fəalliyyətə başlayıb.

Bakı metrosu Yaxın Şərqin ilk, postsovet məkanının beşinci metropolitenidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü ildə kütləvi şərnişindaşımada şəhər əhalisi üçün böyük əhəmiyyətini, metropolitendə tikinti və bir çox mühüm sahəni vahid təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, fevralın 27-də 289 saylı Sərəncam imzalayaraq Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasını tapşırıb.

Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifələr idi.
Metro 1975-ci ildən Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin tabeliyindən çıxarılaraq SSRİ Yollar Nazirliyinin idarəçiliyinə verilib.